Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
  • Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
  • Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
  • Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
  • Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
  • Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
  • Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
  • TOY VƏ YASLARDAKI DƏBDƏBƏ TARİXƏ QOVUŞUR? - İki mühüm TƏKLİF
  • Lavrov Bakıya niyə gəlir?
  • Paşinyandan Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı - Qəbuledilməz təklif
  • Şad xəbər: Elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək
  • Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı
  • KARTDAN KARTA KÖÇÜRMƏLƏRDƏ KOMİSSİYA - Bu qədər tutulacaq
  • Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır
  • Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar
  • Ukrayna "fəlakətli qışa" hazırlaşır
  • "Sabah" ÇL-də neçəncidir?
  • Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Video
  • Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi
  • "Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Tanınmış aktrisanın etirafı: “O hadisə məni tamam dəyişdi...” - MÜSAHİBƏ + FOTO

  • Tarix: 14-12-2023, 09:08

“Amaliya xanım dünyasını dəyişəndən sonra idarəçiliyi qızı Aynur xanım edir və o da teatra eyni nəfəsi gətirib”.

Bunu tanınmış aktrisa Zülfiyyə Qurbanova Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

Onunla söhbəti təqdim edirik:

“Onda soruşsaydınız, deyəcəkdim ki, sevmişəm”

- Xoşbəxt aktrisa, yoxsa xoşbəxt qadınmı?

İndi həyatımda yaradıcılıq daha ağır basır. Amma ümid edirəm ki, bir gün hər ikisi balansı qoruyub saxlayar. Müəyyən yaşa gələndən sonra sən bilmirsən ki, həyatda gerçək olan nədir... İndi daha realistəm, romantikaya qapılmıram. İnsan həyatda sevirmi və o sevgidirmi? Bəlkə beş il, ya səkkiz il öncə məndən sevgi ilə bağlı fikrimi, həmçinin sevib-sevmədiyimi soruşsaydınız, deyəcəkdim, sevmişəm. Amma indi bilmirəm. Müəyyən həyat hadisələrindən sonra çox dəyişmişəm. Mənim üçün sevgi, yaxud əbədi sevgi ana sevgisidir.

Amma hər kəslə dil tapan, uyumlu insanam. Bəlkə də, kənardan iddialı və sərt görünürəm.

“Ağzı söz tutmayan aktrisalar səndən çox pul alanda...”

- Azərbaycanda bahalı aktyor, bahalı aktrisa yoxdur. Axı bizdə filmlərin büdcəsi nə qədərdir ki, hələ bahalı aktyor və aktrisadan da söhbət getsin...

O qədər qiyməti yuxarı deyib sənət göstərməyən adamlar var. Halbuki onlarla müqayisədə orta bir qiymətə çəkilib mükəmməl aktyor işi ortaya qoyan aktyor və aktrisalarımız var. Mənim üçün sənət kamera önündədir, müqavilədə yazılan deyil. Sadəcə adama toxunan odur ki, bütün rollarını eyni oynayıb, bacarıqsız, istedadsız, ağzı söz tutmayan aktyor-aktrisalar müqavilədə səndən çox pul alırlar. Yalan deməyəcəm, bu, adama təsir edir.

Bölgü olmalıdır. Hər kəsə qonorar aktyor işi, istedadı, imza atdığı layihələri, təcrübəsi nəzərə alınaraq hesablanmalıdır.

Türkiyədə aktyorlar istədiyi qonorarı özləri tərtib edir və menecerləri, prodüserləri bu işə təhkim olunurlar. Bizim nə menecerimiz, nə prodüserimiz, nə maliyyəçimiz var. O qədər qazanmırıq ki, onlara əlavə büdcə də ayıraq.

Aktyorun dərdini dediyi, sözünün keçdiyi yer olmalıdır. Bunu kimsə yaratmalıdır və bizi ətrafında toplamalıdır. Səmimi desək, bizdə aktyorların birləşmə problemi var.

Hərdən deyirəm ki, daha aktyorların problemləri barədə danışmayacağam. Mən də başqaları kimi ancaq özümə aid məsələlərdən söz açacağam. Məsələn, 39 yaşım var, indiyə kimi heç bir işdən başıaşağı çıxmamışam, yaradıcılığım göz qabağındadır. Fəxri adım və ya mükafatım da yoxdur. Çox istəyərəm olsun, bu, sənət adamı üçün stimuldur.

“Aktyorlar sevgi adamlarıdır”

- 17 ilə yaxındır mərhum aktrisa Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrında işləyirəm. Mənim və eləcə də bir çoxlarının Bələdiyyə Teatrına sadiqliyi düşünürəm ki, birinci növbədə Amaliya xanıma olan sevgidən irəli gəlir. Çünki Amaliya xanım bizi, biz də onu çox sevirdik.

Bizi həmişə qorumağa çalışırdı. Amaliya xanım dünyasını dəyişəndən sonra idarəçiliyi qızı Aynur xanım edir və o da teatra eyni nəfəsi gətirib. İnsanlar heç vaxt doğma olan yerlərdən getmək istəmirlər. Biz bəyəm əziyyət çəkdiyimiz, amma doğma bildiyimiz yerləri tərk eləyirik? Yox. Çünki orada sevgi tapmışıq. Aktyorlar sevgi adamlarıdır.

“Onu polisə verdim, məlum oldu ki...”

- Tez-tez eşidirəm, deyirlər, heç kimin oynamadığı rolları oynayır, elə bilirsiniz, mən hər rol təklifinə razılaşıram? Yox... Təmas səhnəsi, bu və ya digər cəhətdən məni qane eləməyən səhnələrin olduğu rollardan imtina etmişəm. İmtina etdiyim təklif isə məni heç vaxt düşündürməyib. Əgər bir şey mənim deyilsə, deməli, razılaşmamışam, razılaşmışamsa, deməli, mənimdir.

Bunu bir dəfə müsahibəmdə demişdim, camaata qəribə gəlmişdi. Mən rolları seçib, qəbul edəndə özümdən, sonra gələcək şərhlərdən də arxayınam. Bəlkə də bu, çox iddialı səslənir. Amma həqiqətən özümdən arxayınam. Çünki enerjimi yaradıcılığıma sərf eləyən adamam və mən əminəm ki, orada artıq bir şərh ola bilməz. Şəxsiyyətimə, əxlaqıma toxunan nəsə olsa, qanun qarşısında cavab verəcək.

“Əqrəb mövsümü” serialı efirdə yayımlanan ərəfədə belə bir problem olmuşdu. Oradakı rolumla bağlı bir nəfər sosial şəbəkədə artıq-əskik yazmışdı. Mən o adamı polisə verdim. Polis o adamı tapdı və məlum oldu ki, əqli problemli adamdır.

Bilirsiniz, mənə görə hər kəs yazdığı fikrində azaddır. O halda ki, şəxsiyyəti alçaldan nəsə olmasın.

Kimsə yaza bilər ki, bu qızdan xoşum gəlmir. Bu, çox normaldır, özü bilər. Bunun mənim həyatıma, yaradıcılığıma, gözəlliyimə heç bir mənfi yaxud müsbət təsiri yoxdur. Bəyəm hamı hamını sevir? Yox.

“Demişdi, heç bir efirdə bunu danışıb ağlama...”

- Digər tərəfdən cəmiyyət özünə arxayın, iddialı, kamera önündə bütün günü ağlayıb dərdini tökməyən, dərdini, acısını mərd çəkən insanları çox az sevir.

Anam dünyasını dəyişəndə məni efirə çağırırdılar, kövrəlib ağladığım hissələrin sonradan kəsilməsini xahiş edirdim. Sağ olsunlar, xətrimi çox istəyən aparıcı dostlarım xahişi yerə salmırdılar. Amma canlı efir olanda özümü birtəhər sıxıb otururdum. Mən istəmirəm ki, kimsə məni kövrələn görsün. Ağrımı, həyatda üzləşdiyim hər hansı bir çətinliyi danışıb insanların duyğularına, kövrək damarlarına toxunub onlardan yaradıcılığıma sevgi dilənmək istəmirəm. Buna ehtiyac yoxdur. Məni yaradıcılığımla sevsinlər.

Mənim duyğularım, insan olaraq hisslərim bütün çılpaqlığıyla ancaq doğma bildiyim - bu, qan doğması və ya sonradan doğmalaşdığım insanların yanında açıqlana bilər. Kamera önündə heç vaxt... Lazım deyil, hərənin özünə görə problemləri var. Mən bəyəm problemsiz adamam? Kimsə mənə deyəndə ki, gözlərin qəribədir, qəmlidir... Deyirəm, hər kəsin yaşadığı gözünə yansıyır.

Bir dəfə aktrisalardan biri efirdə keçmiş həyatı ilə bağlı danışıb, kövrəldi və hönkür-hönkür ağlamağa başladı. Anam mənə sarı döndü, dedi, bilirəm kövrəksən, mən rəhmətə gedəndə heç bir efirdə danışıb ağlama... Dedim, ana, bu nə sözdü danışırsan? Amma o söz mənim beynimdə qaldı.

“Buna görə özümü tənqid edirəm”

- Necə başa salım... Anam rəhmətə gedəndə itki o qədər təzə idi ki, o ağrıya tab gətirməyə çalışırdım. Emosionallığa qapılıb sosial şəbəkədə tez-tez paylaşımlar edirdim, paylaşdıqca kədərimin azalacağını sanırdım. Amma heç nə azalmır, əksinə üstünə gəlir, ona görə gərək heç paylaşmayasan... Buna görə özümü tənqid edirəm.

“Elə bilirdilər ki, incəsənətdən getmişəm”

- Bəlkə mənim bu sözlərim kiməsə qəddarcasına görünə bilər. Mən anam öləndən sonra çox dəyişdim. Bir bu mövzuda həssasam və 50 il keçsə, yenə də anam haqda danışanda kövrələcəm. Hər kəsin başına gələ biləcək bir şeydir.

Mən düz insanam, ya məni sevin, ya sevməyin, orta balansım yoxdur. Çünki mən özüm verici tərəfəm. O qədər tanıdıqlarım var idi ki, o ağır dönəmlərimdə mənə yaxın düşmədilər, acıma biganə yanaşdılar, mən də qəti olaraq o insanları həyatımdan sildim.

Xoş günlərində iştirak etdiyim insanları qarşılıq olsun deyə xoş günümə məcbur çağırtdıracağam. Amma acı günlərinə getməyəcəm. Bu qədər kəskin...

Kin saxlamıram, amma unutmuram. Kin saxlayıb pislik eləmərəm. Mən ağrımı özüm sağaltdım. Yaxşı ki, bu, belə oldu və mən içimdəki bir çox şeylərdən arındım.

Əvvəllər soyuqqanlılığı oynayırdım. Amma indi soyuqqanlıyam. Hissiyyatımı həmişə gizlətməyə çalışırdım ki, insanlar bundan istifadə eləyib məni incitməsinlər. Artıq dəyişmişəm.

O çətin günlərimdə elə bilirdilər ki, incəsənətdən getmişəm, daha çəkilməyəcəm.

Anamın vəfatının 8-ci günü serialın çəkiliş meydançasında idim. Hər səhnələrarası fasilədə otağa girir, hönkürüb ağlayır, sonra makiyajımı düzəldib özümü toparlayıb kamera önünə çıxırdım.

“Anamın tövsiyəsi...”

- Ümumiyyətlə, incəsənətdə dostlarım yoxdur. Gözəl münasibətdə olduğum insanlar çoxdur, amma şəxsi dostluqlar qurmuram. Bu mənim anamın tövsiyəsidir.

Yanımda olan hər kəsin yanındayam, başlarına bir şey gəlsə, mənə güvənə bilərlər. Amma... Anam deyərdi ki, evinə çox girib-çıxan olan adamın evinin söhbəti danışılır. Qonşu çox gələrsə, yaxşını görüb əsəbiləşib danışacaq, pisini görüb sözünü danışacaq. Ona görə öz qabımda olmaq mənə rahatlıq verir.

Hərdən soruşurlar ki, nə zaman ailə quracaqsan, deyirəm, inşallah, soruşurlar yeni iş var, “inşallah olar” deyirəm. Cümlələr sanki əzbərlənib, amma bu, səmimiyyətsizlik deyil. Çünki məndən onu soruşan adamla daha artığını onsuz da danışa bilməyəcəm.

Halbuki iç səsimlə danışdığım çox yaxın dostum, rəfiqəm var.

“Şöhrətin ən yaxşı pik həddi...”

- Şöhrət mənim üçün heç nə ifadə etmir. Mən şöhrətin pik həddini çox yaşamışam. “Həyat, sən nə qəribəsən” serialı efirdə yayımlananda bir küçə yol gedə bilmirdim. Görənlər tanıyır, saxlayıb fikirlərini deyirdilər. Bu sevgiyə görə hamısına təşəkkür edirəm. Halbuki orada mənfi obraz oynayırdım, amma çox sevilirdi. Həm nifrət edirdilər, həm də çox istəyirdilər. Mənə əsəbləşə bilmirdilər.

Bu fikirdəyəm ki, qəşəng iş görəcəksənsə, deməli, şöhrət də gələcək.

“O bu cür mühitdə var olan bir qadındır”

- Tamaşaçılar tezliklə Səadətlə tanış olacaq. Belə həyat hekayəsi, belə bir ağır həyat tərzi yaşayan, bu cür mühitdə var olan bir qadın rolunu ilk dəfə oynayıram. Rol təkliflərində diqqət etdiyim ən vacib nüans yeni obrazın digərlərinə bənzəməməsidir. Yəni fabrik istehsalı kimi nə gəldi oynayıb tamaşaçıların ixtiyarına buraxmağı sevməmişəm.

Çalışıram ki, rollar dəyişsin, kəskin şəkildə seçilsin. Səadət bu mənada çox fərqlənir və bunu yaxın günlərdə tamaşaçılar da görəcək. Mən Səadəti sevərək oynadım.

“Vətəndaş A” serialı Cəfər Cabbarlının “Almaz” əsərinə xitabən yazılmış serial ssenarisidir. Ssenari müəllifi Asiman Ağa Rövşən, serialın rejissoru Elvin Rüstəmzadə, proyektin rəhbəri isə Sevinc Əliyevadır. Çox maraqlı serial olacağına inanıram. Çəkilişlərimiz digər serialdakı kimi olmadı. Yəni səhnələri bir neçə günə toplayıb, plan yerinə yetirircəsinə çəkmədik. Sanki bir film çəkirik təəssüratı yaranır.

İstər rejissor işi, istər aktyorun səhnədəki iş gedişatında rolun həlli baxımından, istərsə texniki işin keyfiyyəti baxımından hər səhnə film kadrları kimi çəkildi. Mən bu sözlərimi vaxtilə bir serial haqqında da demişdim. Həmin serial Azərbaycanda ajiotaja səbəb oldu.

Yaxşı mənada dediklərim öz təsdiqini tapdı. Ümid edirəm və inanıram ki, “Vətəndaş A” haqqında dediklərim və düşündüklərim də reallaşar.



Oxunub: 2 338
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:09 | Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
    Bu gün, 13:48 | Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
    Bu gün, 13:46 | Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
    Bu gün, 13:45 | Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
    Bu gün, 13:36 | Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
    Bu gün, 13:04 | Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
    Bu gün, 13:01 | Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
    Bu gün, 12:56 | TOY VƏ YASLARDAKI DƏBDƏBƏ TARİXƏ QOVUŞUR? - İki mühüm TƏKLİF
    Bu gün, 12:51 | Lavrov Bakıya niyə gəlir?
    Bu gün, 12:34 | Paşinyandan Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı - Qəbuledilməz təklif
    Bu gün, 12:27 | Şad xəbər: Elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək
    Bu gün, 12:23 | Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı
    Bu gün, 12:21 | KARTDAN KARTA KÖÇÜRMƏLƏRDƏ KOMİSSİYA - Bu qədər tutulacaq
    Bu gün, 09:13 | Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır
    Bu gün, 08:12 | Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar
    Bu gün, 07:46 | Ukrayna "fəlakətli qışa" hazırlaşır
    Bu gün, 07:44 | "Sabah" ÇL-də neçəncidir?
    Bu gün, 07:39 | Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Video
    Bu gün, 07:37 | Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi
    Bu gün, 01:00 | "Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri - Video
    Dünən, 22:49 | Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
    Dünən, 22:40 | Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
    Dünən, 22:15 | Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
    Dünən, 21:03 | Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
    Dünən, 20:57 | Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
    Dünən, 20:25 | Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Dünən, 20:21 | Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
    Dünən, 20:14 | Çox içki içənlərin bədəni niyə ağrıyır?
    Dünən, 20:04 | “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    Dünən, 19:59 | Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
    Dünən, 19:57 | Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Dünən, 19:49 | Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
    Dünən, 19:45 | “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
    Dünən, 19:35 | Azərbaycanda əhalinin borc yükü artdı
    Dünən, 19:22 | Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
    Dünən, 19:19 | Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
    Dünən, 19:13 | Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
    Dünən, 19:07 | Mərkəzi Banka yeni səlahiyyət verilir
    Dünən, 19:05 | Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
    Dünən, 18:31 | Şövkət Mirziyayev Azərbaycana gəlir
    Dünən, 16:40 | Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Dünən, 16:18 | Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edildi
    Dünən, 15:59 | Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
    Dünən, 15:58 | Bakıda qadın məsləhətxanaları təmir edilir – 700 mindən artıq vəsait sərf olunacaq
    Dünən, 15:56 | Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Hadisə anı - VİDEO
    Dünən, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Dünən, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Dünən, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Dünən, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Dünən, 13:19 | "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.