Xocalı qətliamı insanlıq tarixinə qara ləkə olaraq keçib - Türkiyə XİN
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətiamının 32-ci ildöümü ilə bağlı paylaşım edib. APA xəbər verir ki, paylaşımda deyilir: “26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib. Xocalıda öldürülən 613 nəfər qardaşımızın və o gün yaralanan, əsir alınan və ya itkin düşən bütün azərbaycanlıların kədəri hələ ürəyimizdədir. Xocalı qətliamında həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”.
Oxunub: 606
Xəbəri paylaş
Paylaş: