Ayın istismarı başladı: Alimlərdən "böyük zərər olacaq" xəbərdarlığı
Bir çox şirkətlər yaxın illərdə Aya getmək üçün rəqabət aparır. Elm adamları Ayın ehtiyatsız istismarının zərər verə biləcəyindən narahatdırlar. Mediaxeberleri.AZ xəbər verir ki, səyahətlərin əksəriyyətinin məqsədi Aydan minerallar, su və digər ehtiyatların çıxarılması yolu ilə Ayda yaşayış üçün əlverişli baza yaratmaqdır. Ancaq bu araşdırmalar Ayın səthində heç bir məhdudiyyət olmadan aparılacaq. Alimlər iddia edirlər ki, araşdırmalar qravitasiya dalğaları ilə qara dəliklərin müşahidələrinə və uzaq ulduzlarda həyat axtarışına zərər verə bilər. Məsələ ilə bağlı "Guardian"a danışan Harvard Astrofizika Mərkəzindən Martin Elvis bildirib ki, bu məsələ aktuallaşıb: “Biz indi hərəkətə keçməliyik. Çünki bu gün verəcəyimiz qərarlar gələcəkdə Ayda necə davranacağımızı müəyyənləşdirəcək". Beynəlxalq Astronomiya İttifaqı tərəfindən yaradılan işçi qrupu bu ay BMT-də məsələ ilə bağlı iclas keçirməyi planlaşdırır. Danışıqların məqsədi yerdənkənar resurslardan istifadə ilə bağlı qanunvericiliyin gücləndirilməsidir.