Türkiyədə daş kömür mədəni çökdü: 280 nəfər...
Türkiyənin Zonquldağ şəhərində "Armudçuk" müəssisəsinə məxsus daş kömür mədəni çöküb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Mediaxeberleri.Az xəbər verir ki, bunu Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib. O qeyd edib ki, hadisə baş verən zaman mədəndə 280 nəfər olub: "Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib".
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: