Babək Quliyev UEFA-dan təyinat alıb
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, o, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək. Babək Quliyev noyabrın 11-də Macarıstan - Şimali Makedoniya, noyabrın 14-də Şimali Makedoniya - San Marino, noyabrın 17-də isə San Marino - Macarıstan qarşılaşmalarına təyinat alıb.
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) növbəti təyinat alıb.
Oxunub: 10
Xəbəri paylaş
Paylaş:





















