Rusiyada 1000-ə yaxın miqrant həbs olundu
İyul ayı ərzində Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətində polis 1000-ə yaxın miqrantı həbs edib. Mediaxeberleri.Az xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, onların əksəriyyəti miqrasiya qanunlarının pozulması ilə bağlı saxlanılıb. “Miqrasiya qanunvericiliyinin ən kobud şəkildə pozulmasına yol vermiş 900-dən çox əcnəbi bir neçə il ərzində geri qayıtmaq qadağası ilə Rusiya Federasiyasından deportasiya olunmaq üçün ixtisaslaşdırılmış mərkəzlərə yerləşdirilib”, - deyə Baş İdarədən bildirilib.
Oxunub: 434
Xəbəri paylaş
Paylaş: