Pakistan da Yəmənə zərbələr endirib?
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın husilərə qarşı əməliyyatında Pakistan donanmasının iştirakı ilə bağlı sosial şəbəkələr də daxil olmaqla, KİV-də yayılan xəbərlər əsassızdır. Mediaxeberleri.AZ xəbər verir ki, Hərbi Dəniz Donanmasının rəsmisi “Ekspres Tribun” qəzetinə açıqlamasında deyib. “Gəmilərimiz Qırmızı dəniz regionuna beynəlxalq gəmiçiliyi qorumaq üçün göndərilib və bunun HƏMAS və İsrail arasındakı münaqişə ilə heç bir əlaqəsi yoxdur. Biz hökumət siyasətinə uyğun olaraq Fələstin məsələsini tam dəstəkləyirik və husilərlə İsrail arasında heç bir münaqişənin tərəfi deyilik”, - donanma rəsmisi bildirib. Nəşrin məlumatına görə, rəsmi İslamabad Vaşinqtonun Birgə Dəniz Qüvvələrinin bir hissəsi kimi Qırmızı dənizdəki 153 saylı əməliyyat qrupuna qoşulmaq təklifini rədd edib.