Rəhbərlərin yersiz tələbi BU DƏFƏ CAN ALDI... - MALƏSƏF...
"Allahdan işçiyə rəhmət, ailəsinə səbir diləyirəm..." Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri qeyd edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı ürəkağrıdan bir hadisəni diqqətə çatdırıb.
"Bu gün səhər göndərdilər bu xəbəri... Söz tapa bilmirəm. Haqqın üzüldüyü yer..." deyə vurğulayan tanınmış hüquq müdafiəçisi daha sonra əlavə edib:
"Dünən (srağagün -red.) SOCAR Təhlükəsizlik idarəsinin dəniz komandasının mühafizəçisi Avazov Vüqar ürək tutmasından dünyasını dəyişdi. Bu mühafizəçi müharibə veteranı idi və oğlu da 44 günlük müharibədə döyüşüb əlil olub.
Rəhmətə gedən əməkdaş bir müddət əvvəl təhlükəsizlik idarəsinin tələbi ilə keçirilən üzgüçülük imtahanından kəsilmişdi və cox stress keçirirdi ki işdən çıxaracaqlar.
Sonradan hazırlaşıb birtəhər üzgüçülük imtahanından keçdi, amma keçirdiyi stress keçmədi və cəmi bir ay yaşadı.
Bu stress 55 yaşlı bir döyüşçünün ömrünə son qoydu...."