Baş nazir gələn həftə Türkiyəyə gedir
Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, Ankarada Hökumətlərarası Komissiyanın 11-ci iclası olacaq. İclas Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək. Onlar həmçinin DEİK və Türkiyə Ticarət Palataları və Birjalar Birliyinin təşkil etdiyi biznes forumda iştirak edəcəklər.
Oxunub: 270
Xəbəri paylaş
Paylaş: