Mediaxeberleri.az
    
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
  • 
  • Aslan Fətullayev dəfn olundu - Foto
    Aslan Fətullayev dəfn olundu - Foto

Son xəbərlər :
  • Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama
  • Prezident Əhməd Vəliyevi təltif etdi
  • İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam
  • AzTV 5 min manatımı vermədi - Xəyalə Quliyeva
  • Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
  • Gənc ər və arvad dəm qazından zəhərləndi, biri öldü
  • Hərbi Liseydə insident: həbs olunan var
  • 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
  • Səlim Müslümova ağır itki üz verdi
  • Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
  • Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
  • "Sədərək" və "Binə" bağlanır?
  • Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
  • Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
  • Qanda şəkəri salmağın ən asan yolu...
  • Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
  • Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
  • Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən yeganə oyunçudur” - MÜSAHİBƏ

  • Tarix: 14-02-2024, 21:46

Türkiyə son vaxtlar çox ciddi diplomatik fəallıq nümayiş etdirir, qonşu dövlətlərlə əlaqələri gücləndirir və ölkənin üzləşdiyi problemlərin həlli yollarını axtarır. Türkiyə iki ilə yaxındır ki, İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqini gecikdirir, lakin sonda “F-16” döyüş təyyarələrinin tədarükü üçün ABŞ-dən icazə aldı. Türkiyə mətbuatının yazdığına görə, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə ABŞ-yə səfər edə bilər, amma Vaşinqtona əvvəlcə xarici işlər naziri Hakan Fidan gedəcək.

Türkiyə-Yunanıstan, Türkiyə-İran əlaqələri möhkəmlənib. Türkiyə liderinin Misirə səfərindən sonra (2012-ci ildən bəri ilk dəfə) Ankara ilə Qahirə arasında daha böyük qarşılıqlı anlaşma gözləmək olar. Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər etməyi planlaşdırır (bu, yəqin ki, Rusiyada nəticəsinə az adamın şübhə ilə yanaşdığı prezident seçkisindən sonra baş verəcək).

Türkiyənin diplomatik fəaliyyətinin səbəbi nədir? Türkiyənin Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri Ramiyə Məmmədova vəziyyəti Oxu.Az-a şərh edib:

- Gəlin ən problemli məsələdən - ABŞ və onun Türkiyəyə “F-16” təyyarələrinin tədarükü ilə bağlı razılığından başlayaq. Təbii ki, bunu müəyyən uğur da adlandırmaq olar, baxmayaraq ki, inciklik qaldı. Türkiyə ABŞ-nin NATO-dakı müttəfiqidir. İki il Ankara “F-16”ları və onların komponentlərini almaq üçün Vaşinqtondan icazə istədi. Müttəfiqlər, yəni ABŞ-ni nəzərdə tuturam, bunu etməməlidirlər.

Türkiyənin ekspert icması, ümumiyyətlə, hesab edir ki, Ankara müəyyən müddətdən sonra bu təyyarələrə ehtiyac duymayacaq. Amma müsbət cəhət odur ki, türkiyəli pilotlar “F-16”ların istismarını mükəmməl mənimsəyiblər və uzun illər, onilliklərdir ki, onları idarə edirlər. Bundan əlavə, Türkiyə “F-35” təyyarələrinin hazırlanmasına milyard dollardan çox sərmayə qoydu, sonra ABŞ Ankaranı layihədən çıxardı və bu vəsait ABŞ-də ilişib qaldı. İndi həmin vəsait modernləşdirilmiş “F-16”ların pulunu ödəməyə sərf oluna bilər.

Amma İsveç ümumiyyətlə Şimali Atlantika Alyansının üzvü olmamalı idi, istənilən halda, Ankara onun alyansa daxil olmasına icazə verə bilməzdi və bu qərar ölkə əhalisinin əksəriyyəti tərəfindən bəyəniləcəkdi. Birincisi, Stokholm “Türkiyə siyahısı”nda olan terrorçuları hələ də təhvil verməyib. İkincisi, Avropa Türkiyəni, özlərinin dili ilə desək, qapıları Ankaraya bağlı olan Avropa İttifaqı ilə yaxınlaşmağa qoymadı. Halbuki, bu, Ankaranın İsveçin müraciətini təsdiqləməsi ilə bağlı idi. Üçüncüsü, “F-16”ların Türkiyəyə nə vaxt təhvil veriləcəyi hələ məlum deyil, bu proses illərlə uzana bilər.

- Keçək Türkiyə-Rusiya münasibətlərinə. Rusiya liderinin aprelin sonu - mayın əvvəlində Türkiyəyə səfəri gözlənilir. Müzakirə üçün hansı mövzular ola bilər? Güman edə bilərəm ki, bunlar Türkiyədə qaz qovşağının yaradılması, Akkuyu Atom Elektrik Stansiyası, Suriyadakı vəziyyətlə bağlı məsələlərdir.

- Təbii ki, bu mövzular müzakirə ediləcək. Ancaq başqa aspektlər də var. Ankara ilə Moskvanın yaxşı işgüzar əlaqələri var. Lakin son zamanlar ABŞ-nin təzyiqi ilə Türkiyə Rusiyaya qarşı bank sektoru ilə bağlı bəzi sanksiyalar tətbiq edib. Hazırda iki ölkə arasında bank ödənişləri çətinləşib, təkcə ərzaq məhsulları, dərmanlar, turizm və tekstil ilə bağlı əməliyyatlarda problem yoxdur. Düşünürəm ki, vəziyyətin hansısa yolla həllinə cəhd ediləcək.

Akkuyu AES-ə gəlincə, burada xüsusi problem yoxdur, ancaq siz haqlısınız, tərəflər yenə də bu mövzuya, eləcə də qaz qovşağına toxunacaqlar. Daha maraqlısı - Suriya və Yaxın Şərq məsələləridir. Suriya məsələsində hazırda Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları azalıb. Ankaranın ABŞ-yə daha çox sualları var, çünki Türkiyəyə qarşı döyüşən terrorçuları amerikalılar maliyyələşdirirlər, bunlar, əslində, ABŞ-nin proksi qüvvələridir. Türkiyə bunlardan danışır, onlarla döyüşür. Eyni zamanda, ABŞ müttəfiq olaraq qalır.

Yaxın Şərqə gəlincə, istər Moskva, istərsə də Ankara ümumilikdə hesab edirlər ki, burada münaqişə ABŞ-nin sayəsində alovlanır.

- Bəs Türkiyənin ən yaxın qonşularından - İran, Misir və başqalarından danışsaq? Bu ölkələrlə əlaqələr yaxşılaşır, Türkiyə diplomatiyası çox fəaldır.

- Burada öz ofisində deyil, dünya ölkələrinə səyahətlərdə daha çox vaxt keçirən Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın xidməti böyükdür. Ankara bütün region dövlətlərinin bu müharibəyə cəlb oluna biləcəyini anlayaraq Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa çalışır.

Ankara, yəqin ki, Yaxın Şərqdə müharibəni səmimi olaraq istəməyən və qonşularını daha ehtiyatlı olmağa inandırmağa çalışan yeganə oyunçudur. Bu müharibə Cənubi Qafqaza da sirayət edə bilər və burada möhkəmlənmək istəyən Qərb buna çox da qarşı olmayacaq. Hesab edirəm ki, üçüncü dünya müharibəsinə səbəb olacaq böyük Yaxın Şərq müharibəsinin qarşısını almaq Azərbaycanın da maraqlarına uyğundur.

Nair Əliyev


Oxunub: 780
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:25 | Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama
    Bu gün, 12:35 | Prezident Əhməd Vəliyevi təltif etdi
    Bu gün, 12:12 | İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam
    Bu gün, 12:09 | AzTV 5 min manatımı vermədi - Xəyalə Quliyeva
    Bu gün, 11:55 | Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
    Bu gün, 11:53 | Gənc ər və arvad dəm qazından zəhərləndi, biri öldü
    Bu gün, 11:52 | Hərbi Liseydə insident: həbs olunan var
    Bu gün, 10:44 | 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
    Bu gün, 10:34 | Səlim Müslümova ağır itki üz verdi
    Bu gün, 10:31 | Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
    Bu gün, 10:29 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Bu gün, 10:05 | Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
    Bu gün, 10:04 | Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
    Bu gün, 09:33 | "Sədərək" və "Binə" bağlanır?
    Bu gün, 09:13 | Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
    Bu gün, 08:22 | Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
    Bu gün, 08:04 | Qanda şəkəri salmağın ən asan yolu...
    Bu gün, 07:56 | Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
    Bu gün, 07:46 | Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
    Bu gün, 07:44 | Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
    Bu gün, 07:30 | Kür çayında batan şəxsin axtarışları davam edib
    Bu gün, 07:09 | Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video
    Bu gün, 07:07 | Elçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
    Bu gün, 07:03 | Azərbaycan güləşçiləri Ermənistanda keçirilən Avropa çempionatında altı medal qazanıblar
    Dünən, 23:03 | Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "O pulları öz zəhmətimlə yığmışam"
    Dünən, 23:00 | İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
    Dünən, 22:58 | Azərbaycanda zavodda güclü partlayış - Video
    Dünən, 22:06 | “Qreçka”nın qiyməti kəskin bahalaşa bilər – Səbəb
    Dünən, 20:03 | Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb
    Dünən, 19:53 | Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
    Dünən, 19:50 | Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
    Dünən, 13:52 | Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
    Dünən, 13:50 | 42 yaşlı rəis qəfil öldü - Foto
    Dünən, 13:43 | “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
    Dünən, 13:40 | Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
    Dünən, 13:23 | Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
    Dünən, 13:06 | Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
    Dünən, 13:04 | İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
    Dünən, 12:46 | Sabah hava necə olacaq?
    Dünən, 12:45 | 20 tələbə 200 AZN təqaüd alacaq
    Dünən, 10:37 | ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
    Dünən, 10:32 | Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
    Dünən, 10:21 | 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
    Dünən, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    Dünən, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    Dünən, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    Dünən, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    Dünən, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    Dünən, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    Dünən, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.