Səhər, yoxsa axşam duş almaq daha faydalıdır?
Gündəlik gigiyenanın vacib hissəsi olan duş almağın ən uyğun vaxtı haqqında fərqli fikirlər var. Mütəxəssislər bildirir ki, həm səhər, həm də axşam duşunun öz üstünlükləri və çatışmazlıqları mövcuddur. Səhər duşu Səhər vaxtı duş almaq bədəni oyandırır, qan dövranını sürətləndirir və günə enerjili başlamağa kömək edir. Bundan başqa, yağlı dəriyə malik olan insanlar üçün səhər duşu dəriyə təzəlik bəxş edir və gecə ərzində toplanmış tər və bakteriyaları təmizləyir. Axşam duşu Axşam saatlarında duş almaq isə bədəni və əzələləri rahatladır, gün ərzində toplanan kir, toz və stresdən qurtulmağa kömək edir. Yatmazdan əvvəl duş qəbul etmək yuxu keyfiyyətini də artırır və yatağa daha təmiz formada girməyə şərait yaradır. Qeyd: Mütəxəssislərin fikrincə, “ən doğru zaman” anlayışı yoxdur. Duş alma vaxtı şəxsin həyat tərzinə, dərisinin tipinə və gündəlik fəaliyyətinə görə dəyişir. Əsas olan, gigiyenaya diqqət yetirmək və bədənə uyğun bir vərdiş formalaşdırmaqdır. 





















