Ağstafada yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Mediaxeberleri.Az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. 1959-cu il (kişi) təvəllüdlü şəxsin vəziyyəti ağır, digər 3 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. *** 13.25 Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "QAZ 24" markalı minik maşınları toqquşub. Qəza nəticəsində 1959-cu il təvəllüdlü İ.Qarayev, 1957-ci il təvəllüdlü R.Əfəndiyev, 1994-cü il təvəllüdlü N.Qarayeva və 1972-ci il təvəllüdlü Ş.Qarayev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Noyabrın 25-də saat 12:30 radələrində yol-nəqliyyat hadisəsi səbəb ilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın ) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.





















