Mediaxeberleri.az
    
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
  • 
  • Aslan Fətullayev dəfn olundu - Foto
    Aslan Fətullayev dəfn olundu - Foto

Son xəbərlər :
  • 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
  • Səlim Müslümova ağır itki üz verdi
  • Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
  • Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
  • "Sədərək" və "Binə" bağlanır?
  • Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
  • Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
  • Qanda şəkəri salmağın ən asan yolu...
  • Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
  • Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
  • Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
  • Kür çayında batan şəxsin axtarışları davam edib
  • Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video
  • Elçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
  • Azərbaycan güləşçiləri Ermənistanda keçirilən Avropa çempionatında altı medal qazanıblar
  • Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "O pulları öz zəhmətimlə yığmışam"
  • İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
  • Azərbaycanda zavodda güclü partlayış - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"Dört il insdut oxi axtdada gə afsand iştə"

  • Tarix: 12-06-2024, 20:23

Kubra Məhərrəmova yazır...

Yəqin yadınızda olar bu əhvalat. Bəlkə də, əfsanədir.

Deyilənə görə dahi ədib Mirzə Ələkbər Sabir şeirlərini çap etdirmək istəyir. Amma buna maddi imkanı olmur. Şeirlər kitabını çap etdirmək üçün kimə müraciət edirsə, bəylər 40 dəsmalla ağlayırlar ki, "bəs dünən gəlsəydin verərdim, bütün pulu ticarətə yatırmışam". Əl-qərəz, erməni qadınları Sabirə para verirlər ki, get çap elə. Çünki Sabir dövrünün və millətinin bütün eybəcərliklərini açıb tökmüşdü. İndi

Yeri gəlmişkən, 1908-ci il aprelin 11-də Bakı quberniyasının ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedir, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir. Yəni dediyim odur ki, bineyi-qədimdən müəllimlər dərs keçmək üçün imtahan veriblər.

Sonra şair "Ümid" məktəbi açır ki, orada da şagirdlərə ana dili, fars dili, (indinin ingilis dili qədər vacib olan), hesab və coğrafiya fənni tədris edilir.

İndi qayıdaq bu günümüzə. İndi elmimiz nə dərəcədədir, onu Allahdan başqa heç kim bilmir. Çünki gündə üç dəfə yeməkdən sonra təhsil sisteminə demədiyimiz qalmır. Bəzi məktəb direktorları min cəhdlə çalışsalar da, məktəbin baş-ayağını yığa bilmirlər. Elə ki, savadsız müəllimləri işdən azad etmək istəyirlər, bu "müəllimlər" daş atıb başlarını tuturlar ki, 40 ilin müəllimlərini niyə çölə atırsınız? Nəticədə də şagirdlər narazı, valideynlər narazı, müəllimlər narazı, axırda da Təhsil Naziri narazı.

Çox mürəkkəb vəziyyət odur ki, ölkə əhalisinin bu və ya digər şəkildə ən çox iştirak etdiyi prosesdə hamı bir-birinə düşmən gözü ilə baxır.

Nə yalan deyim, heç kimə sirr deyil ki, uşaqlar məktəbəqədər kurslara, məşğələlərə gedirlər ki, məktəbə qəbul olsunlar. Uşaq bu get-gəldən, valideyn də pul tökməkdən bezir.

Axır min zillətlə uşaqlar ali məktəblərə daxil olurlar. Orada da başqa məşəqqət başlayır. Müəllimlər də ötən əsrin kitablarını gətirib tökürlər tələbələrin qarşısına ki, götürün oxuyun. Biz belə oxumuşuq.

Onu da deyim ki, tələbələrin çoxu da imam övladı deyil. Əsas heyətin məqsədi 4 il hərbi xidmətdən yayınmaqdır ki, ondan sonra bir il xidmət çəksinlər. Qızlar da onlardan dala qalmırlar. Nəticə göz qabağındadır. Məhz həmin kadrlar da müəllimlərin sertifikasiya imtahanından elmə məlum olmayan nəticə əldə ediblər.

Yəni bir adam 11 il məktəbdə, 4 il də ali məktəbdə oxusun, sonra da təklik, onluq, yüzlük, minlik nədir onu anlamasın... Sabirin bişirdiyi sabun tiyanına and olsun ki, soruşsanız ki, hansı bank hansı faizlə hansı krediti verir, bank işçisindən daha yaxşı çıxdaş edib qoyarlar ortaya.

İndi sual budur ki, hansı məqamda bu qədər savadsız kadr-müəllim gəlib düşdü məktəbə, oradan da bizim canımıza? Sistem harada səhvə yol verdi?

Pulla, rüşvətlə illər əvvəl məktəbə işə qəbul olunanlar (hansı ki, ən bəsit bilikləri yoxdur və hər dəfə bunu canla-başla sübut edirlər) görəsən neçə nəsil məktəblinin evini yıxıb? Yəni ümumilikdə neçə yüz min şagird bilik baxımından topal-şikəst olub? Bunu hesablayacaq bir formul, düstur olsaydı bilərdik ki, ay xalq, ay millət bizdə 20-30 il bizdə keyfiyyətli kadr olmayacaq.

Gedək xaricdən özümüzə kadr gətirək ki, heç olmasa indi birinci sinfə gedəcək uşaqların həyatı məhv olmasın? Bu uşaqların da təhsili bərbad olacaqsa, vay halımıza...

İndi keçirəm başqa məsələyə. Bir adamın ki, savadı yoxdur, o özündə necə cürət tapır sinif otağına girməyə? Nədir bu hünəri ona verən? Gizlincə "fond pulları"nın yığılmasımı, yoxsa valideynin üstünə hədə-qorxu gəlib "uşağın zəifdir, göndər yanıma, hazırlaşdırım" deməsimi, yoxsa yuxarı səviyyələrdə onları himayə edənlərin "qüdrətli" olmalarımı?

Heç kimə sirr deyil ki, məktəb direktoru olmaq üçün yuxarıda adamın, bir də pulun olmalı idi.

Ha fırlat, bu direktor da bir müddət əvvəl elə həmin məktəbdə müəllim işləyib də. Bəlkə fikirlərim oxucuya qarışıq gələ bilər, amma tablo ondan ibarətdir ki, eyni qazandan çıxan məhsuldur hamısı.

Arada isə şagirdlərin başı gedir. Lap Osmanlı dövrünün saray intriqaları kimi. Müəllimlərin məktəbdə öz koalisiyaları, qrupları, müqavimət dəstələri və s. olması heç kimə sirr deyil . Hər gün şəxsən mənə ən müxtəlif məktəblərdə təhsil alan şagirdlərin valideynləri uşaqlarının məhz müəllim və məktəb rəhbərliyi tərəfindən bulinqə məruz qalması barədə məlumat verirlər. Yazıb ağartmaq istəyən məqamda isə valideyn övladının sonrakı taleyindən nigaran qalaraq, şikayətini geri çəkir. Çünki hələ uşağı 5-7 il həmin məktəbdə təhsil almalıdır. Beləcə bu qara dairə açılmır ki, açılmır.

İndi prosesdən narazı qalan Elm və Təhsil Nazirliyi də bunları çıxdaş etmək üçün imtahan keçirir. Ən asan və bəsit suala 1209 müəllim ya səhv cavab verib, ya da boş qoyub.

Ümid edirəm, savadsız müəllimlərin məktəbdə yerləri həqiqətən də boş qalar.

Yazıq bu illər ərzində kor, topal təhsil sisteminin qurbanı olan körpələrə.

"Dört il insdut oxi axtdada gə afsand iştə" sitatın sonu.


Oxunub: 290
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:44 | 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
    Bu gün, 10:34 | Səlim Müslümova ağır itki üz verdi
    Bu gün, 10:31 | Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
    Bu gün, 10:29 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Bu gün, 10:05 | Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
    Bu gün, 10:04 | Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
    Bu gün, 09:33 | "Sədərək" və "Binə" bağlanır?
    Bu gün, 09:13 | Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
    Bu gün, 08:22 | Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
    Bu gün, 08:04 | Qanda şəkəri salmağın ən asan yolu...
    Bu gün, 07:56 | Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
    Bu gün, 07:46 | Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
    Bu gün, 07:44 | Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
    Bu gün, 07:30 | Kür çayında batan şəxsin axtarışları davam edib
    Bu gün, 07:09 | Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video
    Bu gün, 07:07 | Elçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
    Bu gün, 07:03 | Azərbaycan güləşçiləri Ermənistanda keçirilən Avropa çempionatında altı medal qazanıblar
    Dünən, 23:03 | Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "O pulları öz zəhmətimlə yığmışam"
    Dünən, 23:00 | İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
    Dünən, 22:58 | Azərbaycanda zavodda güclü partlayış - Video
    Dünən, 22:06 | “Qreçka”nın qiyməti kəskin bahalaşa bilər – Səbəb
    Dünən, 20:03 | Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb
    Dünən, 19:53 | Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
    Dünən, 19:50 | Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
    Dünən, 13:52 | Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
    Dünən, 13:50 | 42 yaşlı rəis qəfil öldü - Foto
    Dünən, 13:43 | “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
    Dünən, 13:40 | Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
    Dünən, 13:23 | Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
    Dünən, 13:06 | Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
    Dünən, 13:04 | İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
    Dünən, 12:46 | Sabah hava necə olacaq?
    Dünən, 12:45 | 20 tələbə 200 AZN təqaüd alacaq
    Dünən, 10:37 | ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
    Dünən, 10:32 | Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
    Dünən, 10:21 | 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
    Dünən, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    Dünən, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    Dünən, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    Dünən, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    Dünən, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    Dünən, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    Dünən, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Dünən, 08:33 | Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
    Dünən, 08:07 | İcra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib
    Dünən, 00:10 | Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi - Foto
    Dünən, 00:00 | Qazaxda evdə partlayış: Ağır yanıq xəsarətləri alan şəxs Bakıya gətirildi - Foto/Video
    26-11-2026, 19:13 | Qaz olmayacaq
    26-11-2026, 19:12 | Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
    26-11-2026, 19:10 | Babasının 1500 manatını oğurladı, həbs olundu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.