Mediaxeberleri.az
    
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”

Son xəbərlər :
  • Meşədə bitən “qırmızı xəzinə” - Payızın ən faydalı meyvələrindən biri
  • Sabah yola çıxanların NƏZƏRİNƏ
  • Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq
  • KƏND MƏKTƏBLƏRİNDƏ KƏSKİN AZALMA, BAKI MƏKTƏBLƏRİ İSƏ... - Demoqrafik disbalans təhsil sisteminə necə təsir edir?
  • Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
  • Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
  • Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
  • Qazaxda aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
  • BAKINI BOŞALTMAĞIN YOLU BUNDAN KEÇİR... - "Bunu 25-30 ilə reallaşdırmaq mümkündür"
  • Suraxanı sakinlərinin şikayəti: Asfaltsız yollar və zibillənmiş futbol meydançası - VİDEO
  • Hakim "Turan Tovuz"a qarşı səhv qərar verib! - AFFA rəsmisi açıqladı + Video
  • Azərbaycanda birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu - RƏSMİ - VİDEO
  • Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO
  • Təhlükəli arıqlama məhsulları aşkarlandı
  • Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
  • Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
  • Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
  • Veteranlara şad xəbər - 400 manat...
  • Baş nazirdən Qarayazı Dövlət Təbiət Qoruğu ilə bağlı qərar
  • ABB partnyorları ilə görüş
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO

  • Tarix: 16-03-2024, 17:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.


Prezident İlham Əliyevin bəyanatı:

- Hörmətli cənab baş nazir. Hörmətli qonaqlar. İlk növbədə, cənab baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, baş nazir vəzifəsində fəaliyyətinizə başlayandan dərhal sonra Siz Azərbaycana səfər edirsiniz. Bu münasibətlə mən Sizə təşəkkürümü bildirdim. Eyni zamanda, Sizi bir daha baş nazir vəzifəsində fəaliyyətə başlamağınız münasibətilə ürəkdən təbrik edirəm.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadırlar, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulub.

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması, hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.

Bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilib, Gürcüstan bu tədbirdə yüksək səviyyədə təmsil olunub. Bütün iştirakçılar bir daha gördülər ki, burada Azərbaycan, Gürcüstan və Türkiyə bu layihənin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı səkkizə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Biz dünya bazarlarının xüsusiyyətlərini yaxşı bilirik, mən dünya enerji bazarlarını nəzərdə tuturam. Yaxşı bilirik ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edirlər.

Təbii ki, biz yeni layihələr üzərində də işləyirik. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlayıblar. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpa olunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaq.

Mən bir məsələni də qeyd etmək istəyirəm ki, aparılan düşünülmüş islahatlar nəticəsində Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bu, xüsusilə indiki geosiyasi vəziyyəti nəzərə alsaq, böyük nailiyyətdir və biz bütün bu uğurlar münasibətilə gürcü qardaşlarımızı təbrik edirik.

Bizim ticarət dövriyyəmiz də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılıb. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.

Eyni zamanda, bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiə etmək hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa edib.

Bir daha demək istəyirəm ki, Gürcüstanın baş nazirinin - dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Əminəm ki, bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. Bizim nümayəndə heyətinin üzvləri bir-biri ilə uzun illər təmasdadırlar və onları da dostluq əlaqələri bağlayır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcək.

Bir daha, cənab baş nazir, Sizi salamlayıram, bir daha “Xoş gəlmisiniz!” deyirəm.

Sonra Gürcüstanın baş naziri bəyanatla çıxış etdi.

Baş nazir İrakli Kobaxidzenin bəyanatı:

- Hörmətli cənab Prezident. Hörmətli media nümayəndələri. Baş nazir seçilməyimdən sonra Azərbaycanda səfərdə olmağımdan çox məmnunam. Bizim üçün çox vacib idi ki, ilk səfərlərdən biri Azərbaycana edilsin. Mən cənab Prezident Əliyevə nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edirəm.

Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, bizim ölkələri tarixi dostluq bağları birləşdirir və bu münasibətlər çox möhkəm təməl üzərində qurulub. Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir.

Ölkələrimiz arasında siyasi tərəfdaşlığı bir daha qeyd etmək istərdim. Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bu gün bizim çox məhsuldar görüşümüz oldu, müxtəlif mövzulara toxunduq. Qardaş ölkələrimiz arasında qlobal siyasi hadisələri də müzakirə etdik. Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq həmin qlobal kontekstdə də olduqca vacibdir. Sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir və bizim mövqeyimiz ondan ibarət olub. Biz sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışmışıq. Biz gələcəkdə də regionumuzda bunu davam etdirəcəyik.

Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlarımız var. Biz cənab Prezidentlə bir sıra layihələri müzakirə etdik, orada birgə iştirak imkanlarımız var. Bu sahədə işlər bizim üçün də çox önəmlidir. Eyni zamanda, ticarət məsələsini müzakirə etdik. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və biz əminik ki, bu rəqəmlər getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi. Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq.

Ümid edirəm ki, cənab Prezident tezliklə Gürcüstana səfər edəcək. Mən onu artıq dəvət etdim. Bu, bizim üçün çox böyük şərəf olardı. Bu səfər bizim əməkdaşlığımızın dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bir daha vurğulamaq istəyirəm ki, tərəfdaşlığımız mükəmməl səviyyədədir. Əlbəttə, hər zaman potensial var və biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.

Cənab Prezident, qonaqpərvərliyə görə bir daha sağ olun.

15:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə AZƏRTAC xəbər verir.

14:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış edirlər.

Bu barədə AZƏRTAC xəbər verir.

 




Oxunub: 698
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:04 | Meşədə bitən “qırmızı xəzinə” - Payızın ən faydalı meyvələrindən biri
    Bu gün, 22:02 | Sabah yola çıxanların NƏZƏRİNƏ
    Bu gün, 22:00 | Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq
    Bu gün, 21:32 | KƏND MƏKTƏBLƏRİNDƏ KƏSKİN AZALMA, BAKI MƏKTƏBLƏRİ İSƏ... - Demoqrafik disbalans təhsil sisteminə necə təsir edir?
    Bu gün, 21:26 | Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
    Bu gün, 21:24 | Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
    Bu gün, 21:04 | Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
    Bu gün, 20:38 | Qazaxda aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
    Bu gün, 20:35 | BAKINI BOŞALTMAĞIN YOLU BUNDAN KEÇİR... - "Bunu 25-30 ilə reallaşdırmaq mümkündür"
    Bu gün, 20:32 | Suraxanı sakinlərinin şikayəti: Asfaltsız yollar və zibillənmiş futbol meydançası - VİDEO
    Bu gün, 20:28 | Hakim "Turan Tovuz"a qarşı səhv qərar verib! - AFFA rəsmisi açıqladı + Video
    Bu gün, 20:19 | Azərbaycanda birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu - RƏSMİ - VİDEO
    Bu gün, 18:04 | Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO
    Bu gün, 18:03 | Təhlükəli arıqlama məhsulları aşkarlandı
    Bu gün, 18:01 | Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
    Bu gün, 17:57 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
    Bu gün, 17:55 | Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
    Bu gün, 16:11 | Veteranlara şad xəbər - 400 manat...
    Bu gün, 16:10 | Baş nazirdən Qarayazı Dövlət Təbiət Qoruğu ilə bağlı qərar
    Bu gün, 15:48 | ABB partnyorları ilə görüş
    Bu gün, 15:30 | Ukrayna ordusu irəliləyir, sərhədi keçdi - Fotofakt
    Bu gün, 14:30 | ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
    Bu gün, 14:26 | Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
    Bu gün, 14:24 | Ukrayna Rusiyanın Su-24 təyyarəsini vurdu
    Bu gün, 14:02 | Azərbaycanda internet bahalaşır - Yeni rəqəm
    Bu gün, 14:00 | Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat
    Bu gün, 13:30 | 2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
    Bu gün, 13:28 | Pensiyalar və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar üzə çıxdı
    Bu gün, 13:24 | Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edib
    Bu gün, 13:08 | İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    Bu gün, 13:06 | Azərbaycanda gizli şəhər tapıldı - VİDEO
    Bu gün, 13:04 | Daha 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
    Bu gün, 13:01 | Sabah 35 dərəcə isti oalcaq
    Bu gün, 07:53 | Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır
    Bu gün, 07:50 | Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?
    Bu gün, 07:48 | Pul əlinizə gələcək: gözlənilmədən zənginləşəcək üç BÜRC
    Bu gün, 07:44 | İkili standartlar, islamofobiya və susan dünya: Sual vermək vaxtıdır
    Bu gün, 07:42 | Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" - FOTO
    Bu gün, 07:34 | Şamaxıda yol kənarı zibilliyə çevrilib - FOTO
    Bu gün, 07:32 | Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" - VİDEO
    Bu gün, 07:30 | İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO
    Bu gün, 07:27 | “Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
    Bu gün, 07:25 | Merzin sözlərinə etibar edə bilmərik - Trampın elçisi
    Dünən, 18:33 | Sinifdə elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Təhsil idarəsindən açıqlama - FOTO
    Dünən, 18:03 | Hövsanda xeyir-şər evi qalmaqalı: Tikili niyə sökülüb? - VİDEO
    Dünən, 17:58 | TƏBİB: Bu əlamətlər varsa, həkimə gedin
    Dünən, 17:56 | Bakıda bu tarixdə “Avtomobilsiz Gün” keçiriləcək – 10 saat nəqliyyat işləməyəcək...
    Dünən, 17:54 | Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR
    Dünən, 17:11 | Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
    Dünən, 17:08 | Növbəti 2 günün hava proqnozu: Leysan, dolu...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.