FİFA-dan Türkiyə komandasına ağır cəza
Türkiyənin 1-ci Liqasında çıxış edən “Kayserispor”a FİFA tərəfindən daha bir transfer qadağası tətbiq edilib. Mediaxeberleri.Az Qol.az-a istinadən xəbər verir ki, buna klubun sabiq futbolçusu Karlos Maneyə 75 min avro borcunun olması səbəb göstərilib. Bununla da “Kayserispor”la bağlı FİFA tərəfindən tətbiq edilən transfer qadağalarının sayı 4-ə çatıb. Klubdan bildirilib ki, mövcud qadağaların aradan qaldırılması üçün tələb olunan ödənişlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















