Rusiya bu şəhərləri tutmağa hazırlaşır
Rusiya ordusu yaxın həftələrdə Xarkov vilayətində Kupyanskın ələ keçirilməsi üçün səyləri artıra bilər, lakin vilayətin başqa istiqamətlərində genişmiqyaslı hücum əməliyyatlarına hazır deyil. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. İnstitut ukraynalı rəsmilərə istinadla qeyd edib ki, rus qoşunları 2024-cü ilin qışında Kupyansk və Borovoyu tutmağı hədəfləyir: “Bu şəhərlərin tutulması çox güman ki, Ukrayna qüvvələrini Xarkov vilayətindəki Oskol çayının şərq sahilindən sıxışdırıb çıxaracaq və Rusiyanın Kupyansk-Svatovo-Kremennoy xətti boyunca gələcək hücum əməliyyatları üçün şərait yaradacaq”.
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: