ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
ABŞ-nin Şimali Karolina ştatında hərbçilər tammiqyaslı münaqişənin başlaya biləcəyi ehtimalını nəzərə alaraq, döyüş meydanında müvəqqəti məzarların qazılması üzrə təlimlər həyata keçiriblər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə məlumatı "Defense News" portalı yayıb. Nəşrin məlumatında bildirilir ki, Şimali Karolinadakı məşqlər zamanı mühəndislər, profilaktik tibb qrupları, rahiblər və insan itkilərinin fəsadlarının aradan qaldırılması üzrə mütəxəssislər Koreya müharibəsindən bu yana geniş miqyasda tətbiq olunmayan kütləvi müvəqqəti dəfn prosesinə hazırlaşıblar. Məlumata görə, əsgərlər cəsəd maketlərinə zərər vermədən xəndəklərin qazılması və ardınca doldurulması üçün xüsusi texnikadan istifadə etməlidirlər. Bu cür məşqlər gələcəkdə mümkün kütləvi dəfnlərin təşkili zamanı məhkəmə-tibb ekspertlərinin münaqişə bitdikdən sonra ölənlərin cəsədlərini çıxararaq repatriasiya edə bilməsi üçün zəruridir. "Bu təlimlər bizə yüksəkintensivlikli döyüş şəraitində həlak olan hərbçilərimizə necə hörmət etdiyimizə, onların xatirəsini necə əziz tutduğumuza və sistemli şəkildə necə yanaşdığımıza tənqidi yanaşmağa imkan yaratdı", - deyə birinci sinif çavuş Delbert Ruede vurğulayıb.





















