Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 mini ötdü
Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların təsirindən bir çox binalar dağılıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ zamanı 296 nəfər ölüb, 153 nəfəri isə xəsarət alıb. Yeraltı təkanlar ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Qeyd edək ki, ABŞ Geoloji Xidməti 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələnin baş vermədiyini bildirib. *** Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb. Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, 329 nəfər yaralanıb. *** Zəlzələ nəticəsində ölənlərin sayı 820-yə, yaralananların sayı isə 672-yə qalxıb. *** Mərakeşdə zəlzələdə ölənləri sayı 1037-yə yüksəlib. Bu barədə Mərakeş Krallığının televiziyası məlumat yayıb. Yeraltı təkanlar zamanı 1204 insan isə yaralanıb. Axtarış-xilasetmə işləri davam etdirilir. *** Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 305 nəfərə çatıb, ən azı 1832 nəfər isə yaralanıb. *** Zəlzələ nəticəsində ölənlərin sayı 2012-yə, yaralıların sayı isə 2059-a çatıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.