Mediaxeberleri.az
    
  • Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi
    Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi
  • 
  • Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatıb - YENİLƏNİB-2
    Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatıb - YENİLƏNİB-2
  • 
  • Ekspertdən Bakının yollarında çökmələrlə bağlı açıqlama: "Ciddi təhlillər aparılmalıdır"
    Ekspertdən Bakının yollarında çökmələrlə bağlı açıqlama: "Ciddi təhlillər aparılmalıdır"
  • 
  • Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı
    Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı
  • 
  • Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq gedir - RƏSMİ
    Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq gedir - RƏSMİ
  • 
  • "SİMA"dakı texniki çətinliklər bir neçə səbəbdən qaynaqlanır"
    "SİMA"dakı texniki çətinliklər bir neçə səbəbdən qaynaqlanır"
  • 
  • Tale Heydərov işində fantastik məbləğ: Tanınmış iş adamı axtarışa verildi - FOTO
    Tale Heydərov işində fantastik məbləğ: Tanınmış iş adamı axtarışa verildi - FOTO
  • 
  • Mehmet Seyfettin Erol: "Yaxın gələcəkdə NATO-nun parçalanması mümkün görünmür"
    Mehmet Seyfettin Erol: "Yaxın gələcəkdə NATO-nun parçalanması mümkün görünmür"
  • 
  • MN-in sabiq vəzifəli şəxsi necə həbs edildi? - Baş Prokurorluq detalları açıqladı
    MN-in sabiq vəzifəli şəxsi necə həbs edildi? - Baş Prokurorluq detalları açıqladı
  • 
  • Əxlaqsızlığa qarşı böyük proses başladan şəxsə - Çağırış
    Əxlaqsızlığa qarşı böyük proses başladan şəxsə - Çağırış
  • 
  • Kənan Məmmədovla birlikdə altı nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu - İnadla sükan arxasına keçibmiş
    Kənan Məmmədovla birlikdə altı nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu - İnadla sükan arxasına keçibmiş
  • 
  • Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu
    Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu
  • 
  • Bakı-Qazax yolu da bərbad vəziyyətə düşüb - VİDEO
    Bakı-Qazax yolu da bərbad vəziyyətə düşüb - VİDEO
  • 
  • RUSİYADAN ERMƏNİSTANA MİSLİ GÖRÜNMƏMİŞ HƏDƏLƏR – Overçuk Paşinyanın qarşısında konkret tələblər qoydu
    RUSİYADAN ERMƏNİSTANA MİSLİ GÖRÜNMƏMİŞ HƏDƏLƏR – Overçuk Paşinyanın qarşısında konkret tələblər qoydu
  • 
  • Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
    Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
  • 
  • Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜAT
    Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜAT
  • 
  • “PULLAR SEYMUR TALIBOVA ÇATIRDI” - Sabiq agentlik sədri ŞOK FAKTLARI AÇIQLADI
    “PULLAR SEYMUR TALIBOVA ÇATIRDI” - Sabiq agentlik sədri ŞOK FAKTLARI AÇIQLADI
  • 
  • Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd...
    Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd...
  • 
  • Külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasib barəsində ibtidai istintaq tamamlandı
    Külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasib barəsində ibtidai istintaq tamamlandı
  • 
  • “Azərbaycan bunu ermənilərə ikinci dəfə təklif etməyəcək” – “Hikmət Hacıyev üçün sülhdən danışmaq çox çətindir...”
    “Azərbaycan bunu ermənilərə ikinci dəfə təklif etməyəcək” – “Hikmət Hacıyev üçün sülhdən danışmaq çox çətindir...”
  • 
  • Bu görüntülər hamını qürurlandırdı - VİDEO
    Bu görüntülər hamını qürurlandırdı - VİDEO

Son xəbərlər :
  • Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
  • Əməkdaş şikayət paylaşdı, “PAŞA Holding” rəhbərliyi reaksiya verdi: Məsələ araşdırılır
  • Keçmiş MTN zabitindən Eldar Mahmudovun dəstəsinə ittihamlar- HƏMİN MƏNZİLLƏR HƏDƏ-QORXU YOLU İLƏ ƏLDƏ OLUNUBSA...
  • Qanunverciliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilir
  • Azərbaycanda pensiya yaşı artırılacaq?
  • Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
  • 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
  • Akademik Zərifə xanım Əliyevanın 103-cü ildönümü “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qeyd olundu
  • Prezident bir qrup sahibkarı təltif etdi
  • Prezidentdən ASAN Xidmətlə bağlı 2 fərman
  • Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
  • Bakıda dağılan körpü yenidən tikiləcək
  • Qırğızıstan Çinlə sərhədi müvəqqəti bağlayır
  • BAKIDA “ÖLÜM AYAĞINDA” OLAN TERRORÇU İRƏVANDA “DIRİLDİ” - Azərbaycanın əfv etdiyi məxluq Koçaryana qoşulub + VİDEO
  • İXTİSARLAR, BAĞLANAN İŞ YERLƏRİ, DƏYİŞMƏYƏN İŞSİZLİK GÖSTƏRİCİLƏRİ... - Statistik məlumatlardakı ziddiyyətlər nə ilə bağlıdır?
  • Premyer Liqa: "Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
  • Prezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO
  • Erməni kəşfiyyatçı saxlanıldı
  • Brent markalı neftin qiyməti 109 dolları ötüb
  • Ağstafa sakinini elektrik cərəyanı vurub - FOTO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda toplantı keçirilib

  • Tarix: 2-11-2023, 08:57

Noyabrın 1-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda toplantı keçirilib.

Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, partiya veteranları, şəhid ailələri, qazilər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə heyəti, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirildiyini, “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda keçirilən tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu söyləyib. İcra başçısı bildirib ki, Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Rayon rəhbəri bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələri və onun yaranma tarixinin, onun formalaşmasının bütün ömrünü xalqının xoşbəxt gələcəyinə, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında dayandığını bildirib. İcra başçısı vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, eyni zamanda, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün əks-hücum əməliyyatına başladı. İcra başçısı qeyd edib ki, şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbə, 4 oktyabrda Cəbrayılın, 17 oktyabrda Füzulinin, 20 oktyabrda Zəngilanın, 25 oktyabrda Qubadlının, 8 noyabrda Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azad olunması, noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzalanmış Bəyanata əsasən noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin, dekabrın 1-də isə Laçının bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edilməsi Azərbaycan xalqı tərəfindən bu gün də qürurla xatırlanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verərkən söylədiyi “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” fikirlərinin bu gün hər kəsin qürur mənbəyinə çevrildiyini qeyd edib. İcra başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi Qələbə ilə “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunun reallaşdığını, bununla da övladın ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu vurğulayıb. Rayon rəhbəri ölkə Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsini tarixi Qələbəmizə verilən ən böyük qiymət kimi dəyərləndirib. Həmin Sərəncama əsasən Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılmasını şanlı Zəfərin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını bildirib. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının, “Zəfər” və “Qarabağ” ordenlərinin, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medalların təsis edilməsini əldə etdiyimiz nailiyyəti gələcək nəsillərə ötürmək üçün atılan uğurlu addım kimi qiymətləndirib. 2020-ci il dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradının Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdiyini söyləyib. Zəfər paradının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü olduğunu vurğulayıb. İcra başçısı bildirib ki, Bakı Metropoliteninin 29 may 2021-ci ildə istifadəyə verilən stansiyasına ölkə başçısı İlham Əliyevin xüsusi təşəbbüsü sayəsində Zəfər Günü münasibətilə “8 Noyabr” adının verilməsi ilə bu stansiya dövlətimizin keçdiyi keşməkeşli yolun xoşbəxt sonluğuna, “Dəmir yumruğun” gətirdiyi Qələbə müjdəsinə şahidlik edəcəcəkdir. İcra başçısı bildirib ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı öz qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qaldırıldı. Rayon rəhbəri 15 oktyabr 2023-cü il tarixinin də Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldığını, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırıldığını qeyd edib. Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözlərinin hər kəsi qürurlandırdığını vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin 17 oktyabr tarixində Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb” fikirlərinin bu gün hər birimizə nümunə olduğunu söyləyib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. 2023-cü ilin xalqımız üçün əlamətdar bir il olduğunu, bu ilin “Heydər Əliyev İli” elan edildiyini söyləyən A.Nəbiyev bu il həm də Prezident İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötdüyünü qeyd edib. Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. A.Nəbiyev dövlət başçısının 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamında qeyd olunduğu kimi, Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olduğunu qeyd edib. Müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan A.Nəbiyev qeyd edib ki, 1969-1982-ci illər Azərbaycanın xilasının birinci mərhələsi oldu. 1982-1987, 1987-1993, 1993-2003-cü illərdə Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misisiz xidmətləri hər birimizə yaxşı məlumdur”, - deyən A.Nəbiyev illər ötsə belə dahi şəxsiyyətin qəlblərdə əbədi yaşayacağını qeyd edib. A.Nəbiyev bildirib ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedi və artıq illərdir ki, biz xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi oluruq. Xüsusilə də Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində bir daha şahidi olduq. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin miras qoyduğu müstəqil Azərbaycanın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edəcəyini, güclü, qüdrətli dövlət kimi bütün dünya dövlətləri arasında seçiləcəyini bildirib. “Bu gün fəxr və qürurla deyə bilərik ki, xalqımızın iki müdrik övladının – Ulu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adları Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Müdrik ata vəsiyyəti, qalib, xoşbəxt oğul vədi artıqlaması ilə yerinə yetirildi. Bu gün Ulu Öndərin və şəhidlərimizin ruhu şaddır. Çünki bütün şəhidlərimizin, soyqırım və faciə qurbanlarının qisasları alındı”, - deyən A.Nəbiyev bir daha şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. “Xalq şairi Səməd Vurğun söyləyirdi ki, qələbə kişi üçündür. Zaman göstərdi ki, bu doğrudan da belədir. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə şanlı Zəfərlə başa çatan Vətən müharibəsində qanları ilə tarix yazan oğullarımız sübut etdilər ki, Qələbə bizə yaraşır. Bəli, Qələbə qanları ilə tarix yazan şəhidlərimiz üçündür. Qələbə igid oğullar böyüdən şəhid ataları, anaları üçündür. Qələbə İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanı olan dövlət və xalq üçündür. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandanın üçrəngli bayrağımızı ucaltdığı Xankəndi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün Xankəndidir ”, - deyən şair Barat Vüsal bütün bunlara görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu söyləyib. B.Vüsal qazandığımız nailiyyətlərin, qələbələrin kökündə Ulu Öndər Heydər Əliyev siyasətinin, Onun xalqı və dövləti qarşısında olan misilsiz xidmətlərinin dayandığını söyləyib. Qazandığımız qələbələrə doğru Heydər Əliyev yolu ilə addımladığımızı vurğulayıb. “Yol üstə toy” adlı şeirini səsləndirən şair B.Vüsal şəhidlərimizi bir daha ehtiramla anıb.        

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini çatdırıb. R.Rzayev 8 Noyabr – Zəfər Gününü qürurla qeyd etdiyimizi, bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. Natiq çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətindən danışaraq, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandığımızı, Azərbaycan dövlətinin bütün dünyada qalib dövlət, xalqımızın qalib xalq kimi tanındığını qeyd edib.  R.Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin 17 oktyabr tarixində Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb” fikirlərinin bu gün hər bir təhsil işçisi üçün yol xəritəsi və nümunə olduğunu söyləyib. Məktəblərdə şəhidlərimizin, qazilərimizin qəhrəmanlığının geniş şəkildə təbliğ olunması, gələcək nəsillərə çatdırılması üçün əməli işlər görüldüyünü, şəhidlərin xatirəsini yaşadan guşələr yaradıldığını, müəllimlər tərəfindən daim vətənpərvərlik mövzusunda söhbətlər aparıldığını qeyd edib.                

Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Nicat Nəsibovun atası Səməd Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. Şəhid atası bildirib ki, “Vaxt var idi Qarabağın geri qaytarılması xəyalı ilə yaşayırdıq. Gün o gün olsun ki, işğal altında olan torpaqlarımız azad olunsun söyləyirdik. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə şanlı Zəfərlə başa çatan Vətən müharibəsi ilə xalqımızın o xəyalları, arzuları gerçək oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruğunun ətrafında sıx birləşən şəhidlərimiz ölümün gözünə dik baxaraq torpaqlarımızı azad etdilər. Oğullarımız qayıtmasa da torpaqlarımız qayıtdı, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Oğullarımız Vətəni, torpağı canlarından üstün tutdular, Şəhidlik zirvəsinə ucalmaqla, xəyal etdiyimiz Qələbəni bizə bəxş etdilər”. Şəhid atası Müzəffər Ali Baş Komandanın səsləndirdiyi “Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir” fikirlərini qeyd edərək bununla ölkə başçısının öz şəhidlərinə, qazilərinə, hərbçilərinə nə qədər böyük dəyər verdiyini söyləyib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. S.Çobanov Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsinin, uzaqgörənliyinin, fədakarlığının Onu dünya azərbaycanlılarının lideri etdiyini bildirib. Ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilən, bütün şüuru ilə həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş müdrik dövlət xadiminin tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi xatırlandığını, Onun daim qəlblərdə əbədi yaşayacağını qeyd edib. Ulu Öndərin ordu quruculuğu sahəsində misilsiz xidmətlərindən söz açan natiq dahi rəhbərin təşəbbüsü ilə 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. Həmin liseydə təhsil alan kursantların istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini söyləyib. “Bu gün fəxr edirəm ki, mən də həmin liseyin 2004-2007-ci illərdə təhsil almış məzunuyam. Eyni zamanda, dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin 2007-2011-ci illər üzrə məzunu olmuşam. Hər iki məktəbdə mən və yoldaşlarım dövlətimizə, xalqımıza, Heydər Əliyev ənənələrinə sədaqətlə yetişdirildik. Bu gün çox qürurlanıram ki, qalib ordunun zabitiyəm. Ona görə qürurlanıram ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ölkəmizi, xalqımızı qələbəyə apardı. Bu, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin qoyduğu irsin olduğu kimi uğurla davam etdirilməsi demək idi. Ordumuza ölkə başçısının diqqət və qayğısını hər zaman hiss etdik. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmək, müstəqilliyimizi daimi etmək üçün haqq savaşına çıxdıq və bu yoldan qalib olaraq qayıtdıq. Bu, biz gənclərin müstəqillik tarixində qarşımızda duran vəzifəni layiqincə yerinə yetirməyimiz idi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ərazi bütövlüyümüz tamlığına qovuşdu. 2023-cü ilin 15 oktyabrında Müzəffər Ali Baş Komandanın Xankəndidə üçrəngli bayrağımızı ucaltması hər kəsi qürurlandırdı. Bu, eyni zamanda, bir daha onu göstərdi ki, ərazi bütövlüyümüzün tamlığı, suverenliyimiz, müstəqilliyimiz yoldunda hər bir Azərbaycan əsgəri, zabiti canından keçəməyə hazırdır. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır”, - deyən S.Çobanov ölkəmizin əldə etdiyi uğurların təməlində Prezident İlham Əliyevin dahi şəxsiyyətin siyasətini olduğu kimi davam etdirməsinin dayandığını vurğulayıb. S.Çobanov torpaqlarımızın azadlığı uğrunda Qazax rayonunun 348 nəfər şəhid verdiyini bildirib. Bunlardan 289 nəfərin Birinci Qarabağ müharibəsi, 49 nəfərin 44 günlük Vətən müharibəsində, 2 nəfərin Vətən müharibəsindən sonra xidməti vəzifəsini yerinə yetirərkən, 3 nəfərin 2022-ci il sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman, 5 nəfərin 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olduğunu bildirib. Qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabr döyüşləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ” ordeni, 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 8 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 52 nəfər şəhid müxtəlif adda 215 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayılın müəllifi olduğu 500 tirajda “Qanları ilə dastan yazanlar” kitabı çap edilmiş, ”Qarabağ Azərbaycandır!” Abidə Kompleksi inşa edilmiş, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də digər döyüşlər zamanı şəhid olmuş oğullarımızın adını əbədiləşdirən guşə yaradılmış və Qazax Şəhidlər xiyabanına isə 348 nəfər şəhidin şəkilləri əks olunan mərmər lövhələr vurulmuşdur. Bakı Dövlət Universitetinin Qazax filialında və Qazax Gənclər Mərkəzində şəhidlərin xatirəsinə guşələr yaradılmışdır. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 69 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 242 nəfər hərbi qulluqçu ümumilikdə müxtəlif adda 593 ədəd orden və medallarla (onlardan 1 nəfər 3-cü dərəcəli ”Rəşadət” ordeni,  2 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni) təltif olunmuşlar. O cümlədən, Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz mayor Nicat Bədəlov “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Digər hərbi xidmətini davam etdirən və hərbi xidmətdən təxris olunmuş hərbi qulluqçularımız da Prezidentin müvafiq sərəncamlarına əsasən müxtəlif orden və medallarla təltif olunmuşlar. S.Çobanov Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Sonda Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mənsurə Rəhimli və 6-cı sinif şagirdi Ayan Babayeva şanlı Zəfərimizə, tarixi Qələbəmizə həsr olunmuş “Bu yol Zəfər yoludur” şeirini səsləndiriblər.


Oxunub: 429
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:22 | Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
    Dünən, 19:51 | Əməkdaş şikayət paylaşdı, “PAŞA Holding” rəhbərliyi reaksiya verdi: Məsələ araşdırılır
    Dünən, 19:48 | Keçmiş MTN zabitindən Eldar Mahmudovun dəstəsinə ittihamlar- HƏMİN MƏNZİLLƏR HƏDƏ-QORXU YOLU İLƏ ƏLDƏ OLUNUBSA...
    Dünən, 19:46 | Qanunverciliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilir
    Dünən, 19:44 | Azərbaycanda pensiya yaşı artırılacaq?
    Dünən, 19:42 | Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
    Dünən, 19:39 | 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
    Dünən, 14:50 | Akademik Zərifə xanım Əliyevanın 103-cü ildönümü “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qeyd olundu
    Dünən, 14:17 | Prezident bir qrup sahibkarı təltif etdi
    Dünən, 14:16 | Prezidentdən ASAN Xidmətlə bağlı 2 fərman
    Dünən, 13:58 | Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
    Dünən, 13:57 | Bakıda dağılan körpü yenidən tikiləcək
    Dünən, 13:55 | Qırğızıstan Çinlə sərhədi müvəqqəti bağlayır
    27-04-2026, 22:13 | BAKIDA “ÖLÜM AYAĞINDA” OLAN TERRORÇU İRƏVANDA “DIRİLDİ” - Azərbaycanın əfv etdiyi məxluq Koçaryana qoşulub + VİDEO
    27-04-2026, 22:09 | İXTİSARLAR, BAĞLANAN İŞ YERLƏRİ, DƏYİŞMƏYƏN İŞSİZLİK GÖSTƏRİCİLƏRİ... - Statistik məlumatlardakı ziddiyyətlər nə ilə bağlıdır?
    27-04-2026, 22:00 | Premyer Liqa: "Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
    27-04-2026, 21:56 | Prezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO
    27-04-2026, 21:54 | Erməni kəşfiyyatçı saxlanıldı
    27-04-2026, 21:53 | Brent markalı neftin qiyməti 109 dolları ötüb
    27-04-2026, 18:06 | Ağstafa sakinini elektrik cərəyanı vurub - FOTO
    27-04-2026, 17:24 | Həzm problemlərinə son: Kefir, yoxsa qatıq?
    27-04-2026, 17:19 | İntensiv yağış yağacaq - Xəbərdarlıq
    27-04-2026, 16:28 | Məzahir Pənahovla bağlı qərar verildi - SON DƏQİQƏ
    27-04-2026, 16:27 | Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
    27-04-2026, 16:24 | Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
    27-04-2026, 14:41 | Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi
    27-04-2026, 14:14 | Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto
    27-04-2026, 14:12 | Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
    27-04-2026, 13:35 | Dövlət rüsumu müəyyənləşir
    27-04-2026, 13:32 | "Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir" - Prezident İlham Əliyev
    27-04-2026, 13:18 | Prezident İlham Əliyev: Çexiya ilə çox fəal siyasi dialoqumuz var
    27-04-2026, 13:16 | Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu
    27-04-2026, 08:36 | "Qalatasaray" "Fənərbağça"nı üç cavabsız qolla məğlub etdi - Qolların VİDEOLARI
    27-04-2026, 08:33 | Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub
    27-04-2026, 08:30 | Sabiq icra başçısı vəfat etdi
    27-04-2026, 08:27 | Azərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?
    27-04-2026, 08:23 | Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEO
    26-04-2026, 23:56 | "Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı - VİDEO
    26-04-2026, 20:53 | “Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub etdi
    26-04-2026, 19:54 | Əməkdar artist vəfat etdi
    26-04-2026, 19:51 | Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə bir gördülər - "Olympus Park"la bağlı qalmaqallı söküntü İDDİASI - VİDEO
    26-04-2026, 19:49 | Azərbaycanda imtahanından qayıdan şagirdlər qəzaya düşdü: xəsarət alanlar var
    26-04-2026, 19:48 | Ordu döyüş hazırlığı vəziyyətindədir: Müharibə riski artır
    26-04-2026, 19:46 | "Neftçi" "Qarabağ"a qarşı... - Canlı
    26-04-2026, 17:19 | Barat Vüsalın 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi
    26-04-2026, 11:10 | Türkiyədə ard-arda iki zəlzələ baş verdi
    26-04-2026, 11:08 | Azərbaycan Prezidenti: Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir
    26-04-2026, 10:28 | İstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? - VİDEO
    26-04-2026, 10:25 | Kran suyundakı gizli təhlükələr: Mütəxəssis vacib məsləhətlər verdi
    26-04-2026, 10:24 | Aviabiletlər bahalaşır: Səyahətçiləri çətin il gözləyir
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.