Şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib
Şəhid anası Şəriqə Ələsgərovanın dəfn mərasimi keçirilib Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Birinci Qarabağ müharibəsində şəhid olmuş Vahid Mətləb oğlu Ələsgərovun anası Şəriqə Ələsgərovanın dəfn mərasimində iştirak ediblər. Dəfn mərasimində mərhumənin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, Şəriqə Ələsgərovanın əziz xatirəsi ehtiramla yad edilib. Qeyd edək ki, Şəriqə Ələsgərovanın nəvəsi Mətləb Ələsgərov da 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Şəhid ailəsinə göstərilən diqqət və qayğı çərçivəsində mərhumənin ailəsinə başsağlığı verilib, onların kədərinə şərik olunub.
Oxunub: 49
Xəbəri paylaş
Paylaş:





















