Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
Ermənistanda oktyabrın 31-də ölən hərbi qulluqçu intihar həddinə çatdırılıb. Mediaxeberleri.Az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV hadisə ilə bağlı ilkin məlumatlara əsasən bildirir. Qeyd olunur ki, intihardan əvvəl hərbçinin xidmət yoldaşları ilə problemləri yaranıb və bu da onu bu addımı atmağa vadar edib. Hazırda iş üzrə iki nəfər saxlanılıb. Lakin bunun ardınca başqa saxlanılmaların da ola biləcəyi istisna deyil. Xatırladaq ki, oktyabrın 31-də Ermənistanın N saylı hərbi hissəsində üzərində güllə yaraları olan hərbçinin meyiti tapılıb. Hadisənin səbəblərinin aydınlaşdırılması üçün araşdırma aparılır.

Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















