Ərdoğan Xəlifə Haftarla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun baş komandanı marşal Xəlifə Haftarla görüşüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Ankarada Prezident Sarayında keçirilən görüş mətbuat üçün qapalı keçirilib. Qeyd edək ki, Haftar bundan öncə Türkiyə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar, müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraqdaroğlu və Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla görüşüb.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş:





















