Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
  • “Zakir paşa xəstələndi, COVID oldu”
  • İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
  • Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
  • Zəfər Günü İzmirdə də qeyd edildi
  • Zəfər Günü İzmirdə də qeyd edildi
  • Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
  • Onlar Ermənistanın düşmənidir - Rubinyan
  • Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
  • Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
  • Fransanın orada olacağı şübhəsizdir - Barro
  • Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
  • Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
  • Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
  • Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
  • "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • "Haber Global": 44 gündə yazılan dastan - Video
  • Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
  • Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Adəm və Həvva təkzib olunur? - İnsan nə vaxt və necə yaranıb? - MARAQLI FAKTLAR

  • Tarix: 8-09-2023, 06:51

150-200 il əvvəl insanın meymundan əmələ gəlməsini iddia edən Darvin nəzəriyyəsi böyük populyarlıq qazanmışdı.

Lakin yeni arxeoloji kəşflər alimlərin Darvinin fərziyyələrinə də şübhə ilə yanaşmalarına ciddi əsaslar verdi.

Mediaxeberleri.Az olaraq tarixdən qabaqkı insanların həyatının sirr pərdəsini açan 10 müdhiş arxeoloji tapıntını, alimlərin rəylərini icmalımızda təqdim edirik:

1. Ardi

Təqribən 4,4 milyon il əvvəl Efiopiyada yaşamış ardipithecus ramidus tayfaları məşhur qocaman hominidlərdir. Arxeoloqlar Ardi adlandırdıqları bir qadının skeletini tapmışlar. Sözügedən bu skelet kəllə sümüyü və dişlər də daxil olmaqla, 125 ayrı-ayrı hissələrdən ibarət idi.

Qədim qadının boyu cəmi 1,2 metr, çəkisi isə 50 kiloya yaxın idi. Onun bapbalaca beyni, çox uzun əl barmaqları və yastı dişləri var idi ki, bu da ardipiteklərin qida rasionunun bitkilərdən, meyvələrdən və xırda məməlilərdən ibarət olduğuna dəlalət edir.

Hələ insan olmayan Ardi artıq şimpanze deyil. Ardinin skeletinin tapılması insanların ibtidai şimpanzelərdən əmələ gəldiyini iddia edən nəzəriyyəni təkzib etdi. Ardinin skeleti Efiopiyanın Milli Muzeyində saxlanılır.

2. Lüsi

1974-cü ildə Efiopiyada aşkar edilmiş Lüsi, bəlkə də, insan əcdadının ən məşhur qalığıdır. Bu tapıntı insan təkamülü nəzəriyyəsində əsl inqilab oldu. 1974-cü ilə qədər antropoloq-alimlər insan dərrakəsinin iki ayaq üstə yerimək qabiliyyətindən əvvəl yarandığını zənn edirdilər, Lüsi isə bunun əksini sübut etdi.

3,2 milyon yaşı tamam olmuş Lüsi insan əcdadının məşhur ulu skeleti idi (2009-cu ildə Ardi aşkar edilənə qədər). Lüsinin xırda beyni, uzun əlləri, gödək ayaqları və böyük qarnı var imiş. Boyu cəmi 1 metr, cəkisi isə 27 kiloya yaxın idi. Lüsinin omba və diz sümüklərinin strukturu onun iki ayağı üzərində yeridiyini göstərmişdi. Onun qalıqları Efiopiyanın Milli Muzeyinin xüsusi otağında saxlanılır.

3. X-qadın

Adının Marvell komikslərinin qəhrəmanlarının adına bənzədiyinə baxmayaraq, X-qadın heç də uydurma deyil. X-qadın təqribən 40 000 il bundan əvvəl Sibirdə yaşamışdır. Skeletindən yalnız balaca uşağın çeçələ barmağının aşkar edildiyinə görə, onu "qadın" adlandırmaq o qədər də doğru olmazdı. Bununla belə, X-qadın yeni, əvvəllər məlum olmayan bir insan növüdür ki, bu da yalnız DNT analizindən sonra məlum olmuşdu.

Əvvəllər alimlər düzyeriyən insanın təqribən iki milyon il öncə Afrikanı tərk etdiyini hesab edirdilər, lakin növbəti 1,5 milyon il ərzində baş verənlərə dair heç bir məlumat yox idi. X-qadının əcdadları, böyük ehtimalla, bir milyon il öncə Afrikanı tərk edibmiş. Onun sümüklərindən götürülmüş DNT neandertal adamın və ya müasir insanın DNT-sindən fərqlənir ki, bu da üçüncü növun mövcudluğuna dəlalət edir.

4. Kürən ledi

Kürən ledi İspaniyanın şimalındakı El-Miron mağarasında aşkar edilmişdi. O, təqribən 18700 il əvvəl, axırıncı Buzlaq dövrünün sonlarında yaşamışdır. Sümükləri qırmızı piqmentə boyanmış olduğu səbəbindən, ona "Kürən qadın" adı verilmişdi. Piqmentin kimyəvi analizi onun həmin ərazidə götürülməsinin mümkünlüyünü inkar etmişdi ki, bu da hansısa bir qədim ticarət formasının olduğunun ehtimalıdır. Piqment ya müəyyən bir ayinin tərkib hissəsidir, yaxud da konservant kimi istifadə olunmuşdu.

5. Hobbit

2003-cü ildə arxeoloqlar İndoneziyanın Flores adasında cırtdan-insanlar növünü aşkar etmişdi. 18000 yaşı olan "hobbit" qadın müasir insanın qalan dünyanı müstəmləkələşdirdiyi dövrdə yaşamışdı.



Ətraflı






Flores insanının boyu cəmi 1 metr idi və bu insan növü bioloji baxımdan müasir insanlarla sıx əlaqədar ola bilər. Bu ixtira əvvəllər Homo Sapiyensin on min illiklər öncə bütün digər insanları sıxışdırdığını hesab edən alimləri heyrətə gətirmişdi. Görünür, bu fərziyyə yanlış imiş. Flores insanının beyni qreypfrut boyda idi ki, bu da insanlardan daha çox, bugünkü şimpanzelərin beyninə daha uyğun ölçü sayılır. Bununla belə, Flores insanı ocaq qalamağı, daş alətlər düzəltməyi və qrup şəklində quş ovlamağı bacarırdı.

6. Arlinqton-Sprinq. Kişi, yoxsa qadın?

1959-cu ildə Kaliforniyanın Santa-Roza adasında "Arlinqton-Sprinqsli oğlan" adlandırılmış qədim bir skelet tapıldı. Onun təqribən 10 minə yaxın yaşı var. Bir neçə il keçdikdən sonra sümüklərinin qadın sümükləri kimi müəyyən olunduğu səbəbindən, "Arlinqton-Sprinqsli oğlan" dəyişib "Arlinqton-Sprinqsli qız" oldu.

Müasir texnologiyalar bu tapıntının 13 min il əvvəlki dövrə aid olunduğunu müəyyən etmişdi ki, bu da onların həmin vaxt Amerikada aşkar edilmiş ulu insan qalıqları olduğuna dəlalət edir. 2006-cı ildə bu tapıntının 40 il əvvəl qadın olduğunu müəyyən etmiş alimlər yanıldıqlarını və sümüklərin 70 %-lik ehtimalla kişi cinsinə məxsus olduğunu bəyan etdikləri üçün, qız yenidən oğlan oldu.

7. Minnesotalı qadın

8 000 il yaşı olan "Minnesotalı qadın"ın qalıqları 1931-ci ildə Minnesota ştatında, Pelikan Repids yaxınlığına yeni yolun inşa edildiyi zaman aşkar edilmişdi. Bu, 16 yaşlı bir qızın skeleti idi. Onun üzərində, böyük ehtimalla, ov aləti kimi istifadə olunan sığın buynuzundan düzəldilmiş xəncər var idi. Həmçinin, skeletin yanında mollyusk çanağından düzəldilmiş və bəlkə də tilsim rolunu oynayan bir kulon tapılmışdı. Sonralar bu mollyusk növünün yalnız Florida sularında yaşadığı məlum olmuşdu.

8. Ana

7700 yaşı olan ananın skeleti 1997-ci ildə Sibirdə aşkar edilmişdi. Əlində sıxıb saxladığı xırda sümüklərə kimi ideal şəkildə qalmış bu skelet doğuş zamanı ölən qadının ən erkən nümunəsi kimi tanınmağa başladı. Sibir skeletinin bətnində iki körpənin sümükləri aşkar edilmişdi. Sibir şəhəri olan İrkutsk ətrafında artıq 100-ə yaxın qəbir aşkar edilmişdi ki, bu da həmin regionda əvvəllər zənn edildiyindən daha çox inkişaf etmiş bir mədəniyyətin mövcudluğuna dəlalət edir. Qəbirlərin böyük qisminin şəhər ərazisində yerləşməsi, təəssüf ki, qazıntı işlərini çətinləşdirir.

9. Taua

Karib adalarında məskunlaşmış bir tayfaya məxsus Taua qadını təqribən 1000 il əvvəl Vest-Hindin Nevis adlı adanın qərb sahilində həlak olub. Onun demək olar ki, toxunulmamış skeleti 2011-ci ildə Ağ körfəz yanındakı bir çimərlikdə aşkar edilmişdi.

Karib hövzəsinin həmin dövrünə aid məlumatları azsaylı, ziddiyyətli və müxtəlifdir ki, bu da belə bir ixtiranın region tarixçilərinin böyük diqqətinə səbəb olduğunu göstərir. Tauanın bir neçə dişi yox idi. Alimlər bu qadının qida rasionunda şəkərin (bəlkə də qarğıdalının) çox olduğu qənaətinə gəlmişlər.

10. Penon qadın

Axırıncı Buzlaq dövründə yaşamış Penon qadın təqribən 13 000 min il öncə, 26 yaşında ölüb. Onun skeleti hazırda Mexikonun şəhərətrafı qəsəbələrindən birinin tərkib hissəsi olan nəhəng, tarixdənöncəki bir gölün qırağında aşkar edilib.

Demək olar ki, bütöv bir skelet 1959-cu ildə aşkar edilib və o vaxtlar bu tapıntının yaşının 5 min ildən artıq olmadığı hesab edilirdi. Onun həqiqi yaşı yalnız 2002-ci ildə müəyyən edilmişdi. Maraqlıdır ki, Penonun uzun və ensiz kəllə sümüyü müasir hindilərin kəllə sümüyünə bənzəmir. Arxeoloqlar bu qadının Amerikaya, böyük ehtimalla, Sakit okeandan qayıqla gəlib çıxdığı fərziyyəsini irəli sürmüşlər.

Digər bir fərziyyəyə əsasən, Penon qadın və Kennevik kişi (onun yanında aşkarlanan kişi skeleti) bu və ya digər şəkildə Atlantikanı yarıb keçən erkən avropalılar qrupuna aiddir. Lakin 2014-cü ildə, arxeoloqlar Meksika mağarasında Naya kimi tanınmış və təqribən 13 000-ə yaxın yaşı olan daha bir qadın skeleti aşkar etdikdən sonra, bu nəzəriyyə şübhə doğurmağa başladı. Nayanın da üzünün strukturu Penon qadınının üz strukturu kimi qeyri-adi idi.

Qeyd edək ki, səmavi kitab sayılan Tövrata görə isə Allahın yaratdığı ilk insan nəslinin ulu baba və nənəsi - Adəm və Həvvanın yaranması bizim eramızdan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Arxelooji tapıntılar, sümüklərin tədqiqatı ilk insanın Tövratda və İncildə yazılanlardan daha əvvəl təkamül yolu ilə yarandığını diqtə edir. Bu halda inancla elmin yolu ayrılır. 

Zaur Həsənəliyev
Milli.Az


Oxunub: 1 128
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Bu gün, 20:29 | “Zakir paşa xəstələndi, COVID oldu”
    Bu gün, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Bu gün, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Bu gün, 20:01 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Bu gün, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Bu gün, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Bu gün, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Bu gün, 19:52 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Bu gün, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Bu gün, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Bu gün, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Bu gün, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Bu gün, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Bu gün, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Bu gün, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Bu gün, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Bu gün, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Bu gün, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Bu gün, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Bu gün, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Bu gün, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Dünən, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    Dünən, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    Dünən, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    Dünən, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    Dünən, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    Dünən, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    Dünən, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    Dünən, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    Dünən, 21:01 | Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
    Dünən, 21:00 | "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
    Dünən, 18:44 | XİN-dən 8 Noyabrla bağlı - Bəyanat
    Dünən, 18:42 | Bakının bu bölgəsi su altında qaldı - Video
    Dünən, 17:50 | Ağdaşda “Heyva festivalı” keçirildi - Video
    Dünən, 17:47 | Noyabrda bu balıqları yemək olmaz
    Dünən, 17:45 | “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - FOTO
    Dünən, 17:41 | Prokurorluq orqanlarında çalışmaq istəyənlərin diqqətinə
    Dünən, 16:48 | FHN-də Zəfər Günü ilə bağlı tədbir keçirildi - Video
    Dünən, 16:47 | Şəkidə ağır qəza: ölən var
    Dünən, 16:38 | Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
    Dünən, 14:16 | Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
    Dünən, 14:09 | Yaqub Eyyubov təqaüdə göndərilir
    Dünən, 14:06 | Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
    Dünən, 14:03 | Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
    Dünən, 13:43 | Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
    Dünən, 13:42 | Röya bu gün açıq havada konsert verəcək - Foto
    Dünən, 13:39 | Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
    Dünən, 13:23 | Azərbaycan nefti bahalaşıb
    Dünən, 13:17 | Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.