"Kartımdan xəbərim olmadan pul çıxılır..." - GİLEY
"Şikayətim "Bank of Baku"nun "Bolkart"ındandır". Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "müştəriyəmn Şikayətim Var" sosial qrupundakı paylaşımında Fərid adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Demək, mən hamıya bu kartı tövsiyyə edən, bu bankı tərifləyən adam olaraq son olanlardan sonra təmiz gözümdən düşdü bu sistem. Keşbək-falan söhbətlərini qoyaq qırağa... kartımdan xəbərim olmadan pul çıxılır və kartın tarixçəsində bu barədə heç nə yoxdur.
Keçən ayın əvvəlləri oldu... mən tam anlamadım... boş verdim, indi baxıram ki balansımda 20 manatdan çox pul ola-ola balansımda 15.77 qalıb. Bu necə ola bilər??? Xahiş edirəm, "Bank of Baku" bunu cavablasın... Başına belə şey gələn olubmu?"
Oxunub: 350
Xəbəri paylaş
Paylaş: