Moskvadakı faciə ilə bağlı Ukraynadan ilk REAKSİYA GƏLDİ: “Putinin işidir”
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Moskvadakı terror aktı ilə bağlı açıqlama yayıb. Mediaxeberleri.Az Ukrayna mediasına istinadla xəbər verir ki, bəyanatda baş verənlərin Vladimir Putin rejiminin öz təxribatıdır. “Bu, Putinin xüsusi xidmət orqanlarının qəsdən törətdiyi təxribatıdır. Biz bununla bağlı beynəlxalq ictimaiyyəti xəbərdar edirik. Kreml tiranı öz karyerasına belə başlayıb, görünür, karyerasını öz vətəndaşlarına qarşı eyni cinayətlərlə də başa vurmaq istəyir”, – Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Yusov bildirib. xatırladaq ki, bu gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Bir neçə silahlı şəxsin binanın içərisində atəş açması nəticəsində onlarla insan həlak olub, yaralılar var.