“Rusiya ərazisinə zərbələrimiz daha güclü olacaq” – Ukrayna Prezident Ofisi
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiya Federasiyası ərazisinə güclü zərbələrin endirilməsilə bağlı xəbərdarlıq edib. Mediaxeberleri.Az xəbər verir ki, öz sosial şəbəkə səhifəsində paylaşım edən Yermak bundan sonra Ukraynanın Rusiya ərazisinə daha güclü zərbələr endirəcəyini və bunun üçün kifayət qədər hədəflər olduğunu yazıb: "Zərbələrimiz daha da güclü olacaq. Rusiya hələ ki, öz terroru ilə nəyə başladığını təsəvvür etmir. Hədəflər kifayət qədərdir". Xatırladaq ki, avqustun 3-nə keçən gecə Ukrayna PUA-ları Rusiya Federasiyasının Rostov vilayətindəki Morozovsk aerodromunu hava hücumundan müdafiə silahlarından və idarə olunan aviasiya bombalarından “təmizləyib”. Həmin aerodromda güclü partlayışların qeydə alındığı bildirilir. Aerodromla yanaşı, dronlar Belqorod vilayətindəki Qubkinskaya neft anbarına da zərbələr endirib.