Mediaxeberleri.az
    
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”

Son xəbərlər :
  • Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
  • Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
  • Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
  • Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
  • Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
  • Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
  • Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
  • Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
  • AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir
  • Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?
  • Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılması qadağan edildi
  • "UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
  • Leysan yağır, şimşək çaxır - Hava məlumatı
  • Hacı Şahinin nəvəsi dünyaya gəlib
  • 200 milyondan çox insan evsiz qala bilər - XƏBƏRDARLIQ
  • Bu universitetlər Bakıdan kənara köçürülə bilər – Ərazilər açıqlandı
  • Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
  • Azərbaycanda leysan yağır - FAKTİKİ HAVA
  • UEFA Millətlər Liqasında günün əsas oyunları
  • “Tezliklə benzin qiymətləri düşəcək”
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Zəngəzurla bağlı ÖNƏMLİ GƏLİŞMƏ - Bakı və Ankaradan QƏRAR!

  • Tarix: 10-08-2024, 08:55

İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Bu məsələnin sonrakı mərhələdə həlli haqda razılıq əldə olunub. Əmirbəyov həmçinin sülh müqaviləsinin imzalanmasına Bakının əsas əngəl saydığı məsələni bir daha səsləndirmişdi - Ermənistan konstitusiyası.

Başqa sözlə, İrəvan Bakı ilə sülh sənədi imzalanmadan kommunikasiyaların və sərhədlərin açılmasına ümid edə bilməz. Eləcə də qardaş Türkiyə ilə sərhədlər o vaxtadək bağlı qalacaq. Bunu az öncə iki ölkənin sərhədində xüsusi nümayəndələrin görüşündən sonra rəsmi Ankara bir daha net şəkildə bəyan etdi. Odur ki, “top” çoxdan Ermənistanın meydanında.

Bəs Zəngəzur (dəhlizi) anlaşmasına qədər Bakı və İrəvan arasında hansısa sənəd imzalanacaqmı və adı nə olacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının addımını tam doğru sayır: “Zəngəzur dəhlizi mövzusunun bir qədər arxa plana keçirilməsi, məncə, doğru qərardır. Doğrudur, Azərbaycan II Qarabağ savaşından sonra bu mövzunu gündəliyə gətirdi, dəhlizin açılması üçün çox çalışdı. Amma Ermənistan bu məsələyə müsbət yanaşmadı, indi də yanaşmır. Yəqin ki, danışıqlar hələ uzun müddət davam edəcək. Azərbaycan gözləyə bilməz. Zatən Zəngəzur dəhlizi olmadan da Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolundən istifadə edir. Türkiyə ilə, Avropa ilə kommunikasiya əlaqəsi var. Son bir ildə yükdaşımalar xeyli artıb. Yəni Zəngəzur dəhlizi olmadan biz Çin yüklərini, öz yüklərimizi Avropaya bu xətt vasitəsilə daşıya bilirik. Üstəgəl, Ermənistan məsələsini uzadandan sonra İranla razılaşmamız oldu, Araz dəhlizi ilə bağlı. Güney Azərbaycandan keçir. Bu dəhlizin də inşası və açılması Azərbaycan üçün çox vacib olacaq. Bu, artıq bizim ikinci dəhlizimiz olacaq. Bu da orta dəhlizin tərkib hissəsi olacaq. Ona görə də hazırda Azərbaycan üçün önəmli olan sülh və ya çərçivə sazişinin imzalanmasıdır. Zatən sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar da sülh sazişi mətninin xaricində həyata keçirilir. Çünki sərhədlərin müəyyənləşdirilməsi illərimizi ala bilər. Biz gözləyə bilmərik. Bu baxımdan Zəngəzur dəhlizi məsələsinin sülh sazişindən çıxarılması, məncə, doğrudur. Hər iki tərəfin razılığı ilə bu baş tutub. Amma bu o demək deyil ki, sülh sazişinin imzalanması prosesi sürətlənəcək. Ən böyük əngəl qalır. Bu da Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülən əraz iddiaları bəndləridir. Bunlar mütləq çıxarılmalıdır. Bu olmadan sülh və ya çərçivə sazişinin imzalanması xeyli mürəkkəb olacaq. Dəhliz məsələsi sonrakı müddətdə müzakirə predmeti ola bilər. Hesab edirəm ki, bu məsələdə də razılığa gəlmək mümkündür. Çünki Ermənistan hökumətinin özü də anlayır ki, məsələni bir az da uzatsa Orta dəhliz layihəsindən, eləcə də digər regional layihələrdən kənarda qalacaq. Bununla Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına tam nail ola bilməyəcək. Bu da əslində Ermənistan üçün daha çox vacibdir. Biz gözləyə bilmərik. Düşünürəm ki, Paşinyan son addımı atsa, yəni Azərbaycana qarşı ərazi iddialarını Ermənistan konstitusiyasından çıxarsa, sülh və ya çərçivə sazişini növbəti ilin ortasına qədər imzalamaq olar”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov məsələyə belə münasibət sərgilədi: “2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan arasında noyabrın 10-da imzalanan bəyanatın şərtlərindən biri Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən kommunikasiya dəhlizinin açılması və bu dəhlizin Rusiya Federasiyası Təhlükəsizlik Xidməti tərəfindən təmin edilməsi idi. Lakin Ermənistan imzaladığı sənədin həyata keçirilməsindən müxtəlif bəhanələrlə imtina etməkdə idi. Problemin həllini çətinləşdirən həmin dəhlizə nəzarət uğrunda ABŞ və Rusiya arasında kəskin rəqabət, eyni zamanda İranın buna qarşı çıxmasıdır. Dəhliz məsələsi Ermənistan-Azərbaycan arasında normallaşma prosesini əngəlləyən faktorlardan birinə çevrilmişdi. Moskva, Vaşinqton, Tehran arasında Zəngəzur dəhlizi ilə bağlı barışmaz mövqelər İrəvanı da qəti addımlar atmağa çəkindirirdi. Doğrudur, kommunikasiyalarla bağlı maddənin sülh müqaviləsi layihəsindən çıxarılaraq növbəti etapa saxlanılmasını Azərbaycan üçün məqbul hesab etməsəm də, razılaşdırılması hazırkı mərhələdə çətin olan bu halın üzərində inadkarcasına dayanaraq normallaşma prosesini ləngitmək də doğru seçim olmazdı. Orta dəhliz layihəsinin tezliklə gerçəkləşməsinə çalışan Birləşmiş Ştatlar "tərəflər çətin güzəştlər etməlidir" deyərkən, görünür, həmin seçimin detallarından biri də kommunikasiyaların açılmasının təxirə salınmasıdır. Çünki dəhliz məsələsində Azərbaycan və Türkiyə israr edirdi. Ancaq bunun qarşılığında İrəvanın hansı güzəştlərə gedəcəyi yəqin ki, məlum olacaq. Vacib məqam Ermənistan konstitusiyasında dəyişiklərin edilməsi, Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Fikrimcə, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaqsa, vacib detallar nəzərə alınmalıdır. Qərbin Ermənistana hərbi siyasi və maliyyə dəstəyi verməklə onu gücləndirməsi danışıqlar prosesində də mövqelərini gücləndirə bilər. Bununla olsun ki, Ermənistana Bakı və müttəfiqləri siyasi təzyiqlərini artırmaqla sülh prosesini daha real və əlverişli, ədalətli şəkildə dolandırmağa nail olunsun".


Oxunub: 482
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 19:41 | Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
    Dünən, 19:27 | Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
    Dünən, 19:22 | Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
    Dünən, 18:41 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    Dünən, 18:26 | Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
    Dünən, 18:13 | Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
    Dünən, 18:01 | Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Dünən, 17:09 | Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
    Dünən, 17:06 | AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir
    Dünən, 14:31 | Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?
    Dünən, 14:30 | Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılması qadağan edildi
    Dünən, 13:57 | "UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
    Dünən, 13:56 | Leysan yağır, şimşək çaxır - Hava məlumatı
    Dünən, 13:47 | Hacı Şahinin nəvəsi dünyaya gəlib
    Dünən, 13:22 | 200 milyondan çox insan evsiz qala bilər - XƏBƏRDARLIQ
    Dünən, 13:21 | Bu universitetlər Bakıdan kənara köçürülə bilər – Ərazilər açıqlandı
    Dünən, 13:19 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    Dünən, 09:49 | Azərbaycanda leysan yağır - FAKTİKİ HAVA
    Dünən, 08:03 | UEFA Millətlər Liqasında günün əsas oyunları
    Dünən, 07:53 | “Tezliklə benzin qiymətləri düşəcək”
    Dünən, 07:52 | Yer kürəsində başqa bir nüvə: Elm adamlarını çaşdıran 5 sirr
    Dünən, 00:38 | Türkiyə İtaliyaya böyük hesabla məğlub oldu
    28-09-2026, 22:15 | Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ
    28-09-2026, 22:10 | Akif Aşırlıya AĞIR İTKİ
    28-09-2026, 21:28 | “Ağstafa Gəncləri” - dən vacib qələbə
    28-09-2026, 21:08 | Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı iddiası təmin olunmadı
    28-09-2026, 21:04 | "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı
    28-09-2026, 19:09 | Prezidentin başçı təyin etdiyi Babayev kimdir?
    28-09-2026, 18:31 | Qaradağ rayonuna yeni icra başçısı təyin edildi
    28-09-2026, 18:29 | Prezident 3 rayona icra başçısı təyin etdi
    28-09-2026, 17:42 | Əvəz Zeynallının dəfn olunacağı yer müəyyənləşdi
    28-09-2026, 17:41 | Gələn il minimum əməkhaqqı 460 manat ola bilər - TƏHLİL
    28-09-2026, 17:39 | Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatdı
    28-09-2026, 17:38 | 13 yaşlı oğlan faciəvi şəkildə öldü
    28-09-2026, 17:31 | Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
    28-09-2026, 16:22 | Ailəsi Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunmasını istəyir
    28-09-2026, 16:20 | "Tənək dolması yemək olmaz, QATIQLA YEMƏK İSƏ CİNAYƏTDİR" - Həkimdən ÇAĞIRIŞ
    28-09-2026, 15:38 | İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    28-09-2026, 15:32 | Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...
    28-09-2026, 15:26 | Həyat yoldaşının gözünü "göyərtdi" - 1 il müddətinə məhkum edildi
    28-09-2026, 15:25 | “Fənərbağça” bu tarixdə Azərbaycana gələcək
    28-09-2026, 14:50 | Əvəz Zeynallının son mesajı...
    28-09-2026, 14:49 | Marketlərdə toyuq filesi niyə yoxdur?
    28-09-2026, 14:17 | Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
    28-09-2026, 14:14 | 24 yaşlı gəlinin ölümünə səbəb olan həkimə hökm oxundu
    28-09-2026, 14:11 | Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
    28-09-2026, 14:05 | Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
    28-09-2026, 14:01 | Hava şəraiti ilə bağlı xəbərdarlıq: Yağış, qar...
    28-09-2026, 13:56 | Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
    28-09-2026, 13:55 | Lamiyə insanları necə aldadıb? - "AzTV-də işləyirəm", deyibmiş...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.