Millimiz Qazaxıstana qalib gəldi
Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünə çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Arif Əsədovun başçılıq etdiyi yığmamız Qazaxıstanı sınağa çəkib. Oyuna uğursuz başlayan və hesabda 0:2 geri düşən millimiz "kambək" etməyi bacarıb. Üç qol vuran Əsədovun komandası meydandan qalib ayrılıb. Qeyd edək ki, iyunun 7-də Macarıstanda Albaniya ilə qarşılaşan Azərbaycan millisi görüşdən 1:3 hesabı ilə məğlub ayrılıb. Beynəlxalq yoldaşlıq oyunu Azərbaycan - Qazaxıstan 3:2 Qollar: Mahir Emreli, 42. Emin Mahmudov, 51-pen. Toral Bayramov, 73 - Yan Voroqovskiy, 2. Maksim Samorodov, 27. Macarıstan, "Haladas SportKomplexum" Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amin Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev Məşqçi: Arif Əsədov Qazaxıstan: 1. Aleksandr Zarutski, 11. Yan Voroqovskiy, 3. Nurali Alip, 22. Aleksandr Maroçkin, 24. Alibek Kassim, 4. Marat Bıstrov, 8. Aşkat Taqibergen (k), 18. Adilet Sadibekov, 7. Ramazan Orazov, 10. Maksim Samorodov, 17. Abat Aimbetov Məşqçi: Ruslan Baltiev
11 iyun