Bağçada dəhşət: Müəllimə uşaqları ağır xəstəliyə yoluxdurdu
Rusiya Federasiyasının Tuva Respublikasının Çaa-Xol kəndində 20 yaşlı bağça müəlliməsi diaqnozunu bilə-bilə işini davam etdirib və bununla da 9 uşağı vərəmə yoluxdurub. Mediaxeberleri.Az xəbər verir ki, müəlliməyə qarşı uşaqların, həmçinin həmkarlarının həyat və sağlamlığına təhlükə törətdiyinə görə cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, bağça müəlliməsi yoluxucu xəstəliyə 2022-ci ilin avqustundan 2023-cü ilin fevralına qədər yoluxub. Həmin müddətdə o, diaqnozunu gizlədib və “Günəş” adlı uşaq bağçasında işə başlayıb. Nəticədə adıçəkilən məktəbəqədər təhsil müəssisəsində vərəmin yayılmasına səbəb olub.
Oxunub: 399
Xəbəri paylaş
Paylaş: