Mediaxeberleri.az
    
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video

Son xəbərlər :
  • Sosial şəbəkənin də ziyalısı, ziyalılığın da sosial şəbəkəsi olmalıdır
  • Sosial ödənişlərdə artım... - Nazirdən sevindirən açıqlama
  • İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - SİYAHI
  • Silikon qabların sağlamlığa təsiri ilə bağlı vacib məlumatlar
  • Müharibə veteranları üçün belə güzəştlər var
  • “Azərsun Holdinq”in istehsalat müəssisələrinə infotur...
  • Nazir bu xanıma yüksək vəzifə verdi - Foto
  • Ağstafada yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Azərbaycanda kürəkən qayınatasını öldürdü
  • Eyyubovun oğlu İngiltərədə 17 daşınmaz əmlak alıb
  • Bu axşam ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq
  • Kərimovanın daha 252,5 milyon dolları geri qaytarılır
  • "Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
  • Şirkət rəhbərinə hökm oxundu
  • Azərbaycanda kompleks direktoru həbs olundu, iki vəzifəlisi ev dustağı edildi
  • Bu gün Kəlbəcər Şəhəri Günüdür
  • Göygöldə direktor üçün qızıl hədiyyə iddiası – Dövlət Agentliyi niyə susur?
  • Qazaxda narkomaniyaya qarşı mübarizə ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib
  • Bakıda futbol bayramı: "Sabah" İspaniya nəhəngi ilə üz-üzə gəlir
  • UEFA Çempionlar Liqası: "Qalatasaray"dan minimalhesablı qələbə - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sosial şəbəkənin də ziyalısı, ziyalılığın da sosial şəbəkəsi olmalıdır

  • Tarix: Bu gün, 17:49

Ceyhun müəllimin sosial səhifəsi barədə düşüncələrim 
Müasir dövrdə informasiya artıq müəyyən ünvanı, saatı və yayım məkanını gözləmir. Bir zamanlar qəzetin səhifələrində, radio dalğalarında, televiziya ekranlarında və informasiya agentliklərinin xəbərlərində axtardığımız məlumat indi bir neçə saniyə ərzində sosial şəbəkələr vasitəsilə qarşımıza çıxır. Facebook, Instagram və digər platformalar təkcə ünsiyyət vasitəsi deyil, həm də ictimai fikrin formalaşdığı, məlumatların yayıldığı, müxtəlif dünyagörüşlərinin qarşılaşdığı geniş informasiya məkanına çevrilib. Bu gün bir insanın sosial şəbəkədəki səhifəsi onun şəxsi maraqlarından, dünyagörüşündən, intellektual səviyyəsindən, ictimai mövqeyindən və hətta cəmiyyət qarşısında daşıdığı məsuliyyətdən xəbər verə bilir. Lakin burada mühüm bir fərq var. Hər paylaşım informasiya deyil, hər informasiya bilik deyil, hər səhifə də ictimai dəyər yaradan platforma sayıla bilməz. Sosial şəbəkələrin geniş imkanları ilə yanaşı, onların yaratdığı ciddi bir problem də mövcuddur ki, bu da informasiya bolluğu şəraitində məzmunun keyfiyyətinin bəzən arxa plana keçməsi. Gün ərzində yüzlərlə paylaşımın qarşısından keçirik. Bəziləri diqqətimizi bir neçə saniyəlik cəlb edir, digərləri isə oxunub unudulur. Elə paylaşımlar da var ki, oxucunu dayandırır, düşündürür, məlumatlandırır, onun dünyagörüşünə yeni bir çalar əlavə edir. Belə səhifələr artıq adi sosial şəbəkə hesabı olmaq çərçivəsindən çıxaraq, müasir dövrün özünəməxsus maarifçilik tribunası funksiyasını yerinə yetirir.
Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının dosenti Ceyhun Hüseynovun sosial şəbəkədəki fəaliyyəti məhz bu baxımdan diqqətəlayiq nümunədir. Onun səhifəsini izləyərkən burada yalnız şəxsi münasibətlərin, gündəlik hadisələrin və ayrı-ayrı xəbərlərin paylaşılmadığını görürük. Bu səhifədə dövlətçilik, tarix, siyasət, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, mənəviyyat, pedaqoji düşüncə və beynəlxalq proseslər bir-birini tamamlayan mövzular kimi təqdim olunur. Müxtəlif istiqamətlərə aid materialları birləşdirən əsas xətt isə oxucunu məlumatlandırmaqla yanaşı, düşündürmək, ona müəyyən mənəvi və intellektual dəyər qazandırmaq istəyidir. Əslində, belə bir səhifənin əhəmiyyəti onun paylaşım sayında deyil, təqdim etdiyi məzmunun ictimai faydasındadır. Çünki sosial şəbəkədə görünmək başqa, oxucunun yaddaşında qalmaq başqadır. Birinciyə texniki imkanlar kifayət edir, ikinciyə isə bilik, dünyagörüşü, ardıcıllıq və müəllif məsuliyyəti lazımdır. Yəni, sosial səhifə yalnız xəbər ötürməməli, düşüncə də formalaşdırmalıdır
Ceyhun Hüseynovun paylaşdığı «44» bədii filmi ilə bağlı təhlil bu baxımdan maraqlı nümunələrdən biridir. O, filmi sadəcə kollektivin izlədiyi və xoş təəssürat yaratmış ekran əsəri kimi təqdim etmir. Mövzunu daha geniş müstəviyə çıxararaq tarixi gerçəkliklə onun bədii təcəssümü arasındakı münasibəti, milli yaddaşın qorunmasını, qəhrəmanlıq ənənəsinin gələcək nəsillərə ötürülməsini təhlil edir. Burada diqqətçəkən cəhət hadisəyə yalnız emosional münasibət bildirilməməsidir. Müəllif filmin milli-mədəni missiyasını müəyyənləşdirir, sənət əsərinin tarixi yaddaşın formalaşmasındakı rolunu izah edir. Xüsusilə Zəfərin iki cəbhəsi – onun qazanıldığı döyüş meydanı və gələcək nəsillərin yaddaşında qorunduğu mənəvi məkan haqqında fikri mövzuya fəlsəfi məzmun qazandırır. Bu yanaşma sosial şəbəkə müəllifinin məsuliyyətini də müəyyənləşdirir. O, baş verən hadisəni olduğu kimi çatdırmaqla kifayətlənməməli, onun mahiyyətini açmağa, oxucunu hadisənin görünən tərəfi ilə yanaşı, görünməyən mənəvi və ictimai məzmunu haqqında da düşünməyə sövq etməlidir.
Ceyhun Hüseynovun səhifəsində dövlətçilik mövzusunun təqdimatı da bu baxımdan fərqlənir. Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi münasibətilə etdiyi paylaşımda dövlətçilik ideyasının yalnız siyasi təşkilatın fəaliyyəti ilə məhdudlaşmadığı, elm və təhsil daxil olmaqla həyatın bütün sahələrində özünü göstərməli olduğu vurğulanır. ADAU-da həyata keçirilən yenilənmə və inkişaf təşəbbüsləri də bu kontekstdə milli inkişaf strategiyasının tərkib hissəsi kimi dəyərləndirilir. Partiya bayrağındakı dəfnə ağacının həmişəyaşıl budaqlarını qələbənin davamlılığı, bolluq və rifah rəmzi kimi təqdim etməsi isə simvolik düşüncənin maraqlı ifadəsidir. Burada müəllif konkret bir əlamətdən çıxış edərək daha geniş dövlətçilik məzmununa keçir. Yəni, əldə olunan uğur onu qorumaq və gələcəyə daşımaq bacarığı ilə tamamlanmalıdır. Deməli, sosial şəbəkə səhifəsi həm də ictimai mövqenin ifadə olunduğu tribuna ola bilər. Əsas məsələ bu mövqenin məlumatlı, əsaslandırılmış və məsuliyyətli şəkildə təqdim edilməsidir.
Ceyhun Hüseynovun paylaşımlarının diqqətçəkən xüsusiyyətlərindən biri mövzu müxtəlifliyidir. Tarixi şəxsiyyətlər, dünya müharibələrinin hadisələri, pedaqoji təcrübələr, Nobel mükafatının yaranma tarixçəsi, ədəbiyyat, insan münasibətləri və gündəlik həyat fəlsəfəsi onun səhifəsində yer alan mövzular sırasındadır. Məsələn, polyak pedaqoqu Yanuş Korçak haqqında paylaşım yalnız bioqrafik məlumat verməklə kifayətlənmir. Onun uşaqlara münasibəti, uşaqların öz aralarında məhkəmə qurması, müəllimin də bu məhkəmə qarşısında hesabat verməyə hazır olması, uşaqlara etibar etməsi kimi nümunələr müasir pedaqoji düşüncə baxımından əhəmiyyət daşıyır. Burada iki mühüm prinsip önə çıxır. Uşağa şəxsiyyət kimi yanaşmaq və ona məsuliyyət daşımaq imkanı vermək. Korçakın həyat yolu ilə bağlı məlumatlar da bu prinsiplərin yalnız nəzəri mülahizələr olmadığını, insanın bütün ömrünü müəyyənləşdirə biləcək mənəvi mövqe olduğunu göstərir. Belə paylaşımlar sosial şəbəkənin maarifçilik imkanlarını nümayiş etdirir. Çünki oxucu bəzən bir universitet auditoriyasında eşidə bilmədiyi fikri sosial şəbəkədə oxuyur, tarixi bir şəxsiyyət haqqında bilmədiyi məlumatı öyrənir, pedaqoji məsələyə fərqli yanaşma ilə tanış olur. Eyni zamanda, Georgi Jukov haqqında təqdim edilən tarixi epizodlar, onun müharibə dövründəki qərarları, Stalinlə münasibətləri və Moskvanın müdafiəsindəki rolu səhifənin tarixi-informativ istiqamətini genişləndirir. Nobel haqqında kitabından təqdim etdiyi materiallar isə oxucunu elmin, şəxsi talelərin və tarixi hadisələrin bəzən gözlənilməz şəkildə kəsişdiyi bir dünyaya aparır. Nazim Hikmətin xoşbəxtlik haqqında fikri əsasında verilən qısa paylaşım da bu mənada maraqlıdır. Səhər həvəslə işə getmək, axşam isə qayıtmaq istədiyin bir evin olması... Sadə görünən bu fikir həyatın mənasını gündəlik münasibətlərdə, əməyin sevincində və ailə istiliyində axtarmağa çağırır. Bütün bunlar göstərir ki, sosial şəbəkənin maarifçilik missiyası yalnız akademik biliklərin yayılması ilə məhdudlaşmır. Tarix, ədəbiyyat, fəlsəfə, pedaqogika və həyat təcrübəsi də insanın intellektual dünyasını zənginləşdirən mühüm qaynaqlardır. Ceyhun müəllim göstərir ki, universitet müəlliminin auditoriyası auditoriya divarları ilə bitmir.
Ceyhun Hüseynovun səhifəsində xüsusi diqqət çəkən mövzulardan biri universitet müəlliminin ictimai missiyası ilə bağlıdır. Onun müəllimlərin öz ixtisas sahələri üzrə biliklərini, elmi qənaətlərini, yeni yanaşmalarını və dünyada baş verən yenilikləri sosial şəbəkələrdə paylaşmağa kifayət qədər maraq göstərməməsi barədə sualı əslində ali təhsil ictimaiyyətinin düşünməli olduğu məsələlərdəndir. Müəllim yalnız dərs deyən, mühazirə oxuyan və auditoriyada tələbələrin suallarını cavablandıran şəxs deyil. O, həm də cəmiyyətin intellektual inkişafına təsir göstərən, elmi düşüncəni ictimai mühitə daşıyan maarifçi qüvvədir. Onun biliyi yalnız auditoriya daxilində qalanda həmin bilikdən faydalanmaq imkanları məhdudlaşır. Bu baxımdan sosial şəbəkələr müəllimlər üçün əlavə imkan yaradır. Elmi qənaətlərini, sahə üzrə yenilikləri, araşdırmalarının nəticələrini və aktual məsələlərə münasibətlərini paylaşan müəllim universitetlə cəmiyyət arasında intellektual körpü yaradır. Beləliklə, elmi bilik daha geniş auditoriyaya çatır, müzakirə mühiti formalaşır, universitetin ictimai nüfuzu möhkəmlənir. Müəllifin bir fikri xüsusilə düşündürücüdür: «Universitetin divarları elmin sərhədləri deyil!» Bu, sadəcə uğurlu ifadə deyil, müasir ali təhsilin ictimai missiyasını müəyyənləşdirən mühüm yanaşmadır. Əlbəttə, müəllimin sosial şəbəkədə fəaliyyəti özünü nümayiş etdirmək yarışına çevrilməməlidir. Sertifikatların, vəzifələrin, nailiyyətlərin və şəxsi uğurların təqdimatı müəyyən mənada təbii olsa da, elmi nüfuzun əsas göstəricisi insanın başqalarına nə qazandırmasıdır. Özünü tanıtmaq diqqət qazandıra bilər, biliyini paylaşmaq isə etimad və hörmət yaradar. 
Ceyhun Hüseynovun COP31 çərçivəsində ADAU rektoru Zəfər Qurbanovun iştirakı ilə bağlı paylaşımı da bu istiqamətdə diqqətəlayiqdir. O, universitet rəhbərinin beynəlxalq platformalarda iştirakını yalnız tədbirdə təmsilçilik kimi deyil, aqrar təhsilin qlobal iqlim gündəmi ilə uzlaşdırılması, akademik əlaqələrin genişləndirilməsi və universitetin gələcək inkişafı baxımından qiymətləndirir. Universitetin səsinin dünyadan eşldilməsini alqışlayır. Bu yanaşma müəllimin öz çalışdığı ali təhsil müəssisəsinə münasibətinin çox aydın ifadəsidir. Universitetə hörmət yalnız onun nailiyyətlərini sadalamaqla deyil, həmin nailiyyətlərin arxasında dayanan elmi, akademik və ictimai məzmunu açmaqla göstərilir. 
Müasir sosial media mühitində informasiya yaymaq asanlaşıb, lakin etibarlı informasiya mənbəyinə çevrilmək daha çətin olub. Çünki sosial şəbəkələrdə sürət bəzən dəqiqliyi, emosional reaksiya təhlili, populyarlıq isə məzmunun keyfiyyətini üstələyir. Belə şəraitdə səhifə müəllifinin üzərinə mühüm məsuliyyət düşür. Paylaşdığı məlumatın mənbəyini yoxlamaq, tarixi faktları dəqiqləşdirmək, şəxsi fikirlə təsdiqlənmiş məlumatı fərqləndirmək, mübahisəli məsələlərdə məsuliyyətli davranmaq vacibdir. Xüsusilə tarixi şəxsiyyətlər, siyasi hadisələr və elmi mövzular haqqında məlumat paylaşarkən bu prinsiplər daha böyük əhəmiyyət daşıyır.
Ceyhun Hüseynovun səhifəsinin nümunəsində gördüyümüz əsas üstünlüklərdən biri mövzuların müxtəlifliyi ilə yanaşı, onların müəyyən düşüncə xətti ətrafında birləşdirilməsidir. Bu səhifədə müəllifin özünü ifadə etmək istəyi ilə oxucuya fayda vermək niyyəti bir-birini tamamlayır. Burada həm məlumat var, həm təhlil, həm mənəvi mesaj, həm də oxucunu düşünməyə çağıran suallar. Əslində, yaxşı sosial səhifənin bir neçə mühüm keyfiyyəti olmalıdır. Səhifə məzmunlu olmalı, oxucuya yeni informasiya verməli, düşüncə yaratmalı, müxtəlif baxışlara hörmətlə yanaşmalı, ictimai məsuliyyət daşımalı və ən əsası, müəllifinin şəxsiyyətini onun sözləri vasitəsilə tanıtmalıdır. Səhifənin dəyəri izləyicilərinin sayından daha çox, onun oxucularının düşüncəsində yaratdığı dəyişikliklə ölçülməlidir. Çünki minlərlə insanın ötəri nəzər saldığı paylaşım bəzən heç bir iz buraxmır, bir nəfərin diqqətlə oxuyub nəticə çıxardığı sanballı mətn isə uzun müddət yaddaşda yaşayır.
Bu gün sosial şəbəkələrin imkanları o qədər genişdir ki, onlardan istifadə edən hər kəs müəyyən mənada informasiya prosesinin iştirakçısına çevrilib. Bu iştirakın ictimai dəyərə çevrilməsi üçün müəllifin mövqeyi, bilik səviyyəsi, seçdiyi mövzular və təqdim etdiyi məzmun mühüm rol oynayır. Sosial şəbəkə yalnız gündəlik həyatın nümayiş etdirildiyi, şəxsi münasibətlərin sərgiləndiyi və ani reaksiyaların paylaşıldığı məkan olmamalıdır. O, eyni zamanda milli yaddaşın qorunduğu, elmin təbliğ edildiyi, mənəvi dəyərlərin yaşadıldığı, tarixi həqiqətlərin çatdırıldığı, cəmiyyətin aktual problemlərinin müzakirə olunduğu bir platformaya çevrilməlidir.
Hesab edirəm Ceyhun Hüseynovun səhifəsi bu istiqamətdə diqqətəlayiq bir nümunədir. Onun paylaşımlarında dövlətə və dövlətçiliyə münasibət, milli-mənəvi dəyərlərə bağlılıq, elmi biliklərə hörmət, müəllimlik missiyasına məsuliyyət və çalışdığı universitetə sevgi vahid bir məzmun xətti yaradır. Əlbəttə, heç bir sosial səhifə bütün mövzuları eyni dərinlikdə əhatə edə bilməz. Təqdim olunan materialların tarixi və elmi dəqiqliyinə daim diqqət yetirmək, mənbələri göstərmək, müxtəlif mövzuların təhlilində obyektivliyi qorumaq hər bir müəllif üçün vacibdir. Çünki intellektual səhifənin nüfuzu yalnız maraqlı mövzular seçməklə deyil, etibarlı məzmun təqdim etməklə formalaşır. Məncə, bu gün sosial şəbəkədə ən böyük uğur çox görünmək deyil, faydalı görünməkdir. Ən böyük bacarıq çox danışmaq deyil, düşündürən söz deməkdir. Ən böyük müəlliflik isə öz səhifəni insanların vaxtını alan deyil, onların vaxtına dəyər qatan bir məkana çevirməkdir.
Bir jurnalist kimi yarım əsrdən artıqdır informasiya mühitini izləyən, qəzet, televiziya və digər media vasitələrinin inkişaf mərhələlərini müşahidə edən insan olaraq belə bir qənaətə gəlirəm ki, informasiya vasitələri dəyişir, yayım texnologiyaları yenilənir, amma sözün ictimai məsuliyyəti dəyişmir. Qəzetdə yazılan məqalə də, televiziya ekranından səslənən fikir də, sosial şəbəkədə paylaşılan bir cümlə də müəllifinin düşüncə mədəniyyətini və məsuliyyətini əks etdirir. Ona görə də sosial şəbəkənin gələcəyini yalnız texnologiyalar deyil, həmin texnologiyalardan istifadə edən insanların intellektual səviyyəsi müəyyənləşdirəcək. 

Ceyhun Hüseynovun səhifəsi haqqında düşüncələrimi ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar. Yaxşı sosial səhifə müəllifinin şəxsi tribunası olmaqdan çıxıb oxucunun intellektual ünvanına çevrilməlidir. Ceyhun müəllim bunu bacarıb.  İnsan onun səhifəsinə  daxil olanda nə isə öyrənir, hansısa məsələyə başqa prizmadan baxır, bəzən kövrəlir, bəzən düşünür, bəzən də yeni bir həqiqətin fərqinə varır. Bir həqiqəti unutmayaq. Hər kəsin səhifəsi ola bilər, amma hər səhifənin ictimai dəyəri olmur. İctimai dəyər biliklə, düşüncə ilə, mənəvi məsuliyyətlə və insanlara faydalı olmaq istəyi ilə yaranır.

Müəllif: Qalib Rəhimli

Oxunub: 29
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:49 | Sosial şəbəkənin də ziyalısı, ziyalılığın da sosial şəbəkəsi olmalıdır
    Bu gün, 17:29 | Sosial ödənişlərdə artım... - Nazirdən sevindirən açıqlama
    Bu gün, 16:30 | İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - SİYAHI
    Bu gün, 16:26 | Silikon qabların sağlamlığa təsiri ilə bağlı vacib məlumatlar
    Bu gün, 16:20 | Müharibə veteranları üçün belə güzəştlər var
    Bu gün, 16:18 | “Azərsun Holdinq”in istehsalat müəssisələrinə infotur...
    Bu gün, 16:15 | Nazir bu xanıma yüksək vəzifə verdi - Foto
    Bu gün, 15:30 | Ağstafada yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB
    Bu gün, 14:20 | Azərbaycanda kürəkən qayınatasını öldürdü
    Bu gün, 14:19 | Eyyubovun oğlu İngiltərədə 17 daşınmaz əmlak alıb
    Bu gün, 14:16 | Bu axşam ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq
    Bu gün, 13:01 | Kərimovanın daha 252,5 milyon dolları geri qaytarılır
    Bu gün, 12:59 | "Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
    Bu gün, 12:56 | Şirkət rəhbərinə hökm oxundu
    Bu gün, 09:28 | Azərbaycanda kompleks direktoru həbs olundu, iki vəzifəlisi ev dustağı edildi
    Bu gün, 08:54 | Bu gün Kəlbəcər Şəhəri Günüdür
    Bu gün, 08:47 | Göygöldə direktor üçün qızıl hədiyyə iddiası – Dövlət Agentliyi niyə susur?
    Bu gün, 08:30 | Qazaxda narkomaniyaya qarşı mübarizə ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib
    Bu gün, 08:14 | Bakıda futbol bayramı: "Sabah" İspaniya nəhəngi ilə üz-üzə gəlir
    Dünən, 23:39 | UEFA Çempionlar Liqası: "Qalatasaray"dan minimalhesablı qələbə - VİDEO
    Dünən, 22:06 | Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi - Video
    Dünən, 22:01 | UEFA Çempionlar Liqası: "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
    Dünən, 21:57 | Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi
    Dünən, 19:45 | Daha bir boksçumuz Avropa çempionu oldu
    Dünən, 19:43 | Azərbaycan və Gürcüstan daha 18 sənəd imzalayacaq - Nazir
    Dünən, 19:40 | "Sabah" "Barselona" ilə məşqə çıxdı
    Dünən, 15:27 | Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər
    Dünən, 14:35 | Bələdiyyə torpaqları hansı hallarda alınacaq? - Siyavuş Novruzovdan xəbərdarlıq
    Dünən, 14:34 | Yeni icra başçısı onlara vəzifə verdi - SİYAHI
    Dünən, 14:32 | ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi
    Dünən, 14:30 | Qohumlar, dostlar irəli çəkilir, peşəkarlar gözümçıxdıya salınır
    Dünən, 14:28 | Bakı metrosu 1 saat artıq işləyəcək
    Dünən, 14:18 | Siyavuş Novruzov: "Məmura rüşvət təklif etməsən, haradan alacaq?"
    Dünən, 14:09 | Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti
    Dünən, 12:57 | Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar: Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir?
    Dünən, 12:54 | Bayramdan asılı deyil, ətin qiyməti yenə qalxacaq - BELƏ HARA GEDİRİK?
    Dünən, 12:47 | Keçmiş icra başçısının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı qərar - TƏFƏRRÜAT
    Dünən, 12:30 | Qazaxda icra başçısı və rayon prokuroru Kürdə batan şəxsin axtarışları ilə bağlı həmin ərazidə olublar
    Dünən, 12:19 | İnfantino DÇ-nin kommersiya hüquqlarını 96 illiyə satmağı planlaşdırıbmış
    Dünən, 12:15 | Sabiq nazirin milyonluq şirkətinin əmlakı satışa çıxarılır
    Dünən, 12:12 | AKADEMİK VİCDAN VƏ ELMİ MƏSULİYYƏT... - Xalid Niyazovun YAZISI
    Dünən, 12:02 | ABŞ-nin amfibiya-desant qruplaşması Yaxın Şərqə doğru irəliləyir
    Dünən, 11:45 | DOPPLER EFFEKTİ VƏ SİYASƏTİN DƏYİŞƏN SƏSLƏRİ...
    Dünən, 11:41 | Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
    Dünən, 11:39 | Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
    Dünən, 11:30 | Azərbaycan və Tacikistanın Banklar Assosiasiyaları arasında memorandum imzalanıb
    Dünən, 11:22 | BDU-da BÖYÜK KADR DƏYİŞİKLİYİ: 9 DEKAN GEDİR - Siyahı açıqlandı
    Dünən, 11:00 | DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb
    Dünən, 10:49 | Kürdə batan altı uşaq atasının axtarışları davam edir - FOTO
    Dünən, 10:44 | Tovuzdakı ağır qəzada xəsarət alanların sayı beş nəfərə çatdı - Adlar
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.