Son 3 ayda Ermənistana 400 mindən çox rus gedib
Mediaxeberleri.Az “İyuldan sentyabr ayına qədər rusların bu ölkələrə səfərlərinin sayı statistik müşahidələrin aparıldığı son 17 il ərzində ən yüksək səviyyəyə çatıb. 660,3 min Rusiya vətəndaşı Gürcüstana, 402,3 min nəfər Ermənistana, 64,8 min nəfər isə Serbiyaya səyahət edib. Gürcüstana səfərlərin artması xüsusilə diqqət çəkir: bu rəqəm Rusiyada səfərbərliyin elan olunduğu 2022-ci ilin üçüncü rübü ilə müqayisədə 43% yüksək olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistana səfər edən rusiyalıların sayı 57 000 nəfər, Serbiyaya gedənlərin sayı isə təxminən 14 000 nəfər artıb”, - məlumatda qeyd olunub.
2026-cı ilin üçüncü rübündə rekord sayda rusiyalı Ermənistan, Gürcüstan və Serbiyaya səyahət edib.k xəbər verir ki, bu barədə “Vyorstka” saytı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə istinadla məlumat yayıb.





















