Bülletenlərin sayılmasına BAŞLANILDI
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bülletenlərin sayılmasına başlanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bülletenlər müşahidəçilərin iştirakı ilə sayılır. Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir. Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
Oxunub: 398
Xəbəri paylaş
Paylaş: