Bu giləmeyvə min bir dərdin dərmanıdır
Quşüzümü dadlı və faydalı giləmeyvədir. Çox faydalı və müalicəvi xassələrə malikdir. Mediaxeberleri.Az sağlamolun.az-a istinadən quşüzümünün bəzi sağlamlıq faydalarını təqdim edir: - Tərkibində C vitamininin yüksək miqdarı qeyd olunur. Eyni zamanda B qrupu vitaminləri, karotin və çoxlu faydalı minerallar, efir yağı, РР var. Dəmir, kalium, maqnezium, sink, bor, yod, mis, gümüş, manqan da tərkibində yetərincədir. - Daxilindəki bioloji aktiv maddələrə görə qara qarağatdan başqa heç bir giləmeyvə quş üzümü ilə müqayisə oluna bilməz. O, maddələr mübadiləsini normallaşdırır və müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini gücləndirir. - Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti qızdırmasalıcı kimi tanınırdı. - Tərlədici və sidikqovucu vasitə kimi də istifadə olunur. Bu tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirini bir neçə dəfə gücləndirməyə qadirdir. - Quşüzümü şirəsi zəhəri orqanizmdən çıxarmağa imkan verir. - Damaq iltihabı, ağız boşluğu və digər xəstəliklərin dərmanıdır. - Quşüzümünün istifadəsi zamanı böyrək və bağırsaq sisteminin fəaliyyəti yaxşılaşır.Quşüzümünün tərkibində sidik kisəsi infeksiyalarının qarşısını almağa kömək edən maddələr vardır. -Tədqiqatlar sübut edir ki, təzə quşüzümü və quşüzümü şirəsi xolesterinin miqdarını normallaşdırır. Həmçinin, qan damarlarda qanın laxtalanmasının qarşısını alır. Quşüzümünündən müntəzəm istifadə damarların elastikliyini artır. - Quşüzümü immuniteti artırır, iştahı yaxşılaşdırır. Bu isə çox faydalıdır. - Quşüzümünün şərbətini içmək insana gümrahlıq verir, yorğunluğu azaldır, bu zaman fəallıq və işgüzarlıq artır. - Vərəm, genekoloji xəstəliklər zamanı quşüzümünün şərbəti tövsiyə edilir. - Anemiyanın müalicəsində quşüzümü şirəsi də faydalıdır. - Şəkər xəstəliyində də istifadə etmək məsləhətlidir. - O, mədəaltı vəzin funksiyasını stimullaşdırır. - Quşüzümününün müalicəvi təsiri oynaq xəstəlikləri zamanı məlum olmuşdur.Quşüzümü antioksidantlarla zəngindir, ona görə də keçmişdə onun gənclik giləmeyvəsi adlandırırdılar. - Quşüzümünün şərbəti soyuqdəymənin müalicəsində əvəzsiz vasitədir.