AzTV 5 min manatımı vermədi - Xəyalə Quliyeva
Aktrisa Xəyalə Quliyeva “Düşən pullar” layihəsində qazandığı 5 min manatlıq mükafatı ala bilmədiyini açıqlayıb. Mediaxeberleri.Az Axşam.az-a istinadla xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə şərh yazıb. Bildirib ki, mükafatın verilməməsinə səbəb diskdə yaranan zədə olub. “Bəli, mən də 5 000 udmuşdum, vermədilər. Disk zədələnib, verilişi efirə verə bilmərik dedilər. Müqavilədə də veriliş efirə gedəndən sonra ödəniş ediləcək qeyd olunubmuş. Qısası, efirə yalnız uduzanların çəkilişləri getdi. Qaliblərin isə nədənsə diskləri zədələndi”, - deyə aktrisa yazıb. Qeyd edək ki, bundan əvvəl aparıcılar Afaq Gəncəli və Tural Əsədov da yarışmada qazandığı pulu ala bilmədiyini açıqlamışdı.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















