Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
  • Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
  • Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
  • Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
  • Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
  • Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
  • Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
  • TOY VƏ YASLARDAKI DƏBDƏBƏ TARİXƏ QOVUŞUR? - İki mühüm TƏKLİF
  • Lavrov Bakıya niyə gəlir?
  • Paşinyandan Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı - Qəbuledilməz təklif
  • Şad xəbər: Elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək
  • Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı
  • KARTDAN KARTA KÖÇÜRMƏLƏRDƏ KOMİSSİYA - Bu qədər tutulacaq
  • Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır
  • Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar
  • Ukrayna "fəlakətli qışa" hazırlaşır
  • "Sabah" ÇL-də neçəncidir?
  • Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Video
  • Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi
  • "Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sabir Məmmədov: "Mən onların yerində olsaydım, aktyorluğa gəlməzdim" – Müsahibə

  • Tarix: 21-11-2023, 22:54

Mediaxeberleri.Az Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Sabir Məmmədovla müsahibəni təqdim edir.

- Sabir müəllim, pedaqoji fəaliyyətiniz olub?

- Yox. Mən müəllim işləməmişəm. Dövlət İmtahan Komissiyasının üzvüyəm. Üç ildir orada işləyirəm. Bakalavr və magistrləri seçirik. Gedib tamaşalara baxırıq, qəbul edirik.

- Sizi bir-iki il əvvəl elə İncəsənət Universitetində görmüşdüm, o vaxtdan sizinlə görüşmək istəyirdim.

- Mən də sizi tanıyıram. Yazılarınızı oxuyuram. Ancaq əsərlərinizi oxumamışam. Bilirəm, yazıçısınız və jurnalistsiniz. Yazılarınızı oxumuşam. Amma niyəsə kitablarınızla heç rastlaşmamışam. Oxumaq istərdim. Mən maraqlanıram öz ədəbiyyatımızla, hətta Mehriban (Mehriban Ələkbərzadə - red) xanıma da yüngülvarı təklif etdim. Məsələn, müasir, çağdaş yazıçılarımızın bir neçəsinə Azərbaycan, zəfərimiz haqqında əsər yazmasını sifariş vermək olar. Əsər, pyes seçmək olar arasından.

- Mirmehdi Ağaoğlunun “Dantenin yubileyi” və “Leyli və Məcnun” musiqili komediyası haqqında bir yazısını oxudum. Sonda belə bir sual qoymuşdu: “Dantenin yubleyi” indi nə qədər aktualdı? Müasir əsər yoxdurmu? Mənim də jurnalist fəaliyyətim olub, indi də var, amma teatrın içinə girəndə görürsən ki, məsələlər bambaşqadı.

- Siz də teatrda işləyirsiniz, vəziyyəti görürsünüz. Qanunlardan gedir söhbət. Yaxşı dramaturq olmaq asan deyil. Çoxlu əsərlər, pyeslər oxumuşam. Yaxşı yazıçı olmaq çox çətindir. Teatrşünaslar əslində, praqmatik olurlar. Siz “Dantenin yubileyi” haqqında yazınızda məsələyə yazıçı kimi baxmısınız, əslində, ürəyiniz də ağrıya bilər. Düşünərsiniz ki, nəyə görə bu aktyora bu rol verilib? Ona görə də sizin yazılar daha emosianal, daha fərqlidir. Sevgi var yazıda. Xəbər, informativ yazı fərqli olur. Bəzən “Dantenin yubleyi”nin bütün süjetini köçürürlər ora. Siz əsəri fərqli görürsünüz, Ərşad Ələkbərov tamam fərqli. Yazılan şeyi olduğu kimi oynamaq olmur axı. Məsələn, mən Qarabağdan ilk dəfə gələndə dumanlı, çiskinli bir gün idi. Bunu necə oynayasan? Hər bir əsərin öz səhnə həlli olmalıdır. Onu səhnə dilinə çevirmək lazımdı.

- Sabir müəllim, bu yaşda, bu statusda Kəbirlinski obrazı necə oldu sizin üçün?

- Çox yaxşı. Bilirsiniz, nəyə görə? Kəbirlinski də mən yaşdadır. 60 yaşı var. Simvolik olaraq. Bu əsər əslində, pyes deyil. Aktyorun oynaması, özünü ifadə etməsi üçün yetərli material var. Çox şey var əsərdə - janr fərqliliyi, aktyorun özünü fərqli təqdim edəcəyi çox yaxşı imkanlar. Həm mətn, dialoq, həm də ifaçılıq baxımdan qəm, kədər, qüssə, yumor, tragikomik situasiyalar var. Bunlar hamısı aktyorun özünü ifadə etməsi üçün böyük şansdır. Ona görə də mən düşünürəm ki, bu, çox yaxşı oldu.


- Ərşad bəylə işləmisiniz əvvəldən?

- Hə, “Quran çiçəyi”ndə.

- Necə rejissordu? Deyirlər, onunla işləmək çətindir.

- Yox. Elə deyil. Hər şeyi kastinqlə müəyyən edir. “Quran çiçəyi”ndə uşağın atasını oynayırdım. Şəkillərlə aktyorları seçirdi. Mənə belə rejissor lazımdır. Əvvəlki tamaşada da seçimini elə etmişdi. Məni də heç kim təklif etməmişdi, özü görüb seçmişdi. O, Sankt-Peterburq teatrında işləyib. Orada görüb-götürüb. Sankt-Peterburq da teatrın mərkəzidir. Stanislavski, Çexov… Ona görə də işinə qarşı çox diqqətlidir.

- “Dantenin yubileyi” tamaşası haqqın yazımda da yazmışdım. Tamaşa zamanı zalda aktyorların böyük əksəriyyəti müəyyən məqamlarda, monoloqlarda fikrə gedir, ah çəkirdilər. Aktyorlar Kəbirlinski olmaqdan sığortalanmayıblar. Olmamaq üçün neyləməlidilər?

- Olmamaq mümkün deyil. Demək çətindi. İndi siz məndən xeyli gəncsiniz. Mən sizin yaşınızda olsaydım, aktyorluğa gəlməzdim.


- Amma səhnətə xeyli gənc aktyor vardı.

- Yox-yox. Mən öz payıma deyirəm. Amma onlara baxanda, ürəyimdə deyirəm ki, mən də sizin kimi sevinə-sevinə gəlmişdim. Bu sənəti seçəndə bilmirsən ki, səni Kəbirlinskinin taleyi gözləyir, yoxsa Ələsgər Ələkbərovun. Başlanğıcda bunları bilmək olmur. Bu yerə də gəlib çatmaq çox çətindi axı. Gərək rol oynayasan.

- Belə deyək, teatra düşmək çıxmaqdan daha asandır.

- Düşdün, çıxa bilmirsən. Mənim dostlarım var, deyirlər, çıx teatrdan, gəl bizim yanımıza. Deyirəm, bu yaşdan sonra hara gəlim? Ömrümün qırx ilini teatrda işləmişəm. 40 ildən sonra hara gedim?

- Əslən Qazaxdansınız. Görünür bu faktorun da aktyor olmağınızda təsiri olub...

- O da var. Ağstafada böyümüşəm. Məktəbdə dram dərnəyi var idi. Hazırlaşırdım. Şəhərə gələndə artıq aktyor olmağa qərar vermişdim. Əziyyətlər, yataqxanalar…


- Amma birinci il girmədiniz.

- Hə... Nə bilim. Birinci il olmadı. Həyəcandan özümü itirdim. Suyu üstümə tökdüm. Dedilər, çıx get. Sonra Həsən (Həsən Turabov - red) müəllim məni bu teatra gətirdi.

- “Dantenin yubileyi” tamaşasındakı gənclərin ifasında yeni, izaholunmaz bir nəfəs hiss elədim.

- Hamısı rejissordan irəli gəlir. Tamaşa belə qurulub. Hamı bir nəfər idi, bir nəfər də hamı. Buradakı o müsbət enerji də tamaşaçıya ötürülür. Bu da rejissorun bacarığıdır. O, bir obraz, bir stukturdur. Hamımız tamaşaçı üçün oynayırıq.

- Rol üzərində müşahidələriniz oldu, yoxsa tanıdığınız obraz idi?

- Kəbirlinski hamımıza yaxın obrazdır. Prototiplər doludur ətrafımızda.


- Onda belə çıxır ki, hər bir aktyor ömrünün müəyyən bir hissəsində Kəbirlinski olur?

- Yüzdə-yüz. Aktyor qəlbən, ruhən saf, sadəlövh olmasa, o hissi tamaşaçıya ötürə bilməz. Buna mehr, mehribanlıq deyirlər. Məsələn, Həsənağa Turabovun baxışları necə mehriban idi. Elə bir əzəmətli boy-buxunu yox idi. Fəxrəddin Manafovun, Şahmar Ələkbərovun, Rasim Balayevin nə qədər gözəl enerjiləri var idi.

- Yusif Vəliyev də elə hündürboy olmayıb.

- Hə, elədir, ancaq nə qədər gözəl səsi var idi. Bax, əsas budur aktyorda. Elə Hollivuddada min nəfərdən birini seçirlər. Ulduz olmağa hamı yaramır ki...

- Elə mən də onu soruşacaqdım, Kəbirlinski, Rasim Balayev, Al Paçino olmaq tale məsələsidir, yoxsa onun özünün də zəhmətidir.

- Əlbəttə. Bunların hamısı taledir. İstedad, mehr Allah vergisidir. Bu olmasa insanda, qalanı boşdur. Adam var ki, çox savadlıdır, intelektualdır, amma maraqsızdır, çünki mehri yoxdur. Adam var ki, danışır, söhbət edir, darıxırsan onunla. Adam var, danışmır, bir kəlmə söz deyir, amma ona dərd danışmaq, hər şeyi paylaşmaq olar. Əsas aktyorda budur. Qalanlar bundan sonra gəlir. Bu olmasa, demək heç nə yoxdur aktyorda.


- Deməli aktyor özü-özünü yaradır?

- Həm özü-özünü yaradır, həm də ruhsallıq Allah vergisidir. Bunu özün necə yarada bilərsən? Bayaq dedim, yazıçılar hər şeyə ruhu ilə baxır, sən özün bunu necə yarada bilərsən? Qələmi götürmək artıq texnika məsələsidir. Hər kəs hər şeyi eyni görmür axı.

- Müsahibələrinizdə oxumuşdum, Azdramanı o qədər sevirsiniz ki, əsgərlikdə belə dostlarınızdan xahiş edirmişsiniz ki, teatrın şəklini çəkib sizə göndərsinlər...

- Hə, peşəmi çox sevirəm. Sevməsəydim, çoxdan getmişdim...

- Heç peşman olmusunuz?

- Yox.

- Hansı hissdir sizi sənətdə saxlayan? Mən bəzi aktyorlara da bu sualı verirəm. Bu necə sevgidi ki, sizi bu sənətdə 40 il saxlayıb? Təqaüdə də çıxırsınız, teatrdan ayrıla bilmirsiniz...

- Onu deyim sizə. Yazıçılıq nədir? Sənət, peşə. Aktyorluq da peşədir, amma yaradıcı peşədir. Adamı ruhlandıran nədir? Yaradıcı olması. Daxilindəki ruh, yaradıcı ab-hava səni getməyə qoymur. Məsələn, praqmatik insan olsaydım, “maaş azdır” - deyib gedərdim. Gedib başqa yerdə işləyərdim.


- Olubmu elə hallar?

- Əlbəttə, olub. Amma mən Hamleti oynamalıyam axı.

- Amma Hamleti oynamadınız axı. Horatsionu canlandırdınız. Sizin baş rollarınız az olub...

- Yox-yox yetərincə olub. Məsələn, “Ölülər”də Kefli İskəndəri oynamışam. Elçinin “Qatil”ində baş rolu paylaşmışam. Şükufə (Şükufə Yusupova-red) xanımla bütün dünyanı gəzmişik. Artur Millerin “Körpüdən mənzərə” əsəri gözəl əsər idi. Mərahim müəllim səhnəyə qoymuşdu. Yadıma düşdükcə deyərəm.

- Amma film az olub?

- Hə, film az oldu. Tələbə vaxtı “Babamın babasının babası”nda oynamışam.

- Elə bil teatr aktyorları özləri də filmlərə çəkilməyə maraqlı olmurlar. Söhbət oturuşmuş, klassik teatr aktyorlarından gedir. Onlar üçün teatr, səhnə kino ilə tanınmaqdan daha vacibdir.

- Sözsüz, o da var, amma bizdə film bolluğu yoxdur axı. Son 30 ildə neçə film çəkilib?

- İndi xeyli filmlər çəkilir.

- Mən də son dövrlərdə kommersiya və sənət filmlərinə çox çəkilirəm. İldə neçəsinə baxırsınız?


- İlqar Nəcəfin “Suğra və ogulları” filminə, “Məryəm”ə baxdım.

- “Məryəm” üç il bundan qabaq çəkilib. Mən də “Nabat”da çəkilmişəm. Yeddi il bundan qabaq çəkilib. Az çəkirlər. 10 il aralığında olub bunlar. 10 ildə o qədər də çox film çəkilməyib. Gör nə qədər aktyor var. Mənim də payıma 1-2 epizod düşər. Halbuki bu müddətə 100 film çəkilməli idi. Onda hamıya da pay düşərdi.

- Teatrlarda çoxlu intriqalar, söz-söhbətlər olur, adətən. Mən sizi intriqalardan uzaq gördüm həmişə.

- Yox. Mənim elə işlərə vaxtım olmayıb. Məsələn, deyirlər, Azdramada mənim qabağımı kəsdilər, qoymadılar bu obrazı yaratmağa. Mən belə halla qarşılaşmadım. Bu demaqogiya, boş söz-söhbətdir. Mənim qarşımı heç vaxt heç kim kəsməyib. Ərşad gəlib özü seçdi məni. Mən özümə qarşı görməmişəm, başqasına qarşı da etməmişəm. Olur da teatrlarda boş-boş, qeybət xarakterli söhbətlər.

- Mehriban xanım teatrınıza bədii rəhbər təyin olundu. Ümidiniz, gözləntiləriniz nələrdi? Artıq yeni rolunuz da var.

- Mehriban xanımın üstünlüyü yeni rejissorları teatra dəvət etməsi oldu. Ərşadı neçə illərdi gözləyirdik ki, gəlib yeni tamaşa qoysun, dəvət olundu, gəldi. Teatrşünaslar, jurnalistlər maraqlanır, yazır. İlham Rəhimli, siz Sevda (Sevda Sultanova-red) xanım. Elə ciddi bir tənqid görmədim. Biz tamaşaçıları məcbur etmirdik ki, əl çalsınlar. Biz oynayırdıq, onlarsa gözləmədiyimiz yerdə belə alqışlayırdılar.

- Sabir müəllim, tamaşa zamanı qəhərləndiyiniz oldumu? Bir aktyor taleyidi də...

- Kəbirlinskinin monoloqunda deyir ki, 60 il ömür sürmüşəm, it dəftərində adım yoxdur. Bundan böyük qəhər var? Əslində, hamımız az da olsa, Kəbirlinskiyik. Amma bütün hallarda bu obrazdı, mən rolumu ifa edirəm. Mən Azərbaycanda aktyor necə olmalıdırsa, onlardan biriyəm. Bununla razılaşmalıyam. Mən Amerikada, Türkiyədə, Rusiyada yaşamıram ki... Bizdə bu qədərdir.


- Düşünmürsünüz ki, daha artıq olmalıdır?

- Əlbəttə. Min dəfə artıq olmalıdır. Bizim bacarığımızla, istedadımızla, biliyimizlə daha artıq olmalıdır.

-Tez-tez deyirlər ki, Yaşar Nuri yoxdur. Yəqin bir 20-30 il sonra da deyəcəklər ki, Sabir müəllim də yoxdur. Sizcə, daha istedadlar yetişmir?

-Yox, niyə yetişmir ki? Əlbəttə, olacaq. Bizdən asılıdır. Yaşar da olacaq, Səyavuş da, Sabir də. Teatr canlı orqanizmdir, ölmür, inkişafdadır. 1873-cü ildə rəhmətliklər necə başlayıblarsa, 150 ildir proses davam edir. Bundan sonra da davam edəcək. Dünyanın hər yerində belədir. Biz tarixik. Bu rolu oynadın, artıq tarixsən.

- Tərəf müqabilinizlə, Sənubər xanımla iş prosesi necə oldu?

- Çox yaxşı. Sənubərlə bir-birimizi çox yaxşı anlayırdıq.


- Necə oldu? Uzun illər bir yerdə işlədiyinizə görəmi?

- Onun da rolu var. Sənubər yeniliyə çox açıqdır, sərbəstdir. Bu da yardımçı olurdu. Səhnədə canlı, səmimi olmaq lazımdır. Onda tamaşaçıya hisslərini daha yaxşı ötürürsən. Aktyorlar danışmadan bir-birini anlamalıdılar. Onda hər şey gözəl alınır. Sənubərlə biz ikimiz elə idik. Sözsüz ki, bunun texnikası, ifadə vasitələri də var. Elə ifadə vasitələrindən istifadə edirik ki, hər şey təbii görünsün. Bütün rejissorların da aktyordan istədiyi budur. İmkan düşmüşkən, yeni tamaşamızdakı aktyorlarımızın hamısını təbrik edirəm. Bu tamaşa zamanı hər kəs bir-biri ilə mehriban, anlayışla davrandı, yaxşı münasibət quruldu. Buna görə aktyor dostlarıma təşəkkür edirəm. Teatrda birlik olmasa, səhnədəki tam enerjini tamaşaçıya ötürmək alınmaz.

- Bir tamaşanın iş prosesində yaranan doğmalıq, kollektivlik sonralar davam edir?

- O bir az çətindir. Misalçün bizim tamaşadakı o cavanlar nə bilirlər ki, sonra kimlərlə işləyəcəklər, tərəf müqabili olacaqlar. Allah onlara kömək olsun. Amma bir tamaşanın kollektivliyi, birgə işləməsi, nostalgiya kimi, xatirə kimi qalacaq. Hər şey bir tamaşa və ya filmlə bitir. Orda, keçmiş zamanda qalır.

Foto: İlkin Nəbiyev



Oxunub: 3 115
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:09 | Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
    Bu gün, 13:48 | Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi
    Bu gün, 13:46 | Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama
    Bu gün, 13:45 | Bu dövlət qurumunda iki departamentin adı dəyişdirildi
    Bu gün, 13:36 | Media və Yayım Şurası: "Diyarbəkirdəki görüntülər İranın "Sahar" telekanalının dezinformasiyasıdır"
    Bu gün, 13:04 | Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş
    Bu gün, 13:01 | Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
    Bu gün, 12:56 | TOY VƏ YASLARDAKI DƏBDƏBƏ TARİXƏ QOVUŞUR? - İki mühüm TƏKLİF
    Bu gün, 12:51 | Lavrov Bakıya niyə gəlir?
    Bu gün, 12:34 | Paşinyandan Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri ilə bağlı - Qəbuledilməz təklif
    Bu gün, 12:27 | Şad xəbər: Elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək
    Bu gün, 12:23 | Azərbaycanda 5 uşaq anası ərini bıçaqladı
    Bu gün, 12:21 | KARTDAN KARTA KÖÇÜRMƏLƏRDƏ KOMİSSİYA - Bu qədər tutulacaq
    Bu gün, 09:13 | Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır
    Bu gün, 08:12 | Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar
    Bu gün, 07:46 | Ukrayna "fəlakətli qışa" hazırlaşır
    Bu gün, 07:44 | "Sabah" ÇL-də neçəncidir?
    Bu gün, 07:39 | Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? - Video
    Bu gün, 07:37 | Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi
    Bu gün, 01:00 | "Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri - Video
    Dünən, 22:49 | Fransada tələbələrin etirazları böyüyür: Yeddi min nəfər saxlanıldı
    Dünən, 22:40 | Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
    Dünən, 22:15 | Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? - Foto/Video
    Dünən, 21:03 | Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
    Dünən, 20:57 | Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək
    Dünən, 20:25 | Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Dünən, 20:21 | Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
    Dünən, 20:14 | Çox içki içənlərin bədəni niyə ağrıyır?
    Dünən, 20:04 | “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    Dünən, 19:59 | Hakan Fidan və Abbas Əraqçi telefonla danışdı
    Dünən, 19:57 | Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Dünən, 19:49 | Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
    Dünən, 19:45 | “Sabah” – “Slaviya” matçı üçün nəqliyyat planı açıqlandı: Azarkeşlərə vacib xəbərdarlıq
    Dünən, 19:35 | Azərbaycanda əhalinin borc yükü artdı
    Dünən, 19:22 | Silahla rəftarı bacarmayan erməni hərbçi özünü vurdu
    Dünən, 19:19 | Röya: “Qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz: susmamalı, mövqeyimizi ortaya qoymalıyıq”
    Dünən, 19:13 | Yetim gəlinin istəyi ölkəni hərəkətə gətirdi: tarixin ən dəbdəbəli toyu keçirildi - VİDEO
    Dünən, 19:07 | Mərkəzi Banka yeni səlahiyyət verilir
    Dünən, 19:05 | Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?
    Dünən, 18:31 | Şövkət Mirziyayev Azərbaycana gəlir
    Dünən, 16:40 | Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Dünən, 16:18 | Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edildi
    Dünən, 15:59 | Rusiyada Mərkəzi Asiya qazını Avropaya nəql edən kəmərdə partlayış baş verib
    Dünən, 15:58 | Bakıda qadın məsləhətxanaları təmir edilir – 700 mindən artıq vəsait sərf olunacaq
    Dünən, 15:56 | Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Hadisə anı - VİDEO
    Dünən, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Dünən, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Dünən, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Dünən, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Dünən, 13:19 | "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.