Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
Xəbər verdiyimiz kimi, Ağır Cinayətlər Məhkəməsi PA-nın və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 14 il həbs cəzası çıxarıb, ancaq mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, həmçinin AMEA-nın sabiq rəhbərinin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Eyni zamanda hökmə əsasən, Ramiz Ənvər oğlu Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















