Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel X hesabında paylaşım edib. Onun sözlərinə görə, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur. Baş nazir axtarış-xilasetmə işlərinə özəl şirkətlərin cəlb ediləcəyini, həmçinin Türkiyə ilə məsləhətləşmələrin aparılacağını deyib. Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















