Ermənistan ordusunun daha bir hərbçisi ÖLDÜRÜLDÜ
Ermənistan Müdafiə Nazirliyinin mövqelərindən birində zabit meyiti aşkarlanıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. “Yanvarın 9-da saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib”, - xəbərdə deyilir. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, bu, gün ərzində qeydə alınan ikinci analoji hadisədir. Bu gün günorta yayılan məlumata görə, müddətli hərbi qulluqçu öldürülüb. ("Report")
Oxunub: 520
Xəbəri paylaş
Paylaş: