Elnarə belə arıqlayır
Müğənni Elnarə Xəlilova xeyli çəki itirdiyini açıqlayıb. Sənətçi hazırda çəkisinin 68 kiloqram olduğunu bildirib. O, həkim məsləhəti ilə qidalandığını və mütəmadi idman etdiyini qeyd edib. E. Xəlilova həftədə bir kiloqram arıqladığını deyib: “Hər həftə bir kiloqram arıqlayıram. Bu həftə 68 kiloqramam. Rejimdəyəm, həftədə iki dəfə idman edirəm. Qidalanmamda zülallı məhsullara üstünlük verirəm. Səhər iki yumurta yeyirəm, günorta və axşam isə toyuq və ət məhsullarından istifadə edirəm”.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş:





















