Ağ Evin qarşısında etiraz: Əməkdaşlar təxliyə edildi
Fələstini dəstəkləyən etirazçılara görə Ağ Evin əməkdaşları təxliyə edilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Etirazçılar binanın yaxınlığında iğtişaşlar törədiblər. Telekanalın aydınlaşdırdığı kimi, onlar hasara ziyan vurub və polisə əşyalar atıblar. Etirazlar ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı zərbələr endirməsindən sonra başlayıb. Ağ Ev işçilərinin dəqiq hara köçürüldüyü açıqlanmır. Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənə koordinasiyalı hücuma başlayıb. Ölkənin paytaxtı Səna və liman şəhərləri atəşə tutulub. Zərbələr üçün döyüş təyyarələri, gəmilər və qanadlı raketlərdən istifadə edilib. Hərbi əməliyyat İran tərəfindən fəal şəkildə dəstəkləndiyi güman edilən Yəmən husiləri tərəfindən nəqliyyat və döyüş gəmilərinin davamlı atəşə tutulmasına cavab olub.