Dünyanın YENİ BƏLASI: eşşəklərin nəsli sürətlə kəsilə bilər
Keniyada eşşəklər adaya atılan plastik ucbatından nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Qeyd olunub ki, ot çatışmazlığı səbəbindən heyvanlar yolboyu səpələnmiş plastik butulkalar və parça qırıntıları qalaqları arasında yemək axtarırlar. Eşşəklər qida borusunu bağlayan və aclığa səbəb olan plastik yeyirlər. Adada maşın yoxdur, ona görə də yerli sakinlər onların gəzməsinə kömək etmək üçün əsasən eşşəklərə güvənirlər. Portsmut Universitetinin alimləri müəyyən ediblər ki, ayda orta hesabla üç heyvan zibil yemək nəticəsində yaranan kolikadan ölür. Hüseyn İbadlı
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: