2024-cü il dəhşətli il olacaq - Böyük Depressiya gəlir
2009-cu ildən başlayaraq, bu proses 100% süni idi: misli görünməmiş pul çapı və kəsir. Daha dəqiq desək, 15 ilə 27 trilyon dollar. Mediaxeberleri.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış amerikalı iqtisadçı Harri Dent “Dent Fox News Digital”a açıqlamasında 2024-cü il üçün iqtisadi proqnozlar səsləndirərkən deyib. O bildirib ki, 2024-cü il həyatımızda görəcəyimiz ən ciddi çöküş ili olacaq. Son əldə edilən imkanların investorların böyük hissəsində “mülayim tənəzzül” nikbinliyi yaratmasına baxmayaraq, Dent bunu sabun köpüyü adlandırıb və vurğulayıb ki, bu köpük 2024-cü ildə partlayacaq: “Tarixən bazar qabarcıqları səhm qiymətlərinin sürətlə artması, sonra isə kəskin azalma ilə xarakterizə olunur. Bu qabarcıq əslində 2021-ci ilin sonlarında, COVİD pandemiyasından sonra şişməyə başlayıb və ilk əlamətlər 2022-ci ildə “Nasdaq”ın 38% ucuzlaşmasında özünü göstərdi. Bu, S&P-də 86%, NASDAQ-da isə 92% çöküşdür. Kriptovalyutada isə bu, 96% olacaq. Yeri gəlmişkən, daşınmaz əmlak 2012-ci ilin ən aşağı səviyyəsinə qayıdacaq”. O, Böyük Depressiya proqnozlaşdırdığını bildirib.