Mediaxeberleri.az
    
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
  • 
  • Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
  • 
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • 
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • 
  • "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
    "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
  • 
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
  • 
  • "Qarabağ" Ukrayna klubuna uduzdu
    "Qarabağ" Ukrayna klubuna uduzdu
  • 
  • VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
    VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
  • 
  • Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
    Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
  • 
  • Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
    Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
  • 
  • RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
    RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
  • 
  • Azərbaycan nefti bahalaşıb
    Azərbaycan nefti bahalaşıb
  • 
  • Azərbaycanlı Kamil və "banda"sı tutuldu - Milyonluq dələduzluq...
    Azərbaycanlı Kamil və "banda"sı tutuldu - Milyonluq dələduzluq...
  • 
  • Toy etmək istəyənlər üçün vacib xəbər: Məhərrəm və səfər ayları bu tarixdə bitir
    Toy etmək istəyənlər üçün vacib xəbər: Məhərrəm və səfər ayları bu tarixdə bitir
  • 
  • PİRVERDİYEVİN "SAĞ ƏLİ " HƏBS EDİLDİ - 3 milyondan çox mənimsəmə + FOTO
    PİRVERDİYEVİN "SAĞ ƏLİ " HƏBS EDİLDİ - 3 milyondan çox mənimsəmə + FOTO
  • 
  • Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
    Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
  • 
  • Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
    Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
  • 
  • Təhsil işçilərinə şad xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
    Təhsil işçilərinə şad xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
  • 
  • Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
    Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
  • 
  • Bibisi qızının ərinə xəyanət etdiyini düşünərək ona 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü: “Tez ölməsini istəyirdim”
    Bibisi qızının ərinə xəyanət etdiyini düşünərək ona 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü: “Tez ölməsini istəyirdim”

Son xəbərlər :
  • Məmura oğru deyən vətəndaş 1200 manat cərimələndi
  • Azərbaycan Güləş üzrə Dünya Çempionatında ilk medalını qazandı
  • "Sabah" Finlandiya səfərində: heyətlər açıqlandı
  • FHN-in əməkdaşları bu yarışlarda uğur qazandı
  • Ceyranbatanda baş verən yanğında uşaq özünü binadan ataraq xəsarət aldı
  • Rusiya bir gecədə bu qədər PUA vurdu
  • "Sabah"ın oyunu canlı yayımlanacaq
  • Bu şəxslərə 3 il boyunca hər ay müavinət ödəniləcək
  • Nəsimi rayonunda kəsilmiş ağacların yerinə yeniləri əkildi - Video
  • Məmmədlidə antisanitar vəziyyət aradan qaldırılıb - FOTO
  • MEDİA-dan İranın bəzi KİV-ləri ilə əməkdaşlıq etməməyə dair ÇAĞIRIŞ
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
  • Televiziyanın da aqibəti qəzet kimi olacaq? - VİDEO
  • SABİQ SƏDR ALMANİYADA TİKİNTİ BİZNESİNƏ BAŞLAYIB - Şərikli bina tikir + FOTO
  • Dövlət başçısı Fərman imzaladı
  • Bakıda bu ərazidə yanğın başladı
  • Bakıda güclü külək: xəsarət alanlar var
  • Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
  • Traktorun təkəri altında qaldı, öldü
  • Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? - AÇIQLAMA
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

YAP Qazax Rayon Təşkilatının yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

  • Tarix: 24-07-2024, 21:57

Bu gün qürurla deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Bu gün YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya Prezident İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla reallaşdırılır.

1993-cü il iyul ayının 24-də Qazaxda YAP Rayon Təşkilatının təsis konfransı keçirilib. Həmin gündən başlayaraq 31 ildir ki, təşkilat çətin və eyni zamanda şərəfli bir yol keçib.

İyulun 24-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri,  idarə, müəssisə, təşkilat rəhbərləri, partiya veteranları, fəalları, ərazi partiya təşkilat sədrləri, müavinləri, YAP üzvlük vəsiqələrinin təqdim olunacağı gənclər, məktəblilər, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, ölməz şəxsiyyətə olan ehtiramlarını bildiriblər.

Sonra YAP Qazax Rayon Təşkilatının iclas zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişən partiya və təşkilat üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, YAP Qazax Rayon Təşkilatının yaranmasının 31-ci ildönümü münasibətilə səmimi ürək sözlərini çatdırıb. İcra başçısı YAP-ın hakim partiya olduqdan sonra Azərbaycanın, dövlətin inkişafına böyük töhfələr verdiyini, ötən müddət ərzində ölkəmizin misli görünməyən nailiyyətlər qazandığını bildirib. Rayon rəhbəri vurğulayıb ki, müstəqil Azərbaycanın keçmişi, dünəni və bu günü, eləcə də gələcəyi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İstər SSRİ, istərsə də sonrakı dövrlərdə Azərbaycanın inkişafında, iqtisadi, sosial, ictimai, siyasi, eləcə də bütün sahələrdə əldə edilən uğurlarda Ümummilli Liderin danılmaz əməyi olduğunu vurğulayıb. Bugünkü Azərbaycanın dünya dövlətləri arasında güclü, müstəqil dövlət kimi söz sahibi olmasında, xalqımızın qürurlu xalq kimi dünya xalqları arasında seçilməsində dahi şəxsiyyətin böyük xidmətlərinin olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bu gün Ulu Öndərin aramızda olmasa belə onun yürütdüyü düzgün, dəqiq, düşünülmüş siyasətinin onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi icra edilməsi nəticəsində ölkəmizin gündən-günə daha da inkişaf etdiyini, dahi şəxsiyyətin arzuladığı Azərbaycanın var olduğunun şahidi olduğumuzu qeyd edib. Bu gün iqtisadiyyatda, təhsildə, səhiyyədə, mədəniyyətdə, eləcə də digər sahələrdə olan inkişafın təməlində dahi şəxsiyyətin yürütdüyü dövlət siyasətinin Prezident, YAP-ın  sədri İlham Əliyev tərəfindən olduğu kimi icra edilməsinin dayandığını söyləyib. İcra başçısı 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü, o vaxt səsləndirdiyi "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərinin bu gün gerçək olduğunu bildirib. Artıq illərdir ki, xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi olduğumuzu söyləyib. Xüsusilə də Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin İyul döyüşləri, 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı bir daha şahidi olduğumuzu diqqətə çatdırıb. Xalq-iqtidar birliyindən söz açan icra başçısı bunu 44 günlük Vətən müharibəsində xalqımızın ölkə rəhbərinin ətrafında bir yumruq kimi birləşməsində bir daha gördüyümüzü söyləyib. Rayon rəhbəri vurğulayıb ki, döyüşlərdə qəhrəman oğullarımızın göstərdiyi igidliklər sayəsində haqq savaşında tarixi ədalət bərpa olundu. Bu gün əldə etdiyimiz şanlı Zəfər, tarixi Qələbə sayəsində doğma Qarabağımızda, Şuşamızda, Xankəndimizdə, Xocalımızda, əzəli torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. İcra başçısı "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qazaxın 4 kəndinin geri qaytarılmasını dövlətimizin növbəti uğuru, qalibiyyəti, zəfəri kimi qiymətləndirib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, xüsusilə də qazaxlıların, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. Rayon rəhbəri qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. “İllər ötsə belə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP-ın Azərbaycan dövləti və xalqı qarşısında olan misilsiz xidmətləri heç zaman unudulmayacaq”, - deyən icra başçısı bu yolda hər kəsə uğurlar arzulayıb. Bundan sonra da Partiyanın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşməyi tövsiyə edib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək rayon rəhbərliyini və tədbir iştirakçılarını salamlayıb, partiya veteranlarını, fəallarını əlamətdar gün münasibətilə təbrik edib. Keçirilən tədbirin əhəmiyyətindən söz açan A.Nəbiyev YAP Qazax Rayon Təşkilatının həyatında əlamətdar gün olduğunu qeyd edib. Bildirib ki,  YAP 1992-ci il noyabrın 21-də Naxçıvanda çox çətin, ağır bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yarandı. Məşhur 91-lər YAP-ın yaranması və ona Ulu Öndərin rəhbərlik etməsi üçün dahi şəxsiyyətə müraciət etdilər. Ulu Öndər hər zaman olduğu kimi, bu dəfə də xalqın çağırışına müsbət cavab verdi, YAP yarandı və Heydər Əliyev partiyanın sədri seçildi. A.Nəbiyev YAP Qazax Rayon Təşkilatının Ulu Öndərin səsinə ilk səs verən rayonlardan biri olduğunu söyləyib. Təşkilatın təsisçisi Abbas Göyüşovun rəhbərliyi altında 110 nəfərin iştirakı ilə YAP Qazax Rayon Təşkilatının yarandığını, 1993-cü il iyul ayının 24-də Qazaxda YAP Rayon Təşkilatının təsis konfransının keçirildiyini vurğulayıb. A.Nəbiyev yeni yarananda 110 nəfəri ətrafında birləşdirən YAP Qazax Rayon Təşkilatının ötən 31 il ərzində çətin, keşməkeşli sınaqlardan keçdiyini, sıralarını gündən-günə genişləndirdiyini bildirib. Bu gün rayon təşkilatının 10700-dən  çox üzvünün olduğunu, ötən il 5 yeni ərazi partiya təşkilatının yarandığını diqqətə çatdırıb. A.Nəbiyev bu gün YAP-ın Heydər Əliyev partiyası da adlandığını qeyd edib. YAP-ın günü-gündən sırasını genişləndirən könüllülər, ziyalılar partiyası olduğunu bildirib. “YAP-ın üzvü olmaq Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalmaq deməkdir. Ulu Öndərin qurucusu olduğu YAP-ı onun adına layiq şəkildə təmsil etmək deməkdir. Partiyamızın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, sədrin birinci müavini Mehriban xanım Əliyevanın ətrafında birləşmək, yanlarında olmaq deməkdir”, - söyləyən natiq YAP Qazax Rayon Təşkilatının üzvlərinin də məhz bu amal uğrunda bir yumruq tək birləşdiyini diqqətə çatdırıb. A.Nəbiyev sonda dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın gündən-günə qüdrətlənməsi, daha da təşkilatlanması və dövlətimizə öz töhfəsini verməsi üçün bundan sonra da böyük səylə çalışacaqlarını qeyd edib, bu yolda hər kəsə uğurlar arzulayıb.

YAP Qazax Rayon Təşkilatının təsisçisi, partiya veteranı Abbas Göyüşov çıxış edərək rayon rəhbərliyini və tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. A.Göyüşov 31 illik tarixi yol qət edən Təşkilatın yaranmasından, necə təsis olunmasından, bu günə kimi keçdiyi keşməkeşli yoldan söz açıb. A.Göyüşov YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qələbələrə, nailiyyətlərə, uğurlara imza atdığını söyləyib. “Harada olmağımızdan, kimliyimizdən, peşəmizdən asılı olmayaraq hər zaman dövlətimizin, dövlət başçısının yanında olmalıyıq. Ölkəmizin parlaq gələcəyi naminə dövlət başçısının ətrafında sıx birləşməliyik. Dövlət-xalq-partiya bir yerdə olduğu müddətcə ölkəmizin uğurları daha böyük olacaqdır”, - deyən natiq bu yolda hər kəsə uğurlar diləyib.

Partiya veteranlarından Bəsdi Ələkbərova, Nəsibə Tağıyeva çıxış edərək YAP-ın yaranma tarixindən danışıb, tarixi zərurətdən yaranan, əsası Ümummilli Lider tərəfindən qoyulan bir partiyanın üzvü olmaqdan, qalib ölkənin vətəndaşı olmaqdan qürur duyduqlarını bildiriblər. YAP-ın yaranmasının, təşkilatlanmasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. YAP-ın fəallarının yüksək səviyyədə fəaliyyət göstərməyə qadir olduqlarını söyləyiblər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, qurub-yaratdığı YAP-ın gördüyü işlərin, xalq və dövlət qarşısında olan xidmətlərinin illər ötsə belə heç zaman unudulmayacağını vurğulayıblar.

Gənc partiya fəalı, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini səsləndirib. P.İbrahimova qeyd edib ki, “Yeni Azərbaycan Partiyası ömür yolumuza xüsusi hərflərlə həkk olunmuş bir dövlətçilik etiketidir. Azərbaycanın dinamik inkişaf yolunun ən parlaq nümunəsidir partiyamızın keçdiyi yol. Mənim də həyatımda xüsusi izi və imzası var Yeni Azərbaycan Partiyasının. Belə ki, universitetə qəbul olduğum il partiyaya üzv olmaqla bağlı müraciət etdim, lazımi sənədləri təqdim edərək, 2019-cu ildə vəsiqəmi alaraq Partiyanın üzvi oldum. Və reallaşan fəaliyyətlərdə çalışdığım qədər fəal iştirakçılıq sərgilədim. Hazırda Cənubi Qafqazın ən böyük partiyası olan YAP-ın fəal üzvü olmağımla qürur duyuram. Əsası Ulu Öndər, Azərbaycan xalqının böyük oğlu, məmləkətimizin memarı Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası öz obyektiv, dinamik, siyasi uğurları ilə yarandığı gündən xalqın xidmətindədir. Bu gün də bu xidmət böyük məharətlə davam etdirilir. Bu gün bizlər YAP Qazax Rayon Təşkilatının yaradılmasının 31-ci ilini qeyd edirik. Dünənin, bu günün, gələcəyin partiyası olan, hər zaman dövlətimizin inkişafı, xalqımızın rifahı naminə şərəfli fəaliyyətini uğurla həyata keçirən Yeni Azərbaycan Partiyasının Qazax Rayon Təşkilatı yarandığı gündən fəaliyyət istiqaməti ilə çevrəsindəki çoxsaylı ziyalı, qadınlar və gənclər ordusu ilə seçilməyi bacardı. Nə xoş ki, mənim də yolum bu  partiya sıralarından keçir və ictimai həyatımdakı bütün uğurlarımın bir hissəsi də məhz Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Bu, böyük bir şərəfdir mənim üçün dövlət maraqlarını hifs edən bir təşkilatla birgə addımlamaq. Birlik nümayişində ön sıralardayıq əziz siyasi həmfikirlərim. Biz qazaxlılar hər zaman YAP-ın yaradıcısı, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarına daima sadiq olmuş və Yeni Azərbaycan Partiyasının sədri hörmətli Prezidentimiz, qalib və Müzəffər sərkərdəmiz İlham Əliyevin ətrafında sıx birləşərək onun məqsədyönlü və qətiyyətli siyasətini hər daim dəstəkləmişik”.

Partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə xoş arzularını çatdırıb. YAP-a, doğma Qazaxımıza həsr etdiyi şeirləri səsləndirərək partiya üzvlərinə təbriklərini ifadə edib.

Tədbirdə iştirak edən Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbirdə YAP sıralarında yüksək siyasi fəallıq göstərdiyinə görə, YAP Qazax Rayon Təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xidmətləri olan bir qrup fəal partiya üzvünə Qazax Rayon İcra Hakimiyyəti başçısının və YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanları təqdim edilib.

YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə isə üzvlük vəsiqələri təqdim olunub.     


Oxunub: 760
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:08 | Məmura oğru deyən vətəndaş 1200 manat cərimələndi
    Bu gün, 18:45 | Azərbaycan Güləş üzrə Dünya Çempionatında ilk medalını qazandı
    Bu gün, 18:43 | "Sabah" Finlandiya səfərində: heyətlər açıqlandı
    Bu gün, 18:41 | FHN-in əməkdaşları bu yarışlarda uğur qazandı
    Bu gün, 11:46 | Ceyranbatanda baş verən yanğında uşaq özünü binadan ataraq xəsarət aldı
    Bu gün, 11:25 | Rusiya bir gecədə bu qədər PUA vurdu
    Bu gün, 10:58 | "Sabah"ın oyunu canlı yayımlanacaq
    Bu gün, 10:50 | Bu şəxslərə 3 il boyunca hər ay müavinət ödəniləcək
    Dünən, 19:53 | Nəsimi rayonunda kəsilmiş ağacların yerinə yeniləri əkildi - Video
    Dünən, 17:20 | Məmmədlidə antisanitar vəziyyət aradan qaldırılıb - FOTO
    Dünən, 17:18 | MEDİA-dan İranın bəzi KİV-ləri ilə əməkdaşlıq etməməyə dair ÇAĞIRIŞ
    Dünən, 17:16 | KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    Dünən, 15:53 | Televiziyanın da aqibəti qəzet kimi olacaq? - VİDEO
    Dünən, 15:37 | SABİQ SƏDR ALMANİYADA TİKİNTİ BİZNESİNƏ BAŞLAYIB - Şərikli bina tikir + FOTO
    Dünən, 15:30 | Dövlət başçısı Fərman imzaladı
    Dünən, 12:38 | Bakıda bu ərazidə yanğın başladı
    Dünən, 12:35 | Bakıda güclü külək: xəsarət alanlar var
    Dünən, 12:10 | Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
    Dünən, 11:57 | Traktorun təkəri altında qaldı, öldü
    Dünən, 11:49 | Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? - AÇIQLAMA
    Dünən, 11:47 | Bakıda güclü külək: 7 ağac sındı
    Dünən, 11:41 | Təhsil sistemində səmərəliliyin artırılması ilə əlaqədar süni intellektin tətbiqi xidmətləri üçün vəsait ayrıldı
    Dünən, 11:39 | MİQ imtahanı verən müəllimlər üçün XƏBƏR VAR
    Dünən, 11:36 | Məktəblərin internetə qoşulmasına xidmətinə 8 milyon sərf olunacaq
    Dünən, 10:21 | Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi – HÖKM
    Dünən, 10:18 | Magistraturaya ixtisas seçiminin vaxtı uzadıldı
    Dünən, 10:16 | Hərbçimiz vəfat etdi - Foto
    Dünən, 10:14 | Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
    Dünən, 09:45 | 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    Dünən, 09:43 | Ölü doğulan körpənin meyitinin zirzəmiyə qoyulması klinikalarda etik normalarla bağlı hansı sualları doğurur? - VİDEO
    Dünən, 09:41 | Ağacların kəsilməsinə görə külli miqdarda cərimə və həbs oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
    Dünən, 09:37 | "Turan Tovuz" Türkiyə klubuna qarşı
    Dünən, 00:12 | "Ağstafa Gəncləri" Tovuzun "Turan-2" klubuna böyük hesabla qalib gəldi
    26-07-2026, 23:48 | Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
    26-07-2026, 21:50 | Ağstafadakı qəzada ölən və yaralananın kimliyi məlum olub - YENİLƏNİB
    26-07-2026, 21:16 | Zelenski İran gəmisinə hücum edib, dənizçini öldürdü - Arakçı
    26-07-2026, 21:14 | Putindən şok: Ukrayna bu torpaqları da itirəcək!
    26-07-2026, 19:40 | Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır
    26-07-2026, 19:39 | "Aquapark"da yanğın - VİDEO
    26-07-2026, 19:35 | Tanınmış jurnalist qəza törətdi - FOTO
    26-07-2026, 19:34 | Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...
    26-07-2026, 13:11 | Rostovda güclü qasırğa: ölü və yaralılar var
    26-07-2026, 13:07 | Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş
    26-07-2026, 13:04 | Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    26-07-2026, 11:35 | Faktiki hava: 39 dərəcə isti qeydə alındı
    26-07-2026, 11:34 | Erməni güləşçilər Bakıya gəldilər
    26-07-2026, 10:55 | "Əvvəllər də bir-iki qoyun satıb evdən gedib" - Salyanda müəmmalı şəkildə itən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT - VİDEO
    26-07-2026, 10:53 | Naxçıvanda təcili yardım maşını aşdı: yaralılar var
    26-07-2026, 09:59 | İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
    26-07-2026, 09:57 | Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.