Mediaxeberleri.az
    
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
  • 
  • Aslan Fətullayev dəfn olundu - Foto
    Aslan Fətullayev dəfn olundu - Foto

Son xəbərlər :
  • Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama
  • Prezident Əhməd Vəliyevi təltif etdi
  • İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam
  • AzTV 5 min manatımı vermədi - Xəyalə Quliyeva
  • Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
  • Gənc ər və arvad dəm qazından zəhərləndi, biri öldü
  • Hərbi Liseydə insident: həbs olunan var
  • 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
  • Səlim Müslümova ağır itki üz verdi
  • Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
  • Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
  • "Sədərək" və "Binə" bağlanır?
  • Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
  • Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
  • Qanda şəkəri salmağın ən asan yolu...
  • Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
  • Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
  • Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Biliyini pula çevirib Avropanın 48 şəhərini gəzən azərbaycanlı xanım

  • Tarix: 11-03-2024, 16:21

Müəllimləri onu “fakültənin qaymağı” adlandırıblar və uğurlu olacağına inanıblar. Çünki enerjisi, çevikliyi, diqqəti, bilikləri ilə daim seçilib. Haqlı da çıxıblar. O, bu gün Azərbaycanı xaricdə təmsil edən alimdir. Ona İsveçrədə “super elmi ana” deyirlər, hətta onunla bağlı məqalələr də yazırlar. Bir yaşlı qızı ilə tədqiqat aparır, universitetə gedir, konfranslara, “zoom” görüşlərinə qucağında uşaqla qatılır. Ailə və karyera balansının öhdəsindən layiqincə gəlir. Özünü evinin xanımı, övladının anası, işinin sahibi adlandırır.

Müsahibimiz İsveçrə Fəxri Federal təqaüdçüsü Nərgiz Hacıyevadır.



45 isveçrəli içində yeganə əcnəbi direktor

Gəncədə ziyalı ailəsində anadan olub. Cavad xan nəslinin davamçılarındandır. Orta məktəbi Gəncədə bitirdikdən sonra Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına qəbul olur və qırmızı diplomla bitirir. Daha sonra Litva və Fransa dövlətlərinin ayırdığı təqaüd hesabına Vitautas Magnus Universitetinin və Sciences PO-nun beynəlxalq münasibətlər və diplomatiya ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirir. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi, UNEC Beynəlxalq İqtisadiyyat məktəbində ingilis dilində sosiologiya və politologiya fənləri üzrə müəllim vəzifələrində çalışıb. Hazırda UNEC-də elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurası tədqiqat mərkəzinin rəhbəridir. Nərgiz bununla kifayətlənmir. O, həm də İsveçrə Siyasi Elmlər Assosiasiyasının Empirik Metodlar işçi qrupunun direktoru vəzifəsini icra edir. 45 isveçrəli içində yeganə əcnəbi direktordur. İngilis, fransız, alman, rus, türk və Litva dillərini bilir.



“Elmdə paxıllıq mütləqdir”

- Nərgiz xanım, peşənizin vurğunusunuz. Hər kəs ixtisas seçimi ilə bağlı qərarında sizin qədər şanslı olmur. Siz nə vaxt dərk etdiniz ki, siyasi alim, tədqiqatçı olmalısınız?

- Uşaqlığımdan tarixi çox sevirdim. Bir dərsə 5-6 saat vaxt sərf edir, mətni dərk etdikdən sonra nöqtə, vergülünə qədər əzbərləyirdim. Hətta qəbul vaxtı tarixdən 25 sualı 1 dəqiqə 50 saniyəyə yazdım. Peşə sevgimi anam kəşf edib. O, bizə heç vaxt müdaxilə etməyib, sadəcə müşahidə edib və yönləndirib. Bacımla uşaq idik, bizə tarix kitabını verdi və dedi ki, öyrənin mənə danışın. Mən öyrəndiyimi çox detallı, maraqla danışdım. Bacım isə daha yığcam məlumat verdi. Anam bacıma dedi ki, sənin marağın texniki elmlərədir.

- Universitetin ilk günü “buranı qırmızı diplomla bitirəcəyəm” demisiniz. Amma həvəsinizi qıranlar, buna inanmayanlar olub.

- O qədər sevincli idim ki... İlk dərs günü saat 7-yə 15 dəqiqə qalmış qapıda idim. Məndən başqa heç kim yox idi. Mənə elə ilk gün dedilər ki, burada qırmızı diplom almaq mümkün deyil. Elə o yaşımda deyirdim ki, bu, sizin yanaşmanızdır. Mən öz bildiyimdən dönməyəcəm. Bizim cəmiyyətin ən ağrılı yerlərindən biri mənfi rəyin daha çox yayılması və ona inanılmasıdır. Qırmızı diplom alanları da sanki güzəşt ediblər kimi təsvir edirdilər. Tələbənin savadına, öz hesabına əldə edəcəklərinə inana bilmirdilər. İlk gündən ön partada oturdum, məktəbə beş yaşımda getdiyim üçün yaşıdlarımdan balaca idim. Mən həmişə savadlı, rəqabətli, şəffaf qısqanclığın tərəfdarıyam. Elmdə paxıllıq mütləqdir. Amma bu paxıllıq başqalarını toksik şəkildə zəhərləməməlidir. Mənə inanmayanlara inad, universiteti qırmızı diplomla bitirdim.



“Yataqxanada dedim ki, Nərgiz, sən bunu bacardın...”

- Litvada cəmi üç azərbaycanlıya verilən təqaüdü qazanmısınız. Bu, necə oldu?

- Xaricdə təhsil üçün universitetlərə müraciət edirdim. Anam həmişə deyirdi ki, təhsilə pul xərcləmək olar, amma çalışmaq lazımdır ki, təhsil sənə pul gətirsin. Mən öz bacarığımı elmə çevirmək və ondan pul qazanmaq istəyirdim. Bu təqaüdü qazanmazdan əvvəl Gəncədə Heydər Əliyev mərkəzində ingilis dili qrupunun rəhbəri idim. 400-500 tələbəm var idi, onları təmənnasız hazırlaşdırırdım. Daha sonra bu fəaliyyətim dəyərləndirildi və qısa müddət icra hakimiyyətində işlədim. Burada vəzifəyə getmək imkanım yarandı, amma heç nə təhsilimin qarşısını ala bilməzdi. Litva Elm və Təhsil Nazirliyi tərəfindən verilən dövlət təqaüdünə layiq görüldüm. Bəli, bu təqaüd o zaman üç azərbaycanlıya verildi, biri də mən idim. Yataqxanada dedim ki, Nərgiz, sən bunu bacardın, sən artıq Avropada təqaüdlə təhsil alacaqsan. Yaxşı oxuduğuma görə bir semestrlik Paris Diplomatiya Akademiyasına göndərildim, daha sonra Avropa İttifaqının Erasmus təqaüdünü qazandım. Macarıstanda Soyuq Müharibə, Tarix və Hüquqi Araşdırmalar Mərkəzində tədqiqatçı kimi işlədim, bitirdikdən sonra yenə universitetə gəldim. Litvadan məzun olduqdan sonra Çexiya Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq Münasibətlər İnstitutunda yenə tədqiqatçı kimi fəaliyyət göstərdim.



- Azərbaycanı Argentinadan tutmuş Yaponiyaya qədər müxtəlif ölkələrdə təmsil etmisiniz. Sizin üçün ən yadda qalan hansı idi?

- İsveçrədə Ermənistan Amerika Universiteti və Sürix Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilirdi. O konfransda iştirak etmək üçün çox çalışdım. Məni qəbul etmələri üçün məqaləmin başlığını “Dəyişən qüvvələr balansı, status-kvo Qarabağ və Avropa İttifaqı nümunəsində” qoydum. Məqaləm qəbul olundu və İsveçrə Federal Departamenti bütün xərclərimi qarşıladı. Yoldaşım mənə dedi ki, orada təksən, çıxışdan sonra üstünə çox gələcəklər, problem olarsa, səni çöldə gözləyəcəm. Çıxışımdan sonra erməni professorları təkidlə yanaşmalarımın düzgün olmadığını deyirdilər. Mən isə onlara deyirdim ki, sizin yanaşmanızda müvafiq hüquqi təminat yoxdur, amma mən sizə faktlarla danışıram. Sizə öz dilimdən deyil, beynəlxalq konvensiyaların, deklarasiyaların, qətnamələrin dilindən danışıram. Azərbaycanı layiqincə təmsil etdiyim üçün xoşbəxt idim.



“Vakansiyanın erkəyi, dişisi olur?”

- İqtisad Universitetinə maraqlı təsadüflə işə düzəlmisiniz. Nə üçün “vakansiyaya bəylər müraciət edə bilər” şərtini oxuduğunuz halda, inadla müraciət etdiniz?

- Bəli, Beynəlxalq Əməkdaşlıq Departamentində beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilmişdi. “Ancaq bəylər müraciət edə bilər” sözü məni təəssüfləndirdi. Qəsdən bu vakansiyaya müraciət etdim. Məni bir ay sonra çağırdılar və bir xanım dedi ki, vakansiya bəylər üçündür, siz niyə müraciət etmisiniz? Dedim vakansiyanın da erkəyi, dişisi olur? Təsəvvür edin, müsahibəyə 20 bəy gəlmişdi, tək xanım mən idim. Mənə dedilər ki, bizi nə ilə təəccübləndirə bilərsən ki, səni işə götürək? Dedim ki, mən enerjiliyəm, motivasiya prinsiplərim var, ən əsası, ictimai rəyə görə ruhdan düşmürəm. Sonda rektorla görüşdüm və məni istisna hal kimi işə qəbul etdilər. Rektor Ədalət Muradovun təhsilimlə bağlı mənəvi dəstəyini daim hiss etdim, İsveçrədə tədqiqat apardım.

- Nə üçün məhz bəy işçi istəyirdilər?

-Xarici qonaqları gec saatlarda qarşılamaq lazım idi. Dedim, mənim üçün problem deyil. Qadın da əgər işi üçün lazımdırsa, bunu edə bilər və etməlidir də.



Hərəkət sözdən daha güclüdür

- Vakansiyanın erkəyi, dişisi olmur deyirsiniz. Amma rəhbərlər, qurumlar, hətta qadınların özü belə çox vaxt belə düşünmür. Bu stereotiplər necə qırılmalıdır?

- O qədər ciddi problemdir ki... Xanım Tədqiqatçılar Şurası olaraq regionları gəzir, xanım sahibkarla müsahibələr edib, kitab kimi nəşr edəcəkdik. Təəssüflər olsun ki, regionlarda əlaqə saxladığım sahibkar xanımların əksəriyyəti deyirdi ki, yoldaşım müsahibə verməyimə icazə vermir. Xanım sahibkar olmaq sənin azad olmağın demək deyil. İnsan fikri, fiziki cəhətdən azad olmalıdır. Sənin bu gün fikrini ifadə etməkdə azadlığın yoxdursa, istənilən fəaliyyətin məhduddur. Bu gün Azərbaycan qadınlarının qarşılarında duran ən böyük əngəllərdən biri fikri azadlıqlarının olmamasıdır. Bu, regionlarda daha dəhşətlidir. Amma yavaş-yavaş dəyişəcək.

- Xüsusilə, regionlarda qadınlarla bağlı maarifləndirilmə aparan insanlar haqqında “ailə dəyərlərimizi dağıdırlar”, “qadınları ayıltmağa çalışırlar” ifadələri səsləndirilir. Bəzən bunu qadınlar da deyir. Onlarla mübarizəniz necədir?

- Bəli, çox rastlaşıram. Amma heç nə demirəm, sadəcə fəaliyyət göstərirəm. Mənim mübarizəm ancaq hərəkətlədir. Sözlə 10 dəfə də cavab qaytarsam, xeyri olmayacaq. Hərəkət sözdən daha güclüdür.



Sürət və savad

- İsveçrə fəxri federal təqaüdünü necə əldə etdiniz?

- Pandemiya dövründə özümü ilk dəfə çox uğursuz hesab edirdim. Övladımla bağlı analıq məzuniyyətində idim, faydasız olduğumu düşünürdüm. Uğurumun iki səbəbi olub, sürət və savad. Federal təqaüdün elanı başlamışdı. Təkcə professor tapmaq üç ay vaxtımı aldı. Təqaüdə müraciət etmək üçün ilk addım o idi ki, öz tədqiqat proqramını professora göndərirsən, səni bəyənirsə, dəstək məktubu yazır. 45 professora tədqiqat proqramımı göndərdim. İki aylıq proseslərdən sonra Cənubi Qafqaz üzrə araşdırmaçı professor Dirk Lehmkuhl məni elmi rəhbərlik üçün qəbul etdi. Sevincimin həddi-hüdudu yox idi. O maili alanda qızımı ayağımla arabada yellədir, maillərimi oxuyurdum. Qızım yatmışdı, sevincimdən qışqırmaq istəyir, özümü sıxırdım. 450 səhifəlik sənədlərlə İsveçrə səfirliyinə yollandım. Doqquz aydan sonra cavab çıxdı. Məni fəxri federal təqaüdə layiq gördülər. Mövzum işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərində idxal-ixracın iqtisadi hüquqi qiymətləndirilməsi idi. Qanunsuz patentlər, məskunlaşdırma, ticarət nişanları haqqında araşdırma aparmışdım.160-dan çox qanunsuz şirkəti tapmışdım. Tədqiqatlarımı İspaniya, Macarıstan, Yaponiya, İngiltərədə aparırdım. 15 şəxsdən 14 lehinə, 1 əleyhinə səslə bu təqaüdə qəbul olundum. İsveçrədə pandemiya rejimi idi, yoldaşımla qızımı apara bilmirdim. Qızımın ana südünə ehtiyacı var idi və mənimlə gəlməli idi. Professorum məktub yazdı və nəticədə qızım, yoldaşım və mən İsveçrəyə yollandıq. Həyat yoldaşım da mənə görə işindən çıxdı, maşınını satdı. Biz bir il bir ay İsveçrədə yaşadıq.



- Siyasi tədqiqat sahəsində qadınların kişilərə nisbəti çox aşağıdır. Nə üçün?

- Mentalitet ən birinci stereotipdir. İkincisi, xanımlarda tədqiqatın aparılması ilə bağlı maraq yoxdur, yaxud yaxşı tədris edən müəllim çatışmır. Xanımlara məqalə yazmaqla bağlı yön göstərən tədqiqatçı mentorlarımız yoxdur. Xanım tədqiqatçı olaraq mən bu konsultasiyaları pulsuz verirəm. Xanımların başını o qədər sosial məişət məsələləri ilə qatırlar ki, bilmir ki, tədqiqatına baxsın, yoxsa ailədəki problemlərini həll etsin. Qadınlar var, fəxr edir ki, həyat yoldaşım məni qısqanır, işləməyə qoymur. Problem 50 faiz kişilərdədirsə,50 faiz də qadınlardadır. Mən də yoldaşıma müəyyən nüansları razılaşdırır, bir-birimizə hörmət edir, güzəştə gedirik. Qarşılıqlı inam olmayan ailə qabağa gedə bilməz. Qadın kişiyə, kişi qadına inanmalıdır.

Biliyimi pula çevirib 48 Avropa şəhəri gəzmişəm

- Qadın istəsə, hər şeyə qadirdir deyə bilərikmi?

- Bəli, qadın düzgün hədəflər qoyaraq hər şeyi bacarar. Hədəflərin olmalı, o hədəflərə çatmağa fokuslanmalısan. Mən Avropada müxtəlif konfransların, simpoziumların qalibiyəm, amma bir dəfə öz cibimdən beş avro verib Litvadan Varşavaya getməmişəm. Hədəfim beynimin məhsulunu pula çevirmək idi. Bacardım da. Məqalələr, layihələr yazıb, qrant udurdum, qarşı tərəf də biletimi alırdı. Biliyimi pula çevirib 48 Avropa şəhərini gəzmişəm.



- Sizcə, xanımların karyera yüksəlişinin qarşısında dayanan ən böyük əngəl nədir?

- Ailə həyatı qurduqdan sonra xanımların üzərinə böyük məsuliyyət düşür. Əslində, hər bir xanım elə insanla ailə qurmalıdır ki, onun həyatını dəyişməyə çalışmasın, əksinə, bir-birilərinə uğurlarında dəstək olsunlar. Yəni sənin həyat yoldaşın adından da göründüyü kimi həyat yolunda sənə yoldaşdır, yolunu kəsəcək fərd deyil. Mən ailə quranda anam yoldaşıma şərt qoymuşdu ki, qızım diplomat, səfir olsa, həyat yoldaşı ona mane olmamalıdır. Çox şükür ki, bu gün həyat yoldaşım mənə ən böyük dəstək verənlərdən biridir. Mən də görüşəndə bildirdim ki, sən sadəcə mənim yanımda gələcəksən, mənim həyatım köklü dəyişikliyə məruz qalmayacaq, bir-birimizə dəstək olacağıq və irəliyə gedəcəyik. İstədiyim kimi də oldu. Həyat yoldaşım mənimlə tanış olanda rus və türk dilini bilirdi, ingilis, alman, dillərini bir yerdə öyrəndik.



- Bəzi insanlar düşünür ki, qadın ya karyerada uğurlu olmalıdır, ya da ailədə. Siz hər ikisini idarə etməyi bacarmısınız. Bunun sirri nədir?

- Düzdür, bəzən balans pozulur, 40 faiz ailəyə, 60 faiz elmi tədqiqata gedir. Yaxud da əksinə olur. Mən İsveçrədə saat 6-da oyanır, həm bir yaşlı uşağa baxır, həm də ailəm, elmi işimlə məşğul olurdum. Hətta universitetdə mənim haqqımda məqalə də paylaşmışdılar. Mənə “super elmi ana” deyirdilər. Qızım ağlayırdı, məcbur olub özümlə universitetə aparırdım. Hətta professorum da mənə kömək edir, ona çay verirdi. “Zoom” görüşlərinə qucağımda uşaqla qoşulurdum. Elmi sferada övladım həyatıma rəng qatdı, mənə uğur gətirdi. Ailə və karyera balansımın öhdəsindən gəldim. Evimin xanımı, övladımın anası, işimin də sahibiyəm. Ailəmə və ölkəmə töhfə verməyə davam edəcəyəm.


Oxunub: 2 431
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 14:25 | Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama
    Dünən, 12:35 | Prezident Əhməd Vəliyevi təltif etdi
    Dünən, 12:12 | İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam
    Dünən, 12:09 | AzTV 5 min manatımı vermədi - Xəyalə Quliyeva
    Dünən, 11:55 | Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
    Dünən, 11:53 | Gənc ər və arvad dəm qazından zəhərləndi, biri öldü
    Dünən, 11:52 | Hərbi Liseydə insident: həbs olunan var
    Dünən, 10:44 | 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
    Dünən, 10:34 | Səlim Müslümova ağır itki üz verdi
    Dünən, 10:31 | Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
    Dünən, 10:29 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 10:05 | Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
    Dünən, 10:04 | Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
    Dünən, 09:33 | "Sədərək" və "Binə" bağlanır?
    Dünən, 09:13 | Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
    Dünən, 08:22 | Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
    Dünən, 08:04 | Qanda şəkəri salmağın ən asan yolu...
    Dünən, 07:56 | Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
    Dünən, 07:46 | Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
    Dünən, 07:44 | Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
    Dünən, 07:30 | Kür çayında batan şəxsin axtarışları davam edib
    Dünən, 07:09 | Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video
    Dünən, 07:07 | Elçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
    Dünən, 07:03 | Azərbaycan güləşçiləri Ermənistanda keçirilən Avropa çempionatında altı medal qazanıblar
    27-11-2026, 23:03 | Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "O pulları öz zəhmətimlə yığmışam"
    27-11-2026, 23:00 | İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
    27-11-2026, 22:58 | Azərbaycanda zavodda güclü partlayış - Video
    27-11-2026, 22:06 | “Qreçka”nın qiyməti kəskin bahalaşa bilər – Səbəb
    27-11-2026, 20:03 | Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb
    27-11-2026, 19:53 | Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
    27-11-2026, 19:50 | Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
    27-11-2026, 13:52 | Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
    27-11-2026, 13:50 | 42 yaşlı rəis qəfil öldü - Foto
    27-11-2026, 13:43 | “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
    27-11-2026, 13:40 | Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
    27-11-2026, 13:23 | Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
    27-11-2026, 13:06 | Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
    27-11-2026, 13:04 | İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
    27-11-2026, 12:46 | Sabah hava necə olacaq?
    27-11-2026, 12:45 | 20 tələbə 200 AZN təqaüd alacaq
    27-11-2026, 10:37 | ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
    27-11-2026, 10:32 | Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
    27-11-2026, 10:21 | 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
    27-11-2026, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    27-11-2026, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    27-11-2026, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    27-11-2026, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    27-11-2026, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    27-11-2026, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    27-11-2026, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.