Mediaxeberleri.az
    
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
  • 
  • Aslan Fətullayev dəfn olundu - Foto
    Aslan Fətullayev dəfn olundu - Foto

Son xəbərlər :
  • 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
  • Səlim Müslümova ağır itki üz verdi
  • Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
  • Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
  • "Sədərək" və "Binə" bağlanır?
  • Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
  • Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
  • Qanda şəkəri salmağın ən asan yolu...
  • Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
  • Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
  • Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
  • Kür çayında batan şəxsin axtarışları davam edib
  • Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video
  • Elçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
  • Azərbaycan güləşçiləri Ermənistanda keçirilən Avropa çempionatında altı medal qazanıblar
  • Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "O pulları öz zəhmətimlə yığmışam"
  • İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
  • Azərbaycanda zavodda güclü partlayış - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Nənəm, Zəngilan, Prezident və əli üzündə qalan mələk

  • Tarix: 17-10-2023, 18:43

Bəy qızı olan nənəm kürsü üzərində tikilən ikimərtəbəli rayon evindən yataqxananın birotaqlı zirzəmisinə yıxılanda bir də onda özünə gəldi ki, əmim döyüşlərdə başından ağır yaralanıb, Arazdan İrana qaçıb qurtulmaq istəyərkən ərinin motaskletində qəzaya düşən böyük bibim 19 il əlil arabasında yaşayandan sonra ölüb, babam nisgilin qoynunda əbədi torpağın altına girib.

Nənəm onda ayıldı ki, ölüm onu aparmağa gəlmişdi. Hökumətin ayırdığı Masazırdakı binanın 3 otaqlı evində nəinki tək-tənha yaşayırdı, həm də qonaq qarşılayıb, qonaq yola salacaq əzimdə, gücdə, başarışıqda idi.

Bolşeviklərin qolçomaq damğasına tuş gələn ailənin ən kiçik qızı olasan, ata SSRİ müharibəsində itkin düşə, gələcək ər Leninqradın mühasirəsi zamanı don vurmuş əl və ayaq barmaqlarının hər birini itirə, doğulduğun, böyüdüyün yurdundan 20 nəfərlik ailə üzvlərinlə birgə qaçqın düşəsən, 3 uşağı olan şikəst qızına19 il zirzəmi şəraitində əl olasan, ayaq olasan, baş olasan və 83 yaşına gəlib çatasan, dözəsən, ürəyin partlamaya, ölməyəsən. Yaşayasan, yaşayasan, son gününə qədər çökməyəsən. Hələ üstəlik, nəvəni hər görəndə soruşasan: “Sənin adına saxladığım ala dananın səsini eşidirsən”. Əlbəttə “yox” cavabına məhəl qoymadan, “mən çox aydın eşidirəm, çıxanda qaça-qaça düşdük, suyunu verə bilmədim, yazıq mouladaya-mouldaya qalıb”.

Qorxmuşdum, elə bilmişdim arvad havalanıb. “Ala dana” söhbətini nə vaxt eşidirdim, Salamın “başıma gələn havadır, sümüyümə düşən hava” misrasını xatırlayırdım. Oğrun-oğrun güdürdüm ki, nənəm də əl qaldırıb otaqdan otağa süzəcək. Dərd adamı qanadlandırır axı.

Olmadı, anormal hadisələrin heç biri baş vermədi, təkcə bu arvadın hələ də yaşamasından başqa. Normal deyildi.

Nədir bu bədbəxtlər bədbəxti qadını həyatda saxlayan? Elə bilirsiz soruşmadım, lap həyasızcasına soruşdum. Sualımdan özüm də diksindim. Onun sözlərimi sakit qarşılamasına tab gətirə bilməyib, şah damarları Zəngilan yollarına, kapilyarları o yolların kənarlarındakı çinarlara bənzəyən əllərini qucaqlayıb kişi kimi ağladım. Nəvəsi kişi yaşına çatan nənə, hətta dərdin bir ucunu ürəyinə, bir ucunu beyninə çalayaraq 5 yaşınadan – 78 ildir hisslərin cərəyanını bütün nöqtələrinə keçirə-keçirə yaşayan nənə hələ sağdırsa, burada dünyanın səkkizinci möcüzəsinin tuşlandığı sirr var.

- Ölə bilmirsən? – qəfil verdim bu sualı

- Hardan bildin? – tövrünü pozmadan soruşdu

- Ala dananın səni axtara-axtara qalmasından – kinayə ilə demədim.

- Axırı ki, sən də səsini eşitdin… – sevinclə dilləndi

Ona yalan danışdım. Eşitdiyimi dedim. Niyə ölə bilmədiyinin səbəbi məlum olurdu: 91-ci ilin yay tətilinin sonunda Bakıya geri dönəndə ciddi-ciddi “ver danamı da özümlə aparım” demişdim. Nənəm heyvanın heç olmasa iki il böyüməsinin vacib olduğunu bildirmişdi.

Masazırdakı Zəngilan söhbətimizin nidasını özü qoydu:

-… Ölmək olmaz. Gedəcəm, qayıdacağıq. Yox, havalanmamışam. Bütün dərdlərimin mələrtisini ala dananın moultusu batırıb həmişə. O səs məni ölməyə qoymur. Nənələr nəvələrinə borclu qalanda ölüm utandığından ölüb yerə girir, bala.

Nənəm gecələr yatmağa qorxardı ki, birdən durmaz, Zəngilan yox, Mehdiabad qəbiristanlığında dəfn olunar. Yenə Salam: “Tutdum yıxılmağa qorxduğum yerdən”. Yer aralandı, mələk arvadı götürüb apardı. Mələyə bax, Zəngilanın qayıdacağına inanmadı. Mələyə bax, nənəmə uduzdu. Nənəm geri dönəcəyinə əmin idi. Bir xəbəri buraxmazdı. Deyirdi: “Bala, əgər bir məmləkətin padşahnın sözünün əvvəli də Qarabağ, ortası, sonu da Qarabağdırsa kainat bu mesajı özümüzə qaytaracaq. Bircə ölüm ermənilik etməyə…

Etdi. Ölüm oluma uduzdu. Mələklərin əli üzündə qaldı. 20 oktyabr 2020-ci il. Mehdiabad qəbiristanlığındakı Səttarova Simuzərlə, Səttarov Əlinin bir baş daşına bağlı qoşa qəbrindən ətrafa nur səpilir. Nənəm başında örpək, əynində həyət yaxalığı, ayağında qaloş, əlində tut ağacının şivi qarşısına ala dananı salıb tələsə-tələsə doqqaza yaxınlaşır. Məni görüb verəcəyim sualı gözlərimdən oxuyur:

-Hə, tələsirəm ay bala, Prezident rayona gəlib, raykomun qarşısında camaatla görüşür. Gedib boynunu qucaqlayıb əllərindən öpəcəm. Deyəcəm ki, böyük insan, sən mələkdən güclü çıxdın. Məni nəvəmin xəcalətindən qurtardın. Bu gündə ora gedə bilmərəm. Təşər paltarım var, özüm tikmişdim, rəngi al olduğuna görə “qaçqına qırmızı yaraşmaz” deyib heç geyinmədim.

- Təzə ayaqqabın var? – qaloşa işarə ilə dedim.

- Var, var. Qaçqınlıqda əminin toyu oldu, bircə dəfə ora geyindim, heç ürəyimcə olmadı, ayağımı bərbad günə qoydu, neçə gün axsadım – cavabını verdi.

Nə axsamaq, bəstəboy arvad uça-uça raykoma doğru sürət götürmüşdü. Qırmızı paltarda, qara ayaqqabıda, ağ örpəkdə bəstəboy qadın. Prezident bu cazibəyə özü yaxınlaşdı. Nənəmin onun əlindən öpməsinə imkan verməyib, özü arvadın başından öpdü.

Bu da Azərbaycan Prezidentinin növbəti möcüzə davranışı. Nənəmin təşəkküründən öncə özü arvada minnətdarlıq edərək dedi:

- O dünyada belə, Zəngilann işğaldan azad ediləcəyinə inandığınıza, o günü gözlədiyinizə görə Azərbaycan analarının simasında Sizin sevginizə əhsən!

Simuzər arvad çöhrəsində təbəssüm, gözlərindən gildir-gildir yaş axıdırdı.

Ceyhun Musaoğlu


Oxunub: 368
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:44 | 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
    Bu gün, 10:34 | Səlim Müslümova ağır itki üz verdi
    Bu gün, 10:31 | Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
    Bu gün, 10:29 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Bu gün, 10:05 | Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
    Bu gün, 10:04 | Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
    Bu gün, 09:33 | "Sədərək" və "Binə" bağlanır?
    Bu gün, 09:13 | Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
    Bu gün, 08:22 | Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
    Bu gün, 08:04 | Qanda şəkəri salmağın ən asan yolu...
    Bu gün, 07:56 | Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
    Bu gün, 07:46 | Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
    Bu gün, 07:44 | Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
    Bu gün, 07:30 | Kür çayında batan şəxsin axtarışları davam edib
    Bu gün, 07:09 | Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video
    Bu gün, 07:07 | Elçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
    Bu gün, 07:03 | Azərbaycan güləşçiləri Ermənistanda keçirilən Avropa çempionatında altı medal qazanıblar
    Dünən, 23:03 | Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "O pulları öz zəhmətimlə yığmışam"
    Dünən, 23:00 | İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
    Dünən, 22:58 | Azərbaycanda zavodda güclü partlayış - Video
    Dünən, 22:06 | “Qreçka”nın qiyməti kəskin bahalaşa bilər – Səbəb
    Dünən, 20:03 | Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb
    Dünən, 19:53 | Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
    Dünən, 19:50 | Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
    Dünən, 13:52 | Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
    Dünən, 13:50 | 42 yaşlı rəis qəfil öldü - Foto
    Dünən, 13:43 | “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
    Dünən, 13:40 | Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
    Dünən, 13:23 | Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
    Dünən, 13:06 | Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
    Dünən, 13:04 | İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
    Dünən, 12:46 | Sabah hava necə olacaq?
    Dünən, 12:45 | 20 tələbə 200 AZN təqaüd alacaq
    Dünən, 10:37 | ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
    Dünən, 10:32 | Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
    Dünən, 10:21 | 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
    Dünən, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    Dünən, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    Dünən, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    Dünən, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    Dünən, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    Dünən, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    Dünən, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Dünən, 08:33 | Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
    Dünən, 08:07 | İcra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib
    Dünən, 00:10 | Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi - Foto
    Dünən, 00:00 | Qazaxda evdə partlayış: Ağır yanıq xəsarətləri alan şəxs Bakıya gətirildi - Foto/Video
    26-11-2026, 19:13 | Qaz olmayacaq
    26-11-2026, 19:12 | Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
    26-11-2026, 19:10 | Babasının 1500 manatını oğurladı, həbs olundu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.