Ailəsi ilə birgə ağır qəzaya düşən Amil öldü
7 gün əvvəl İsmayıllıda ailə üzvləri ilə birgə ağır yol qəzasına düşən gənc vəfat edib. Medixeberleri.AZ xəbər verir ki, rayonun Qurbanəfəndi kəndi yaxınlığında “Hyundai Tucson” markalı avtomobilin qəfil idarəetmədən çıxaraq aşması nəticəndə ağır xəsarətlər alan 22 yaşlı Amil Füzuli oğlu Alışanov Qəbələdəki xəstəxanada dünyasını dəyişib. Vəfat edən gəncin fotosunu təqdim edirik. Söyüdlüdə xuliqanlıq etmiş şəxs həbs edildi. X X X Yanvarın 11-də Gədəbəy rayonunun Söyüdlü kəndində sərxoş halda xuliqanlıq hərəkətləri etmiş şəxs həbs edilib. Publika.az əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü S.Piriyev kəndin girişində “Niva” markalı atomobildən düşərək səs-küy salıb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılan şəxs barəsində inzibati protocol tərtib edilib və o, Gədəb rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Piriyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib.
Onun ailə üzvləri 65 yaşlı Eldar Sadiq oğlu Osmanov və 58 yaşlı Nəcibə Eldar qızı Alışanovanın müalicəsi davam etdirilir.
Qeyd edək ki, Söyüdlü kəndi bir neçə ay əvvəl qızıl mədəni ilə bağlı narazılıqlara görə gündəmə gəlmişdi.