Oğuzdakı dəhşətli hadisə ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Oğuzda evləri yanıb kül olan məcburi köçkün ailələrinə yardım olunacaq. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayon bölməsinin müdiri Yaqub Abbasov məlumat verib. Komitənin yerli nümayəndəsi bildirib ki, zərərçəkən ailələrə ölkənin digər şəhər və rayonlarında ev təklif olunub: “Lakin onlar uşaqlarının burada oxumasını, iş yerlərinin, qohumlarının burada yaşamasını əsas götürərək razılıq verməyiblər. Komitə tərəfindən digər tədbirlər görülür, onların məskunlaşması üçün işlər aparılır və qısa müddətdə məskunlaşdırılacaqlar”. Evi yanan Aftandil Piriyev bildirib ki, yanğın baş verən an evdə olub və yaşlı anasını çətinliklə xilas edib: “Qoca anamı zorla evdən çıxardım. Tüstü məni boğduğundan heç mobil telefonumu götürə bilmədim. Hər şeyimiz yandı, bütün sənədlər, qızıllar və əşyalar”. Xatırladaq ki, dünən Oğuzda 4 ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb.