Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • 400 manat maaşla 4 uşaq saxlayıram - VİDEO
  • Quranda adı çəkilən bu quşu möcüzəvi edən NƏDİR?
  • Sabah bəzi ərazilərdə işıq olmayacaq - SİYAHI
  • Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqləndi, qadağalar müəyyənləşdi
  • Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
  • PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
  • AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
  • Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
  • Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
  • Sabah bu rayonda qaz olmayacaq
  • Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
  • 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
  • Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
  • Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
  • Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
  • İlham Əliyev Vladimir Putinə zəng etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qəddafinin “Ağ kitab”ındakı İsratin dövləti - Netanyahu Putinə iki dəfə dalbadal niyə zəng edib?

  • Tarix: 21-10-2023, 10:43

İsratinin yaranması ideyasını Müəmmər Qəzzafi sonuncu kitabında –“Ağ kitab”da təklif etmişdi. 

Təklifə əsasən, ərəb-yəhudi ixtilafı çözülsün deyə Fələstinlə İsrail bir dövlətdə birləşdirilməli idi. Fantastik görünürdü. Amma bu, əslində, faktiki durumu rəsmiləşdirmək idi. Onsuz da İsrail Fələstin torpaqlarının hamısına + Suriya və Livanın da bir hissəsinə nəzarət edir. Təklifin mahiyyəti o idi ki, həmin ərazilərdə yaşayan ərəblərə normal vətəndaş statusu, dövlətin bərabər hüquqlu iki icmasında birinin üzvü olmaq hüququ tanınsın. Yəhudilərin Yaxın Şərqdə dövlət olmaq haqqı da bütün müsəlman dövlətləri tərəfindən avtomatik tanınırdı.

İdeyanın həm İsrail, həm də Fələstində xeyli əleyhdarları var . Amma sorğulara görə, tərəfdarları da yetərincə idi. Getdikcə İsratin ideyası İordan çayının qərb sahilində yəhudi məskənlərinin davamlı böyüməsinin və 1967-ci ildən sonrakı sərhədlərin saxlanmasının rəsmiləşdirilməsi kimi də müzakirə olunur.

İlk baxışdan İsrail nəfinə olan bu həll modeli yəhudilər tərəfindən deyil, ərəblər tərəfindən irəli sürülüb. Ərəb-yəhudi qarşıdurmasına son qoyacaq bu həll modelini ilk dəfə Londonda “Chatham House”da Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam irəli sürmüşdü. Plana əsasən, federal respublika quruluşlu, iki icmalı dövlət qurmaq nəzərdə tutulurdu.

Təklifin əsas məqamları:

“Müqəddəs Torpaqların Federal Respublikası” adlı iki etnik icmalı Yəhudi-Fələstin dövlətinin yaradılması;

Bütün fələstinli qaçqınların geri qayıtması;

Birinci və ikinci dəfə BMT nəzarəti altında azad və ədalətli seçkilər keçirilməsi;

Kütləvi qırğın silahlarından imtina edilməsi;

Ərəb Liqası tərəfindən dövlətin tanınması.

Təklif ətrafında ciddi müzakirələr də getmiş, Qəddafi 2008-ci ildə BBC-yə müsahibəsində tərəflərin sülh sazişi imzalamasına çox yaxın olduqlarını demişdi. Amma Qərb, xüsusən ABŞ bu həll modelinin əleyhinə idi. Digər münaqişələrdə ikiimzalı dövlət modelində (məsələn Kipr münaqişəsinin həllində) israr edən Qərb niyə bu halda etiraz etməli idi?

Səbəbi o zamankı ABŞ prezidenti Barak Obama açıqlamışdı-İsrail demokratik və yəhudi dövləti kimi qalmaq istəyirsə, mütləq ikidövlətli həll modelini qəbul etməlidir. Qəddafinin təklifi Kipr və Cənubi Afrikada təklif olunan həll modellərinə əsaslanırdı. Amma Cənubi Afrikada nəticə necə oldu? Ölkənin hakim siyasi etnosu afrikaanslar (holland əsillilər) digər ağdərililərlə birgə qısa müddətdə milli- irqi azlığa çevrildilər. Yalnız CAR və bir -biriləri tərəfindən tanınan “bantustan”ların CAR-ın tərkibinə daxil olması ilə zuluslar digər qaradərililərlə birgə hakim və dominant etnos oldular.

Qəddafinin sülhpərvər kimi görünən təklifinin qəbulu İsrail üçün belə aqibəti qaçılmaz edirdi, qaçqınların indiki İsrail və Fələstin torpaqlarına yenidən məskunlaşması elə bəri başdan yəhudilərin əsas icma olma ehtimalını aşağı salır, demoqrafik tendensiyalar nəzərə alınanda isə uzaq olmayan gələcəkdə yəhudi icması sürətlə azlığa çevriləcəyi şəksiz idi. Hərçənd qəbul ediləcək konstitusiya və beynəlxalq sazişlər icmaya bərabər, hətta üstün imtiyazlar tanıya bilər. Amma Livan nümunəsi göstərir ki, belə konstitusion və beynəlxalq təminatlar demoqrafiya qarşısında gücsüzdür.

1940-cı illərdə Livana müstəqillik əta ediləndə konstitusiya elə tərtib olunmuşdu ki, maroni icmasının mütləq üstünlüyü şərtilə Livanın faktiki xristian dövləti olması təsbit edilsin. Amma əvvəl sünni və dəruzi, sonra isə şiə icmasında müşahidə olunan demoqrafik gəlhagəl o konstitusion təminatı mənasızlaşdırıb. İndi Livanın faktiki 3 rəhbəri var - maroni icması və digər xristianların maroni prezidenti, sünnilər və dəruzlilərin sünni baş naziri, şiələr parlament sədrini, çox zaman da “Hizbullah” liderini öz rəhbərləri kimi görürlər. CAR nümunəsi isə sadəcə faciəvidir-afrikaanslar sürətlə Amerika və Avropaya köçür, xalq da, 1920-ci illərdə müstəqil elan edilən dilləri də sadəcə ingilisdilli və hollanddilli icmaların içərisində əriyib gedir. Afrikaansların taleyinin bir ibrətamiz tərəfi də odur ki, vaxtilə Hollandiyadan gələn köçkünlər Afrikada dövlət qurmalarını Əhdi Ətiqlə əsaslandırmışdılar, onlar vəd olunan torpaqların Cənubi Afrika olduğuna, seçilmiş xalqın isə özləri olduğuna inanmışdılar. İsrailə qayıdan yəhudilər kimi.

Belədə həm indiki kimi aparteiddə, işğalda ittiham olunmamaq, min illərə dayanan ortaq mədəni-tarixi dəyərlərlə bağlı olduqları sami qardaşları ilə dinc yanaşı yaşamaq üçün Obamanın ikidövlətli həll modeli ideal görünürdü. ”İsrael Hayom” qəzetinin yazdığına görə, Barak Obamanın ikinci prezidentlik müddətinin sonunda ABŞ-ın təşəbbüsü ilə Təl-Əvivin Altı Günlük Müharibə zamanı ələ keçirdiyi ərazilərdə mövcudluğunun beynəlxalq hüququ pozduğunu bildirən BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnamə layihəsi təklif edilib. Amerika administrasiyası bu qətnamənin qəbulu prosesini fələstinlilər və avropalılarla əlaqələndirir. Bu o demək idi ki, Təl-Əviv ali beynəlxalq qurumda ABŞ-ın dəstəyinə ümid edilə bilməz. Və həmişə Fələstin dövlətinin yaranmasını dəstəklədiyini göstərən, Yaxın Şərqə “ərəb atında daxil olan” Rusiya gözlənilməz addım atır.

2016-cı il noyabrın 24-də Netanyahu Rusiya prezidenti Vladimir Putinə zəng edərək ondan BMT Təhlükəsizlik Şurasında qətnaməyə veto qoymaq niyyətində olduğunu bəyan etməyi xahiş edib. Putin bundan imtina edir. 23 dekabr 2016-cı ildə BMT Təhlükəsizlik Şurası 2334 saylı qətnaməni təsdiqləyir, baxmayaraq ki, o zaman ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer sonda səsvermədə bitərəf qaldı. Obamanın vəzifədən getməsinə bir aydan az vaxt qalmasına baxmayaraq, işçiləri ilə birlikdə BMT Təhlükəsizlik Şurasının İsraili 1948-ci il sərhədləri əsasında Fələstin dövlətinin yaradılmasını qəbul etməyə məcbur edəcək başqa bir qətnamə üzərində işləməyə başlayır. Netanyahu kömək üçün yenidən Putinə müraciət edir. Putin bu dəfə qətnamə səsverməyə çıxarılarsa, Rusiyanın veto qoyacağına söz verir.

Obama bu vəd haqda dərhal məlumatlandırılır. Aydın idi ki, Rusiya veto hüququndan istifadə etsə, bu, Amerikanın İsrailin müttəfiqi imicinə, eləcə də yəhudi icmasındakı mövqeyinə ölümcül zərbə olacaq. Ona görə də Obama bu qətnaməni rəfə qaldırmağa məcbur olur.

Amma bu gün HƏMAS-İsrail savaşı başladıqdan sonra Rusiya yenidən ikidövlətli həll modelinin tərəfdarı kimi çıxış edir, açıqlamalar verir, görüşlər keçirir, ərəbləri Qərbə qarşı təhrik etməyə çalışır. O zaman iki dövlətli həll modelinə dəstək verilsəydi, bugünkü gərginliyə səbəb qalmayacaqdı. İkiicmalı həll planına (İsratin) gedilsəydi, nə qədər çətin olsa da, icmalar birgəyaşyış modeli tapmağa çalışacaqdılar. Zamanında Kemp-Devid və Oslo təşəbbüslərini pozmağa yox, tətbiqinə dəstək verilsəydi, bu gün Yaxın Şərqdə bambaşqa mənzərə olacaqdı. Amma bütün həll planlarını, təklifləri rədd edib, sülh təşəbbüslərini pozub sonra ərəb dostu görünmək, münaqişədən bəhrələnmək istəyənlərin izləyəcəyi bir yoldur.

Cəmaləddin Quliyev, siyasi ekspert


Oxunub: 363
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 00:53 | 400 manat maaşla 4 uşaq saxlayıram - VİDEO
    Bu gün, 00:39 | Quranda adı çəkilən bu quşu möcüzəvi edən NƏDİR?
    Bu gün, 00:23 | Sabah bəzi ərazilərdə işıq olmayacaq - SİYAHI
    Bu gün, 00:11 | Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqləndi, qadağalar müəyyənləşdi
    Bu gün, 00:08 | Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
    Bu gün, 00:02 | PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
    Dünən, 23:59 | MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    Dünən, 23:57 | "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
    Dünən, 21:44 | Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Dünən, 21:15 | "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
    Dünən, 21:14 | AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
    Dünən, 21:12 | Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
    Dünən, 21:10 | Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Dünən, 21:09 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 20:33 | Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
    Dünən, 20:10 | 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 18:09 | Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
    Dünən, 17:53 | Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
    Dünən, 17:37 | Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
    Dünən, 17:07 | İlham Əliyev Vladimir Putinə zəng etdi
    Dünən, 16:19 | Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
    Dünən, 15:19 | Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
    Dünən, 15:17 | Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
    Dünən, 15:01 | İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
    Dünən, 14:39 | AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
    Dünən, 14:16 | Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
    Dünən, 14:14 | Kimya üzrə Nobel mükafatı onlara verildi
    Dünən, 14:13 | "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
    Dünən, 14:11 | Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
    Dünən, 13:46 | “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
    Dünən, 13:41 | Ayın 8-də də yağış yağacaq - Proqnoz
    Dünən, 13:36 | Jurnalistlərin qurultayının vaxtı dəyişdirildi
    Dünən, 13:31 | İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
    Dünən, 13:27 | “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
    Dünən, 13:25 | Mehriban Rəhimliyə hökm oxundu
    Dünən, 13:04 | Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
    Dünən, 13:00 | Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Dünən, 12:55 | Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əvəz Məmmədovu ildönümündə ehtiramla anırıq
    Dünən, 12:53 | Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
    Dünən, 12:35 | Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
    Dünən, 12:33 | August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
    Dünən, 12:30 | Azərbaycanın puluna yağlanan... buğlanan ŞAMİL AYRIM... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
    Dünən, 12:23 | Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb
    Dünən, 12:19 | "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    Dünən, 12:15 | Azərbaycan nefti 120 dollara ticarət olunur
    Dünən, 12:09 | Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
    Dünən, 12:05 | Azərbaycan vətəndaşlarının bir qrupu Rusiyadan deportasiya olunacaq
    Dünən, 12:04 | Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq
    Dünən, 12:02 | Bakıda dəhşət: 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü - QISQANCLIQ
    Dünən, 12:01 | Müştərinin 10 manatına da TAMAH SALIRLAR... - AXI NİYƏ?..
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.