Mediaxeberleri.az
    
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video

Son xəbərlər :
  • Bağça müəllimlərinin imtahan vaxtı dəyişdirilib - Yeni tarix
  • Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
  • Ramiz Mehdiyev və köməkçisi yenidən hakim qarşısında
  • İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
  • Namizəd Səfərova hökm oxundu
  • ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
  • "Qızımı 11 ildir özümdən uzaqlaşdırmışam" - VİDEO
  • “Kontakt” Əlinin sevgisinə səs verdi
  • 100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
  • 5 nömrəli xəstəxana nə vaxt istifadəyə veriləcək? - Video
  • Sabahın hava proqnozu açıqlandı
  • Övladlarına aliment ödəməyən qadına cəza verildi
  • Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilmiş aktivləri Özbəkistana qaytarılacaq
  • Səhər yeməyi üçün ən uyğun vaxt hansıdır? - Mütəxəssisdən açıqlama
  • Qaradağda palçıq vulkanı püskürüb
  • Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!
  • Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı - Video
  • Sosial müəssisədə doqquz gündür istilik yoxdur? - Video
  • Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
  • 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu – “GOK-2023” keçirildi - FOTO

  • Tarix: 26-11-2023, 08:54

Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu – “GOK-2023”.

“Yeni Gundem”in məlumatına görə, ilk dəfə 2006-cı ildə keçirilən Gənc Oftalmoloqlar Konfransı (GOK) artıq 17 ildir ki, mütəmadi olaraq təşkil edilir. İllər öncə bu konfranslarda gənc oftalmoloqlar qismində məruzə edən gənclər bugün artıq öz sözünü demiş mütəxəssislər kimi fəaliyyət göstərir, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirak edərək vətənimizi, vətənimizin oftalmologiya elmini və ən əsası hər zaman gənclərə dəstək olub, yol göstərən dəyərli müəllimlərimizi layiqincə təmsil edirlər. Bu gözəl ənənə ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına olan xüsusi diqqətin bariz nümunəsi olaraq yenə də davam etdirilir.

Gənc mütəxəssislər daim Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir. Cəmiyyətin sədri Akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına mütəmadi olaraq dəstək verir, gənc oftalmoloqların dünya standartlarına cavab verə bilən mütəxəssislər kimi formalaşması üçün şəraitin yaradılmasını, gənclərin nəzəri və klinik biliklərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.

24-25 noyabr 2023-cü il tarixlərində Akademik Z. Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu keçirildi. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Gənc Oftalmoloqlar Komitəsi tərəfindən keçirilən və iki gün davam edən, həmçinin iki böyük tədbiri birləşdirən “GOK-2023” Bakı şəhərində, Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutdu.

24 noyabr tarixdə konfransın rəsmi açılışı oldu. Açılış zamanı AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Dr. Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verdi. Sonra AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri t.ü.f.d. Mirana Mirişova açılış nitqi ilə çıxış etdi. Açılış mərasimində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımova “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edildi. “Gənc Oftalmoloqların Dostu” fəxri adı ildə bir dəfə ölkəmizdə gənc oftalmoloqların inkişafına xüsusi diqqət və dəstək göstərilmiş şəxslərə təqdim edilir.

XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransında müasir oftalmologiyanın müxtəlif subixtisaslarını əhatə edən məruzələr təqdim edildi. Belə ki, gənc mütəxəssislər buynuz qişa, katarakta və refraksion cərrahiyyə, okuloplastika, okulyar travmatologiya, okulyar onkologiya, neyrooftalmologiya, tibbi və cərrahi retina, pediatrik oftalmologiya və çəpgözlük, optika və refraksiya, okulyar infeksiyalar, həmçinin uveitlər mövzusunda özündə elmi yenilikləri ehtiva edən çıxışları konfrans iştirakçılarının diqqətinə təqdim etdilər. Konfransda gənc oftalmoloqlarla yanaşı, oftalmologiyanın sirlərinə yenicə yiyələnməyə başlayan həkim-rezidentlər – Nuranə Ələkbərova, Cəmilə Qasımova, Gülxanım Şahmuradova, Samir Manafov, Səbinə Quliyeva, Pakizə Mehralıyeva, Ayan Qəlbinur, Şəhla Musalı, Xatirə Veysəlli və b. fəal iştirak etdilər. Konfransda Türkiyə, Rusiya, İtaliya, San Marino, Hindistan və Honq-Konqdan olan mütəxəssislər zoom vasitəsiylə məruzələr etdilər.

Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransından sonra, 25 noyabr 2023-cü il tarixdə, günün ikinci yarısı keçirildi. İlk dəfə belə formatda təşkil edilən tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemləri dinləmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara bu sahədə artıq sözünü demiş, müəyyən bilik və təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsini həyata keçirmək üçün şəraitin yaradılmasından ibarət idi.

Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Prof. Elmar Qasımovun dəstəyi ilə təşkil edildi.

“Gənc oftalmoloqların professional inkişafında perspektivlər, beynəlxalq resurslar, problemlər və həll yollarının axtarışı” mövzusunda 3 saat davam edən tədbirdə gənc oftalmoloqların diqqətini cəlb edən müxtəlif mövzular Dr. Emin Əlihüseynlinin moderatorluğu ilə interaktiv şəkildə, forumun spikerləriylə forum iştirakçıları arasında müasir internet texnologiyalarının tətbiqi ilə məlumat və fikir mübadiləsi formatında həyata keçirildi. Forumda t.ü.f.d. Dr. Mirana Mirişova “Elmi işlə məşğul olmaq üçün nədən başlamalı ?”, Dr. İnarə Hacı “Elmi məqaləni necə yazmalı ?” , Dr. Pərvin Ağayeva “Gənclərin professional inkişafı üçün beynəlxalq resurslar, ICO İmtahanları, ICO Fellowship proqramı, Edinburq Universiteti – Klinik Oftalmologiya üzrə onlayn magistr kursu üçün qrant proqramı və s.”, Dr. Lalə Məmmədova “Avropa ölkələrində ixtisasartırma kursları və Fellowship təhsili barədə”, Dr. Xuraman Ramazanova “Hindistanda oftalmoloqlar üçün ixtisaslaşma, kliniki və cərrahi təkmilləşmə üçün imkanlar”, Dr. Emin Ərəbov “MOM-da rezidentlərin fəaliyyəti, yaradılan şərait və onlarda praktik vərdişlərin formalaşdırılması” mövzusunda gənc oftalmoloqları maraqlandıran müxtəlif xarakterli mövzularla çıxışlar etdilər. Forum iştirakçılar tərəfindən çox yüksək qiymətləndirildi.

“GOK-2023” barədə əlavə məlumat əldə etmək üçün konfransın rəsmi veb saytına daxil ola bilərsiniz. www.tinyurl.com/azegok2023



Oxunub: 954
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:45 | Bağça müəllimlərinin imtahan vaxtı dəyişdirilib - Yeni tarix
    Bu gün, 14:36 | Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
    Bu gün, 14:34 | Ramiz Mehdiyev və köməkçisi yenidən hakim qarşısında
    Bu gün, 14:33 | İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
    Bu gün, 14:20 | Namizəd Səfərova hökm oxundu
    Bu gün, 14:18 | ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
    Bu gün, 13:53 | "Qızımı 11 ildir özümdən uzaqlaşdırmışam" - VİDEO
    Bu gün, 13:50 | “Kontakt” Əlinin sevgisinə səs verdi
    Bu gün, 13:43 | 100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
    Bu gün, 13:11 | 5 nömrəli xəstəxana nə vaxt istifadəyə veriləcək? - Video
    Bu gün, 13:08 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 13:05 | Övladlarına aliment ödəməyən qadına cəza verildi
    Bu gün, 08:23 | Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilmiş aktivləri Özbəkistana qaytarılacaq
    Bu gün, 08:12 | Səhər yeməyi üçün ən uyğun vaxt hansıdır? - Mütəxəssisdən açıqlama
    Bu gün, 07:37 | Qaradağda palçıq vulkanı püskürüb
    Bu gün, 07:31 | Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!
    Bu gün, 07:21 | Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı - Video
    Bu gün, 07:19 | Sosial müəssisədə doqquz gündür istilik yoxdur? - Video
    Bu gün, 07:16 | Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
    Bu gün, 07:09 | 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar - Video
    Bu gün, 02:03 | "Mançester Yunayted" xal itirdi, "Fənərbağça" qalib gəldi: Çempionlar Liqasında günün nəticələri
    Dünən, 23:34 | "Sabah" "Barselona"ya məğlub oldu
    Dünən, 22:17 | Hikmət Hacıyevin, Ramil Usubovun, Fuad Ələsgərovun, Altay Həsənovun və Kərəm Həsənovun qəbul günləri açıqlandı
    Dünən, 22:15 | Epilepsiya xəstəsi olan qazinin 30 il aldığı müavinət niyə dayandırılıb?
    Dünən, 22:13 | Nazirlər Kabinetindən yeni qərar: 100 manat
    Dünən, 22:11 | Tələbələr Abbaszadəyə müraciət etdi: Bizi geri qaytarın!
    Dünən, 20:50 | "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? - Video
    Dünən, 20:45 | Sabah bu şəhərdə qaz olmayacaq
    Dünən, 20:08 | Kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq
    Dünən, 20:07 | Gəncə şəhər stadionunda yanğın-taktiki təlim keçirildi
    Dünən, 20:04 | Ərdoğan Xəlifə Haftarla görüşdü
    Dünən, 20:02 | “Sabah” “Barselona”nı belə zərərsizləşdirə bilər - Rüştü
    Dünən, 19:14 | Bakıda avtobuslar üçün xüsusi svetofor... - Foto
    Dünən, 17:49 | Sosial şəbəkənin də ziyalısı, ziyalılığın da sosial şəbəkəsi olmalıdır
    Dünən, 17:29 | Sosial ödənişlərdə artım... - Nazirdən sevindirən açıqlama
    Dünən, 16:30 | İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - SİYAHI
    Dünən, 16:26 | Silikon qabların sağlamlığa təsiri ilə bağlı vacib məlumatlar
    Dünən, 16:20 | Müharibə veteranları üçün belə güzəştlər var
    Dünən, 16:18 | “Azərsun Holdinq”in istehsalat müəssisələrinə infotur...
    Dünən, 16:15 | Nazir bu xanıma yüksək vəzifə verdi - Foto
    Dünən, 15:30 | Ağstafada yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB
    Dünən, 14:20 | Azərbaycanda kürəkən qayınatasını öldürdü
    Dünən, 14:19 | Eyyubovun oğlu İngiltərədə 17 daşınmaz əmlak alıb
    Dünən, 14:16 | Bu axşam ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq
    Dünən, 13:01 | Kərimovanın daha 252,5 milyon dolları geri qaytarılır
    Dünən, 12:59 | "Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
    Dünən, 12:56 | Şirkət rəhbərinə hökm oxundu
    Dünən, 09:28 | Azərbaycanda kompleks direktoru həbs olundu, iki vəzifəlisi ev dustağı edildi
    Dünən, 08:54 | Bu gün Kəlbəcər Şəhəri Günüdür
    Dünən, 08:47 | Göygöldə direktor üçün qızıl hədiyyə iddiası – Dövlət Agentliyi niyə susur?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.