Xankəndidə tarixi futbol günü: Yenilənmiş stadionda ilk oyun
"Xankəndi" klubu yenilənmiş stadionda ilk ev oyununa çıxır. Mediaxeberleri.Az xəbər verir ki, bu gün Azərbaycan I Liqasının VIII turunda "Xankəndi" klubu "Karvan-Yevlax"la qarşılaşacaq. Saat 16:00-da başlayacaq görüş əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk futbol matçı olacaq. Qarşılaşmadan əvvəl azarkeşlər üçün konsert proqramı təşkil ediləcək. Qeyd edək ki, Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Azərbaycan I Liqası 19 noyabr VIII tur 16:00. "Xankəndi" - "Karvan-Yevlax".
Oxunub: 14
Xəbəri paylaş
Paylaş:





















